Sosial paketlər Rusiya iqtisadiyyatını dirçəldəcəkmi?
29.03.2022 [10:23]
Nicat DİLQƏMLİ
Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya tətbiq edilən sanksiyaların sayı artdıqca Rusiya hökuməti də iqtisadiyyatı ayaqda saxlamaq üçün yeni sosial paketlər hazırlayır. Məlumdur ki, bənzər layihələr planı dövlət büdcəsi hesabına hazırlanır. Belə olduğu halda paketlərin birmənalı olaraq ölkə iqtisadiyyatına müsbət təsirindən danışmaq bir o qədər də doğru olmazdı. Yeri gəlmişkən, dünən Moskva meri Sergey Sobyanin ötən həftə moskvalılara və biznesə dəstək üçün görülən tədbirlərdən danışıb. Eyni zamanda, mer iqtisadi vəziyyəti sabitləşdirmək üçün qarşıdan gələn tədbirlər planını da təqdim edib. Hakimiyyət orqanları işini itirmiş və çətin həyat vəziyyətinə düşmüş vətəndaşlara ünvanlı sosial yardım göstərmək üçün 7 milyard rubl ayırmağa qərar verib. Bu vəsait vətəndaşlara nağd şəkildə və ya Moskva hökuməti ilə müqavilə bağlamış mağazalarda alına bilən elektron sertifikatlar şəklində verilir. Mer qeyd edib ki, tikinti sənayesində üzən faiz dərəcələri ilə kreditlərin restrukturizasiyası proqramı təsdiq edilib və güzəştli ipoteka proqramı Moskva, Moskva vilayəti, Sankt-Peterburq və Leninqrad vilayətinin sakinləri üçün maksimum kredit məbləğinin artırılması ilə uzadılıb. Bundan başqa, hakimiyyət idxalı əvəz edən istehsalın yaradılması üçün 100 milyon rubla qədər qrantlar təklif edir.
Haqqında danışılan sosial paketlər Rusiya iqtisadiyyatını xilas edə biləcəkmi? Ekspertlər tədbirlər planının ümumilikdə hansı nəticəni verəcəyi qənaətindədirlər?
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan iqtisadçı ekspert Saleh Məmmədov bildirib ki, hökumət vətəndaşlara çox cüzi kömək göstərmək fikrindədir: “Amma Rusiyanın iqtisadiyyatı o qədər parçalandı, dəhşətli dərəcədə böyük bir zərbə gördü ki, insanların həyat tərzinə belə kiçik tədbirlərlə təsir etmək heç cür mümkün deyil. Təsəvvür edin, daxildə qəbul edilən qərarlar xaricdən tətbiq olunan sanksiyalardan daha böyük zərbə vurur Rusiya iqtisadiyyatına”.
İqtisadçı Rusiyanın kiçik, fərdi biznesmenlərin fəaliyyətlərinə şərait yaratmaqla ziyandan çıxmaq şansının olduğunu söylədi: “Amma Rusiya bunu etmədi. Özü öz əli ilə öz iqtisadiyyatına daha böyük zərbələr vurdu. Faktiki olaraq Rusiya daxili iqtisadiyyatı bu gün keçmiş sovet dövrünün iqtisadiyyatı kimi idarə etməyə başlayıb. O da mümkün deyil, çünki o dövrdə hər şey dövlətin əlində idi və dövlət belə idarə edə bilirdi. Amma bugünkü vəziyyətdə bu mümkün deyil. Dövlət heç nəyə qarışa bilmir, heç nə edə bilmir, insanlar sərbəst olaraq çalışır və çalışmaq istəyirlər. Onlara isə bu qədər problemlər yaradan məhdudiyyətlər qoyaraq bunun tamamilə qarşısını aldılar. Ona görə də bu xırda paketlər Rusiya iqtisadiyyatına heç nə verməyəcək. Paketlərin içərisində nə var?.. Pensiyaları daha çox indeksləşdirmək. Gərək pensiyaları 2 dəfə artırasan ki, heç olmasa bir balaca indeksləşdirə biləsən. Hələ bu, 2 ildə gözlənilmir. Dolların, manatın kursu rubldan 2 dəfə çox artacaq. Qiymətlər artır. Normal işləyən mağazaların, ticarət mərkəzlərinin hamısı getdi. Böyük inflyasiya, işsizlik. Elə bir vəziyyət yarana bilər ki, əhalinin yarısı işsiz qala bilər. Bir tərəfdən ixracat dayanır, digər tərəfdən bu qədər valyuta, pul məhdudiyyətləri var.
Sosial paketin içərisində kreditlərin ödənilməsində müəyyən bir vaxt qoyulması var. Bundan başqa, Rusiyada həddindən artıq dollar kreditləri var. Xarici ölkələrdən kreditlər var. Bütün bunları nə ilə qarşılayacaqlar?”
Ekspert Rusiyanın digər ölkələrin təcrübəsindən istifadə etməsi ehtimalına da toxundu: “Heç olmasa İran təcrübəsindən istifadə edib sosial paketlər qəbul etsə idilər, bir şey olardı. Rusiyanın bu dəqiqə ən böyük problemi SWIFT-in bağlı olmasıdır. İran kimi bir ölkə bu işin öhdəsindən gələ bilmədi, iflas vəziyyətinə gəldi çıxdı. Rusiya necə edəcək bəlli deyil. Sosial paketin içərisində bəzi dərmanların alınmasına kömək etmək, insanları pulsuz olaraq dərmanlarla təmin etmək var. Bu da xırda şeydir. Dərman təminatıyla hansısa sosial paket həll etmək olmaz.
Əgər sosial paketə digər şeylər, məsələn işsizlərə müavinətlərin verilməsi və s. daxil olsa idi, onda da dövlət büdcəsinin tükənməsi olacaqdı.
Düşünürəm ki, Rusiyanın tətbiq olunan sanksiyalardan heç bir çıxma şansı yoxdur. Bu, Rusiya iqtisadiyyatını daha da zəiflədəcək”, - deyə S.Məmmədov fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

