Xəzər dənizində yeni kəşfiyyat quyusu qazılır
11.04.2022 [19:53]
BP Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş üzrə operator olaraq bildirir ki, “Satti” özüqalxan qazma qurğusu Saziş sahəsinin Cənub Şərq perspektiv hissəsində yerləşən Qarabatdağ geoloji-kəşfiyyat quyusu sahəsinə keçirilib.
“Report”un “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, bundan əvvəl Abşeron yarımadasının dayazsulu hissəsi (AYDH) layihəsi üzrə qazılan ikinci kəşfiyyat quyusu (BHEX01) bağlanıb. Bu quyu AYDH üzrə müqavilə sahəsinin qərb perspektiv hissəsində 4230 metr ümumi dərinliyinədək qazılmış və mart ayının ortalarında təhlükəsiz şəkildə bağlanaraq tərk edilib. Quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanıb.
Qarabatdağ geoloji-kəşfiyyat quyusu (QBDX01) AYDH sahəsində qazılacaq üçüncü kəşfiyyat quyusudur və AYDH üzrə Əsas kəşfiyyat dövrü ərzində planlaşdırılmış fəaliyyətlərin sonuncu mərhələsidir.
Bu quyunun qazma əməliyyatları 2022-ci il aprelin 3-də başlanılıb və təxminən üç aya quyunun ümumi dərinliyə çatacağı gözlənilir. Bundan sonra isə əgər kollektor haqqında əlavə məlumat toplamaq üçün qiymətləndirmə yan lüləsi qazmaq lazım gələrsə, qazma işləri əlavə bir ay da davam edə bilər.
QBDX01 kəşfiyyat quyusu sahildən təqribən 7 km aralı suyun dərinliyi təqribən 6 metrə çatan ərazidə qazılır. Əsas quyunun ümumi dərinliyinin 2155 metrə çatacağı planlaşdırılır.
BP AYDH layihəsinin operatorudur və kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişdə 25% iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR-ın Ortaq Neft Şirkəti - 50% və LUKOİL - 25%.
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

