Xarici investorların etimad ünvanı
15.04.2022 [10:05]
Nicat DİLQƏMLİ
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi siyasət bu gün Onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən inkişaf etdirilməkdədir. Dövlətimizin başçısı hər zaman bu sahəyə böyük diqqət göstərir, aidiyyəti qurumlara öz tapşırıq və tövsiyələrini verir. Bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki kimi.
Yürüdülən məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda ölkəmizdə hökm sürən sabitlik, çoxşaxəli inkişaf dinamikası xarici qurum və təşkilatların, investorların, iri iş adamlarının diqqətini özünə çəkir. Belə ki, 44 günlük Vətən savaşında əldə olunan parlaq qələbəmizdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan yüksək səviyyəli abadlıq-quruculuq işlərində iştirak etmək istəyən xarici şirkətlərin sayı günbəgün artır. Eyni zamanda, Azərbaycanın investisiya cəlbediciliyi də ən yüksək səviyyədədir. Belə ki, bu gün bizə kifayət qədər böyük həcmlərdə borc vermək niyyətində olan beynəlxalq qurumlar var. Konkret olaraq Avropa İttifaqı artıq 2 milyard avro məbləğində borcun bizə verilməsi barədə niyyətlərini bildirib. Bu borcu iki bank vasitəsilə - Avropa Yenidənqurma və İnkişaf Bankı, eyni zamanda, Avropa İnvestisiya Bankı vasitəsilə verməyə hazırdırlar.
Prezidentimiz öz çıxışları zamanı dəfələrlə xarici dövlət borcumuzun ümumi daxili məhsulun 10 faizindən çox olmaması barədə söz açıb. Dövlət başçısının 2018-ci il 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiyanın icrasının uğurla tətbiq edilməsinin nəticəsidir ki, bu gün Azərbaycanın xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 12.5%-ə qədər azaldılıb.
Bu haqda Prezidentimiz müşavirədəki çıxışında deyib: “Burada hədəflər aydındır. Mən də bir daha demək istəyirəm, xarici borcumuzu ümumi daxili məhsula nisbətdə 10 faiz səviyyəsinə endirməliyik. Buna yaxınlaşmaq üçün siz gərək təkliflər verəsiniz, biz nə qədər almalıyıq və nə qədər qaytarmaq məcburiyyətindəyik”.
İkinci əsas məqam isə xarici valyutada ifadə olunan dövlət borclarının azaldılması, milli pul vahidi ilə ifadə olunan borcların artırılmasıdır. Bir neçə il bundan öncə bəzi dövlət şirkətlərinin özbaşınalıq edərək, heç kimlə məsləhətləşmədən xarici valyutada iri məbləğlərdə kredit öhdəlikləri götürməsi Azərbaycanın xarici dövlət borcunun ümumi daxili məhsula nisbətdə artmasına səbəb olurdu. Lakin Prezident İlham Əliyevin göstərişi ilə bu özbaşınalığa son qoyuldu və artıq dövlət qurumlarının xarici borc öhdəlikləri götürmələrinə hökumətlə məsləhətləşmələr əsasında, yalnız xüsusi vacib hallarda icazə verilir. Bu kreditlər isə ölkənin sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən layihələrin icrasına yönəlir.
Bizim üçün heç də uzaq olmayan tarixə nəzər yetirsək, xatırlamış olarıq ki, Avropa İttifaqının müharibə başa çatandan sonra Ermənistan üçün kredit və qrant paketi təqribən 2,6 milyard avro səviyyəsində idi. Azərbaycana isə cəmi 140, ya 160 milyon. Məhz Prezidentin qətiyyətli siyasi addımlarından sonra bu məsələ öz həllini tapdı: “Əlbəttə ki, biz buna səssiz qala bilməzdik. Müsbət haldır ki, Avropa İttifaqı Azərbaycana da 2 milyardlıq paket elan edib. Mən bunu çox müsbət hal kimi qiymətləndirirəm. Ancaq, eyni zamanda, mən o təkliflərə də baxdım. Elə layihələr var ki, o layihələri biz borc götürmədən icra edə bilərik, təbii ki. Ancaq bununla yanaşı, bizim istəyimiz və ədalətli mövqeyimiz ondan ibarətdir ki, Ermənistana hansı şərtlərlə bu borc və ya qrant verilirsə, bu, bizə də eyni şərtlərlə təklif edilməlidir. Biz bundan istifadə edəcəyik, yoxsa etməyəcəyik, bu, başqa məsələdir. Ancaq yanaşma eyni olmalıdır. Xüsusilə nəzərə alsaq ki, Ermənistanda dağıntılara məruz qalmış bir koma da yoxdur. Azərbaycanda isə 10 min kvadratkilometr ərazidə bir salamat bina yoxdur. Mən bunu heç vaxt kənara qoya bilmərəm. Ona görə bu da nəzərə alınmalıdır”.
Həyata keçirilən layihələrə nəzər yetirdikdə gələcəyimizin etibarlı əllərdə olduğunu bir daha aydın şəkildə görmüş oluruq. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan qısa müddətdə öz inkişafının ən yeni mərhələsinə qədəm qoyacaq!
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

