İdxaldan ixraca...
12.05.2022 [10:25]
Elektrik enerjisi üzrə
M.ABDULLAYEV
Enerji müstəqilliyinin təmin olunması hər bir ölkə üçün strateji önəm daşıyan məsələdir. Bu baxımdan Azərbaycanın imkanları nikbinlik üçün ciddi əsaslar yaradır. Qısa müstəqillik tarixində Azərbaycanın elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilməsi qürurverici haldır. Belə böyük uğura çatanadək isə respublikamızda bir sıra irimiqyaslı layihələrin icrası yüksək səviyyədə təmin edilib. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkənin elektrik enerjisi ilə təchizatının möhkəmləndirilməsi planlarına magistral və paylayıcı xətlərin yenilənməsi, itkilərin azaldılması məqsədilə görülən işlər, qabaqcıl idarəetmə sisteminin tətbiqi və s. daxil idi. Son 18 ildə respublikamızda yeni generasiya güclərinin yaradılması ilə bağlı statistika daha əhatəlidir. Belə ki, bəhs olunan dövrdə ölkə ərazisində böyük həcmdə dövlət investisiya qoyuluşu hesabına 30-dan çox elektrik stansiyası tikilib. Bunların sırasında 525 meqavat gücündə “Sumqayıt”, təxminən 800 meqavat gücündə “Cənub”, 400 meqavata yaxın gücü olan “Şimal-2”, generasiya gücü 300 meqavat olan “Səngəçal” elektrik stansiyaları xüsusi yer tutur. Eyni zamanda, respublikamızın müxtəlif bölgələrində modul tipli beş stansiya tikilib ki, onların da hər birinin generasiya gücü təxminən 90 meqavatdır.
Aparılan belə məqsədyönlü siyasət sayəsində respublikamızın enerji müstəqilliyi tam təmin olunub. Hazırda Azərbaycan elektrik enerjisinə olan daxili tələbatını bütünlüklə yerli istehsal hesabına qarşılayır, eyni zamanda, ölkəmizin müəyyən həcmlərdə ixrac imkanları yaranıb. Respublikamız dörd qonşu ölkəyə - Rusiyaya, İrana, Gürcüstana və Türkiyəyə elektrik enerjisi ixrac edir. 2021-ci ildə ölkəmizdə 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib və bunun 1,6 milyard kilovat/saatı ixraca yönəldilib.
Azərbaycan, həmçinin dünyada yaranan yeni çağırışlara uyğun olaraq bərpaolunan enerjiyə keçid istiqamətində inamlı addımlar atır. Ölkəmizin enerji sistemində alternativ və bərpaolunan enerji mənbələrinin rolu getdikcə artmaqdadır. Azərbaycanda bərpaolunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hazırda bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ölkənin ümumi elektrik enerjisi istehsalı gücünün təxminən, 17,3%-ni təşkil edir. Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30%-ə çatdırılmasıdır. Energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata əsasən, yaxın vaxtlarda müxtəlif layihələr çərçivəsində Azərbaycan bərpa olunan enerji mənbələri sektoruna 500 mln. ABŞ dolları həcmində xarici investisiya cəlb ediləcək. Son vaxtlarda icrasına başlanan layihələr bu hədəfin tam real olduğunu təsdiqləyir.
Azərbaycanın bərpa olunan enerji resursları ilə zəngin olan daha bir guşəsi 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdir. Buranı bərpaolunan enerji vadisi kimi səciyyələndirmək mümkündür. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərimiz 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Keçən il burada “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən qurularaq istifadəyə verildi. Cari ildə isə işğaldan azad edilmiş torpaqlarda 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Bəhs olunan ərazilərdə ermənilər tərəfindən dağıdılmış 30-a yaxın su elektrik stansiyasının tikintisi də mümkündür. Mayın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində daha bir elektrik enerjisi infrastrukturunun - “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı baş tutub. Şuşada Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından əhəmiyyətli hadisədir. Ənənəvi üçpilləli 35/10-6/0,4kV-luq paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dəringirişli ikipilləli 35/0,4kV-luq şəbəkələrlə əvəz edilib ki, bu da bir sıra üstünlüklər yaradır.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

