Ehtiyat igidin yaraşığıdır, baha olmasa...
09.06.2022 [10:26]
“Prius”lar niyə sığortaçıların “qara siyahısı”na düşüb?
Nicat PAŞA
Sürücülər üçün olduqca əhəmiyyətli olan məsələlərdən biri də avtomobili sığorta etdirməsidir. Heç kim qəzanı istəyərək etmir, hər şey saniyələr içində baş verir və bitir. Lakin demək olar ki, hər şey bundan sonra baş verir. Belə ki, avtomobilə dəymiş ziyanın ödənməsi üçün sürücülər ən uyğun variantlar axtarmalı olurlar. Burada iki məsələ var: həm işinin peşəkarı olan usta tapmaq, həm də ümumi xərcin ucuz başa gəlməsi. Bu yerdə hər birimizin tez-tez eşitdiyimiz atalar sözü yada düşür: ehtiyat igidin yaraşığıdır. Yəni sığorta olunmaq olduqca əhəmiyyətlidir.
Bir neçə gündür sığorta qiymətlərinin bahalaşacağı deyilir. Artıq bəzi işbazlar vəziyyətdən istifadə etməyə başlayıblar. Belə ki, sosial şəbəkə və mətbuatda yazılanlardan aydın olur ki, artıq bəzi sığorta şirkətləri avtomobillərin icbari sığorta tariflərinin artırılacağını təxmin etdiklərindən onlara üz tutanları sığortalamaqdan boyun qaçırır, sadəcə, bunu proqramın işləməməsi ilə əsaslandırırlar. Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev bu məsələylə bağlı mediaya açıqlama verib.
O bildirib ki, son dövrlər aktuallıq qazanmış və hər bir avtomobil sahibini düşündürən bu məsələ ilə bağlı ciddi iş aparılır: “Hazırda onu qeyd edə bilərik ki, tariflərdə nəzərdə tutulan müvafiq dəyişiklik, əsasən, zərərli seqmentə, daha dəqiq desək, hadisə tarixçəsində daha çox qəza qeydə alınmış sürücülərə şamil ediləcək. Bu dəyişiklik məsuliyyətli sürücülərə təsirsiz ötüşəcək. Daha detallı məlumatları prosesin növbəti gedişatında paylaşa bilərik”.
İcbari Sığorta Bürosu da eyni məsələyə dair açıqlamasında bildirmişdi ki, Azərbaycanın sığorta sektorunda riskəsaslı sığorta haqqının hesablanması üsulunun tətbiqi planlaşdırılır: “Bu üsul tətbiq olunduqdan sonra sığortahaqqı hesablanarkən nəqliyyat vasitəsinin istehsal tarixi, sürücünün yaşı, təcrübəsi və ya qəza hadisələrinin baş verdiyi məkanlarla bağlı statistik göstəricilər nəzərə alınacaq. Yəni riskəsaslı sığorta haqlarının hesablanması üsuluna keçilməsi həm sığorta haqlarının ədalətli şəkildə ortaya çıxmasına, həm də ümumi sığorta haqlarının yığımında müsbət dinamikanın yaranmasına səbəb ola bilər”.
“Sığorta qiymətlərinin və ümumiyyətlə, sığorta ilə bağlı müəyyən qaydaların dəyişməsi ilə bağlı məndə də məlumatlar var, bu barədə müzakirələr gedir”.
“Bu mövzunun gündəmə gətirilməsinin obyektiv və subyektiv səbəbləri var. Təbii ki, sığorta şirkətləri öz mövqelərini gücləndirməyə çalışırlar. Amma qarşı tərəfi də başa düşmək lazımdır”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib. Mütəxəssis hazırda sığorta sistemində mövcud olan bəzi problemlərdən də söz açıb: “Təəssüflər olsun ki, sığorta şirkətləri İcbari Sığortalar Bürosu ilə hansısa oyunlara əl atır və müəyyən modelləri sistemdə qara siyahıya salırlar. Düzdür, indiyə kimi, “Prius”lar Azərbaycana gələnə qədər bir çox modellər var idi ki, taksi xidmətində işləyirdi deyə həmin modelləri sığorta etmək bəzi sığorta şirkətlərinə sərf etmirdi və onlar yayınmağa çalışırdılar. “Prius”lar kütləvi sürətdə ölkəmizə gəldikdən sonra digər modellər “qara siyahı”ya düşdü. İndi “Prius”ların özü düşüb həmin siyahıya. Sığorta şirkətləri həmin avtomobilləri sığortalamaqdan yayınırlar, çünki qəza riski yüksəkdir, sığorta ödənişi qaçılmazdır. Hətta bəziləri ayda iki dəfə qəza törədirlər. Hesab edirəm ki, bu formada ümumi yanaşmaq düzgün deyil. Hər bir sürücü öz əməlinə görə özü cavab verməlidir. Bu markanı öz ailəsi, özü üçün alıb sürənlər də var. “Qara siyahı”ya salmaq, xətt çəkmək düzgün deyil. Bu, həm də qanuna qarşı hərəkət etməkdir. İcbari sığortalar haqqında qanunun 23-cü maddəsində bu barədə qeyd olunub. Sığorta şirkətləri bundan imtina edə bilməz. 24-cü maddədə isə sığortaçı əgər narazıdırsa, Mərkəzi Banka, Maliyyə Nazirliyinə şikayət edə bilər. Amma bəzi iltizamsız sürücüləri bu qaydada cəzalandırmaq lazımdır”.
Hesab edirəm ki, sığorta ödənişlərinin artırılmasına ehtiyac var: “Ona görə də əgər bu ehtiyac yaranırsa, sığorta yığımında da artım olmalıdır. Əgər əvvəl bir avtomobili 5 min manata təmir etdirə bilirdiksə, indi ölkəmizə elə avtomobillər gətirilir ki, yalnız xırda bir detalı 5 min manatdır”.
“Düşünürəm ki, mərkəzi sistemi təkmilləşdirmək lazımdır. Qəza törədən sürücülər fərdi qaydada cəzalandırılmalıdır, onlardan artıq ödənişlər alınmalıdır. Ondan sonra bu məsələlərə bir daha baxmaq olar”, - deyə E.Muradlı əlavə edib.
Xəbər lenti
Hamısına baxHadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51

