"Şahdağ" kompleksi ölkədə turizmin inkişafına öz töhfəsini verməyə hazırdır
02.03.2011 [14:14]
İnkişaf etmiş ölkələrdə turizm iqtisadiyyatın ən gəlirli sahələrindən biridir. Odur ki, əksər dövlətlər turizm sektorunu ölkə iqtisadiyyatının lokomotivi hesab edir və bu sahənin inkişafına dövlət büdcəsindən sərmayələr yatırmağa heç də xəsislik etmirlər. Bilirlər ki, bu gün turizmin inkişafına yatırılan sərmayə çox yaxın illərdə, müxtəlif vergi rüsumları şəklində, birə-beş qatına, yenidən dövlət büdcəsinə qayıdacaq. Eyni zamanda, ölkənin mədəniyyətinin, milli mətbəx nümunələrinin dünyada təbliğinə səbəb olacaq.
Bundan əlavə, turizmin inkişafını şərtləndirən digər amil isə ölkədəki siyasi sabitlik və dinamik inkişafdır. özünün inkişaf tempi baxımından Cənubi Qafqaz regionunda lider dövlətə çevrilən Azərbaycanda da turizmin inkişafına çox böyük önəm verilir. Yeri gəlmişkən, qeyd edək ki, dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcını qoydu və ölkədə turizm sektorunun dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə güclü təkan verdi. Digər tərəfdən isə, 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunması, ölkə rəhbərliyinin bu sahənin inkişafına necə böyük önəm verməsindən xəbər verir.
Qeyd etmək yerinə düşər ki, Dövlət Proqramının icrası nəticəsində respublikamızın müxtəlif bölgələrində beynəlxalq standartlara uyğun bir sıra turizm mərkəzləri istifadəyə veriləcək ki, bunlar da ölkəmizin turizm potensialının daha da güclənməsinə əlverişli imkanlar yaradacaq. Belə turizm mərkəzlərindən biri də ölkənin şimalında-Qusar rayonu ərazisində, Şahdağın ətəklərində inşa olunan “Şahdağ” Qış-Yay Turizm Kompleksidir.
Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşən “Şahdağ” Qış-Yay Turizm Kompleksində inşaat işləri Türkiyənin “DİA Holdinq” şirkəti tərəfindən beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir. Kompleksin inşasına 2009-cu ildə başlanılıb və artıq bəzi infrastrukturlar ilk turistləri qəbul etməyə hazırdır. ötən həftə turizm mərkəzinə səfər edən Prezident İlham Əliyev kompleksin 2 nömrəli kanat və xizək enişinin açılışında iştirak edib.
Qeyd edək ki, “Şahdağ” Milli Parkının ərazisində salınan bu kompleksin tikintisi ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq istəyənlər üçün geniş imkanlar yaradacaq. Kompleksin birinci mərhələsinin 2012-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Gələcəkdə özəl sahibkarlıq subyektlərinin sərmayəsi hesabına kompleksin ərazisində çoxlu sayda hotellər, müxtəlif qış idman oyunlarının keçirilməsi üçün meydançaların da salınması nəzərdə tutulur. Bir sözlə, çox da uzaq olmayan illərdə Azərbaycan təkcə yay idman növləri üzrə keçirilən beynəlxalq yarışlara deyil, həmçinin, qış idman yarışlarına da ev sahibliyi edəcək. Bu isə, eyni zamanda, ölkəmizə gələn turistlərin sayına da öz müsbət təsirini göstərəcək.
“Şahdağ” Qış-Yay Turizm Kompleksində 2 nömrəli kanat yolunun sınaq məqsədi ilə işə salınması mərasimində çıxış edən Prezident İlham Əliyev, həmçinin, bildirib ki, mərkəzin istifadəyə verilməsi minlərlə yeni iş yerlərinin açılmasına səbəb olacaq, təkcə Qusar deyil, eyni zamanda, Quba və ətraf rayonlarda yaşayan vətəndaşlar daimi işlə təmin olunacaqlar: “Biz bu turizm mərkəzini yaratmaq fikrində olarkən bir məqsədi güdürdük ki, burada tikiləcək və yaradılacaq bütün infrastruktur ən yüksək səviyyəyə cavab versin. Odur ki, dünyanın ən qabaqcıl təcrübəsi öyrənildi, ən inkişaf etmiş ölkələrin dağ-xizək imkanları araşdırıldı və burada indi ən qabaqcıl texnologiyalar, ən gözəl təcrübə tətbiq olunur. Mən ümid edirəm ki, burada birinci mərhələni əhatə edən bütün işlər yaxın zamanlarda başa çatacaq və beləliklə, bu ilin sonuna qədər artıq bu gözəl kurort qapılarını insanlara, Azərbaycan sakinlərinə açacaqdır. Bu, böyük tarixi hadisədir. İlk dəfə olaraq Azərbaycanda dağ-xizək kurortu yaradılır. Mən ümid edirəm ki, gələcək illərdə burada əlavə investisiyalar qoyulacaqdır. Birinci mərhələdə bütün investisiyalar dövlət tərəfindən qoyulur. Yollar, elektrik, qaz, su xətləri dövlət tərəfindən çəkilir. Bütün infrastruktur, birinci mehmanxana dövlət hesabına tikilir. Mən çox ümid edirəm ki, bundan sonra isə özəl sektor, investorlar və yerli iş adamları bu gözəl bölgəyə sərmayə qoyacaqlar”.
Prezident İlham Əliyev, həmçinin, kompleksin istifadəyə verilməsinin ölkəmiz üçün mühüm tarixi bir hadisə olduğunu deyib: “Bu gün ölkəmizin həyatında çox gözəl və əlamətdar bir gündür. İlk dəfə olaraq Azərbaycanda dağ xizəyi kurortu fəaliyyətə başlayır. Birinci xizək trassası hazırdır və bu gün biz bu trassanın açılışını qeyd etdik. Bu, doğrudan da, böyük və tarixi hadisədir. Azərbaycan tarixində heç vaxt dağ-xizək kurortları olmamışdır. Heç Sovet dövründə də olmamışdır. Bu gün isə müstəqil Azərbaycan artıq böyük işlərə qadirdir. Biz ölkəmizi inkişaf etdiririk, müasirləşdiririk. Müstəqil Azərbaycanın bütün bölgələri inkişaf etməlidir”.
Dövlət başçısı qeyd edib ki, bu il Azərbaycanda “Turizm ili” elan olunub və cari ildə Bakıda, eləcə də, respublikanın şəhər və rayonlarında bir neçə müasir mehmanxana istifadəyə veriləcəkdir. Onlardan biri də “Şahdağ” Qış-Yay Turizm Mərkəzində açılacaq: “Mən birinci dəfə burada olarkən ərazidə heç nə yox idi. Boş dağlar idi, qar idi. Bu ətrafda heç yaşayış məntəqəsi də yoxdur. Bu yeri seçməklə və xarici mütəxəssisləri bu işə cəlb etməklə biz əfsanəni reallığa çevirdik. Bu kurortun yaradılması turizmin inkişafı ilə bərabər, eyni zamanda, ona görə əhəmiyyətlidir və onu göstərir ki, müstəqil Azərbaycan böyük işlərə qadirdir. Biz qarşıya vəzifə qoyuruq və ən yüksək keyfiyyətlə, ən yüksək səviyyədə icra edirik”.
Beləliklə, Azərbaycanda daha bir əfsanə reallığa çevrilir və “Şahdağ” kompleksi Azərbaycanı dağ-xizək komplekslərinə malik ölkələr sırasına daxil edəcək. Başqa sözlə, Azərbaycanın “Ağ Olimpiadaya” ev-sahibliyi edəcəyi tarix çox da uzaqda deyil. Bu isə öz növbəsində ölkəmizdə turizm sənayesinin inkişafına öz töhfəsini verəcək.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31

