Azərbaycan dünya bazarında böyük qaz tədarükçüsü olacaq
31.03.2011 [09:41]
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən neft, qaz, infrastruktur və energetika üzrə X beynəlxalq konfransda Azərbaycanın enerji siyasəti təqdir olunub, həmçinin, respublikamızın dünya dövlətlərinin yanacaq təminatında oynadığı rol yüksək dəyərləndirilib. Qeyd edək ki, konfransda “Cənub enerji dəhlizi”nin region üçün strateji əhəmiyyəti, Qara və Xəzər dənizləri bölgələrində enerji ehtiyatları tranzitinin təhlükəsizliyi, digər regional kommunikasiya layihələrinin perspektivləri, beynəlxalq şirkətlərlə əməkdaşlığın mühüm səmərələri və digər məsələlər əsas müzakirə mövzuları olub.
Konfransda iştirak edən dünyanın iri neft və qaz korporasiyalarının nümayəndələri enerji təhlükəsizliyi məsələsində Azərbaycanın xüsusi rolunu və mövqeyini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan zəngin enerji resurslarının nəqlində diversifikasiya siyasətini gücləndirməklə dünya enerji bazarına öz töhfəsini verməkdədir. Azərbaycanın atdığı qətiyyətli addımlar regionun və dünyanın enerji təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb.
BP şirkətinin nümayəndəsi Neil Duan bəyan edib ki, Azərbaycan hazırda çoxşaxəli enerji siyasəti həyata keçirərək Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində başlıca rol oynamaqdadır. Respublikamızın yerləşdiyi Xəzər regionu dünyanın enerji təchizatında mühüm yer tutur. Avropanın enerji təhlükəsizliyinin təminatında Xəzər regionu müstəsna məkandır. Azərbaycan isə bu prosesdə başlıca rol oynayan regionun flaqmanıdır. Azərbaycan hökuməti nümayiş etdirdiyi siyasi iradə ilə trans-enerji layihələrinin çəkilişinə səbəb olub, Avro-Asiya Neft Nəqli Dəhlizi sisteminin yaradılmasını reallaşdırıb.
N.Duan bildirib ki, hazırda Azərbaycanda neft hasilatı 50 milyon tonu ötüb və bu, çox böyük göstərici sayıla bilər. İllik qaz hasilatı isə 25 milyard kubmetrdən artıqdır. BP şirkətinin əməkdaşının fikrincə, yeni inkişaf mərhələsində ölkəmizin enerji siyasətində qaz sənayesi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın ixrac siyasəti artıq qaz nəqli ilə zənginləşməkdədir. Hazırda respublikamızın Avropada bir çox ölkələrə yanacaq ixrac etdiyini vurğulayan N.Duan 2020-ci ilə kimi dünyada neftlə yanaşı, qaza olan tələbatın da əhəmiyyətli dərəcədə artacağını və respublikamızın bu dövrdə ən mühüm ixracatçılardan biri olacağını söyləyib. Bildirib ki, “Şahdəniz-2” layihəsinin həyata keçirilməsi ilə Azərbaycan Avropa bazarına təbii qazın ixracında mühüm rol oynayacaq və bu bazarda mövqeyini daha da möhkəmləndirəcək: “Avropa bazarı dünyanın ən sabit, gəlirli və hüquqi baxımdan yaxşı tənzimlənən bazarıdır. 2017-ci ildən sonra, “Şahdəniz-2” layihəsi həyata keçirildikdən sonra Azərbaycanın qaz istehsalı 55 milyard kubmetrə çatacaq və bu, böyük həcmdir. Həmin rəqəmin 70 milyarda çatacağı ehtimalı da var. Qazın 35-40 milyard kubmetrinin ixracı nəzərdə tutulur. Bu da Avropa bazarında Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək”.
Azərbaycan yanacaq ehtiyatlarının nəqlini genişləndirmək və tərəfdaşları ilə qarşılıqlı səmimiyyətə əsaslanan sıx əməkdaşlıq münasibətlərini gücləndirməklə yanaşı, həm də bir sıra ölkələrin neft-qaz, enerji, kommunikasiya, infrastruktur sektorlarının bərpasına, yenidən qurulmasına öz dəstəyini göstərir. Gürcüstan, Türkiyə, Rumıniya, Moldova, Ukrayna, Belarus və digər ölkələrin yanacaq-enerji komplekslərinin yaradılmasında və yenilənməsində potensial sərmayəçi kimi çıxış edən respublikamız həmin dövlətlərin inkişafına öz töhfəsini vermiş olur. Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Aleksandr Xetaqurinin bəyan etdiyi kimi bu gün Gürcüstan və Moldova iqtisadiyyatının (xüsusilə də, Gürcüstan) dirçəlişində Azərbaycanın yatırdığı investisiyalar əhəmiyyətli rol oynayıb. Hazırda qonşu ölkənin yanacaq və enerji sisteminin rentabelliliyi tamamilə Azərbaycan sərmayələrindən asılıdır.
Göründüyü kimi, respublikamızın region ölkələrinin enerji təminatında rolu hər il daha da artır. ölkəmizin yalnız bölgədə deyil, Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyində də rolu getdikcə güclənir. Azərbaycan “Azəri-çıraq-Günəşli”, “Şahdəniz”lə yanaşı, “ümid”, “Babək”, “Abşeron”, “Naxçıvan”, “Zəfər-Məşəl”, “Araz”, “Alov”, “Şərq”, “Asiman-Şəfəq” yataqlarındakı böyük qaz ehtiyatları hesabına yanacaq resurslarının həcmini iki-üç dəfə artacaq və yeni onillikdə dünya bazarında böyük qaz tədarükçüsü olacaq.
Prezident İlham Əliyev bildirib ki, qarşıdakı illər ərzində Azərbaycan həm neft, həm qaz, həm də bütün başqa sahələrdə daha da inkişaf edəcək: “ölkəmizin qarşısında perspektivlər çox ürəkaçandır və ölkəmiz gələcəyə çox böyük nikbinliklə baxır. Azərbaycan enerji resurslarını neft və qaz kəmərləri ilə müxtəlif istiqamətlərə ixrac edir. İxrac coğrafiyamız ildən-ilə genişlənir və mən tam əminəm ki, biz yeni bazarlara da çıxacağıq. çünki yeni bazarlarda Azərbaycanın təbii resurslarına ehtiyac vardır. Bizim də marağımız ondadır ki, neft-qaz potensialımızı maksimum dərəcədə realizə edə bilək. Bugünkü hasilat demək olar ki, ixrac imkanlarımızdan daha da çoxdur. Ancaq biz elə etməliyik ki, hasilatımızla daxili tələbat və ixrac imkanlarımız bərabərlik təşkil etsin. Buna nail olmaq üçün əlbəttə ki, bizə yeni bazarlar lazımdır. Yaxud da ki, mövcud olan bazarların genişləndirilməsi lazımdır. Azərbaycan hər iki istiqamətdə çox düşünülmüş, çox dəqiq və məqsədyönlü siyasət aparır”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21

