Antikorrupsiya tədbirləri uğurlu nəticələrini verməkdədir
09.07.2011 [12:21]
Azərbaycanda bütün sahələrdə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birini cəmiyyətdəki neqativ hallara, qanun pozuntusuna, korrupsiya və rüşvətxorluğa qarşı intensiv mübarizə təşkil edir. ölkədə gerçəkləşdirilən sosial-iqtisadi islahatların səmərəliliyini artırmaq məqsədilə korrupsiyanın qarşısının alınması və bu sahədə hüquqpozmaların aradan qaldırılması dövlətin bu yöndə həyata keçirdiyi tədbirlərin başlıca istiqamətlərindəndir.
Məlum olduğu kimi, cari ilin yanvarın 14-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkənin iqtisadi inkişafına maneə ola bilən bütün neqativ halların aradan qaldırılmasına, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinə dair müvafiq tapşırıqlarından sonra sistemli işlər aparılıb. İlk növbədə, dövlət orqanlarında korrupsiya əleyhinə mübarizə gücləndirilib, neqativ halların vaxtında aşkarlanması üçün nəzarət mexanizmi təkmilləşdirilib, “qaynar xətt” sisteminin tətbiqinə başlanılıb. Fəaliyyətində ciddi nöqsanlara yol verən bir sıra bələdiyyə, təhsil, səhiyyə, DİN işçilərinə qarşı görülən tədbirlər ölkəmizdə korrupsiyaya qarşı mübarizənin hərtərəfli xarakter daşıdığını göstərir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı vətəndaşlara dövlət qayğısının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də dövlət başçısının qarşıya qoyduğu vəzifələri rəhbər tutaraq korrupsiya və rüşvətxorluqla mübarizədə konkret və məqsədyönlü işlər görür. Vəzifələrinin icrasında, həmçinin, vətəndaşlara xidmət sahəsində yol verdikləri ciddi nöqsanlara görə Quba, Yardımlı və Xızı rayonlarının əhalinin sosial müdafiəsi mərkəzlərinin direktorları və 13 nəfər məsul əməkdaş vəzifələrindən azad edilib, 5 rayonun (Kürdəmir, Sabirabad, Zərdab, Biləsuvar, Ağcabədi) mərkəz direktorları müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıb, 15 nəfərə isə töhmət verilib. İctimai nəzarətin gücləndirilməsi məqsədilə “ünvanlı sosial yardım təyin edən komissiya haqqında Əsasnamə”yə əlavə və dəyişikliklər edilərək, həmin komissiyaların üzvləri siyahısına təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların (qeyri-hökumət təşkilatları və həmkarlar ittifaqları daxil olmaqla) nümayəndələri də daxil edilib.
Korrupsiyaya qarşı mübarizədə şəffaflığın artırılması, ərizə və şikayətlərin vaxtında və yerində araşdırılması məqsədilə həkim-ekspertlər zonalara ezam edilib, vətəndaşların qəbulunu asanlaşdırmaq və onlara göstərilən xidmətin keyfiyyətini artırmaq üçün tibbi-sosial ekspert komissiyalarının (TSEK) sayı artırılıb. Bununla yanaşı, 7 zona üzrə tibbi-sosial ekspert komissiyalarının sədrləri vəzifələrindən kənarlaşdırılıb, 8 nəfər həkim-ekspertə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Eləcə də, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə dövlət hesabına mənzillərin və avtomobillərin verilməsi üçün yaradılmış xüsusi komissiyanın işində şəffaflığın daha da artırılması məqsədilə komissiyanın tərkibinə Ombudsman Aparatının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxil edilib.
Yeri gəlmişkən, qeyd edək ki, bu günlərdə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində daha 3 polis vəzifəsindən azad edilib. Aparılan xidməti təhqiqat zamanı Oğuz RPŞ-nin Yol Patrul Xidməti əməkdaşlarının qanunsuz hərəkətləri tam sübut olunduqdan sonra onlar korrupsiya faktı ilə əlaqədar vəzifəsindən kənarlaşdırılıb.
Beləliklə, antikorrupsiya tədbirlərinin genişləndirilməsi və sərtləşdirilməsi bu prosesin kampaniya xarakteri daşımadığını göstərir. ümumiyyətlə, rüşvət və korrupsiya hallarına qarşı operativ tədbirlərin görülməsinin, həmçinin, effektiv nəticələrin əldə edilməsinin dövlətimizin inkişaf tempinə müsbət təsir edən amil olduğunu nəzərə alsaq, bu istiqamətdə atılan addımların davamlılığı zəruridir.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49

