İKT sektorunda Azərbaycan regional liderə çevrilir
11.04.2012 [00:08]
Bu gün Azərbaycanın dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik dövlətlər sırasında özünəməxsus yeri var. Düşünülmüş siyasət və uğurlu sosial-iqtisadi strategiya, həmçinin, xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq regionda genişmiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin formalaşmasında Azərbaycanın rolunu artırıb. Prioritet məsələlərdən biri kimi, hazırda Azərbaycanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi üçün iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı və ölkəmizdə biliklərə, innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasıdır. Dünya təcrübəsi və son dövr qlobal maliyyə böhranı bir daha göstərdi ki, informasiya kommunikasiya texnologiyalarının (İKT) daha çox tətbiq olunduğu, iqtisadiyyatın diversifikasiyasına və innovasiya yönümlü iqtisadiyyatın yaradılmasına nail olunduğu ölkələrdə böhranın təsiri daha az müşahidə olunur. Bu məqsədlə dövlət elm, təhsil və İKT-nin əlaqəli inkişafını diqqət mərkəzində saxlayır, elmi-texnoloji tutumlu innovativ layihələrin tətbiqi istiqamətində ardıcıl tədbirlər görülür. Son illər informasiya kommunikasiya texnologiyaları Azərbaycanın sosial-iqtisadi yüksəlişinə xidmət edən sektor kimi prioritet sahəyə çevrilib və ölkəmizin İKT üzrə göstəriciləri xeyli yüksəlib.
Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda İKT sektoru həm dünyada yeni texnologiyaların tətbiqinin geniş vüsət aldığı bir şəraitdə, həm də Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı fonunda genişlənir, modernləşir və ölkənin hərtərəfli tərəqqisinə öz töhfəsini verməkdədir. Son bir neçə ildə sözügedən sahənin inkişafı istiqamətində dövlət tərəfindən ardıcıl addımlar atılıb. Rəsmi məlumatlara görə, Azərbaycanda İKT sektoru təxminən hər üç ildə iki dəfə genişlənir. Təkcə 2004-2010-cu illərdə bu sahə üzrə gəlirlərin orta illik artım tempi 25-30 faiz təşkil edərək ümumdünya göstəricisini 2,5-3 dəfə qabaqlayıb. Bu müddət ərzində informasiya texnologiyaları sektorunun həcmi 6 dəfə, məhsul ixracı isə 5 dəfə artıb və özəl sektorun İKT bazarında payı genişlənərək 80 faizə çatıb. 2011-ci ildə sektor üzrə əldə olunan gəlirlərin həcmi 2010-cu ilə nisbətən təxminən 12 faiz artıb. Bu, uyğun ümumdünya orta göstəricisinin gözlənilən rəqəmindən təxminən 2 dəfə çoxdur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatına görə, ötən il sözügedən sektora təxminən 400 milyon manat həcmində investisiya qoyulub. Həmçinin, hesabat dövründə internet istifadəçilərinin sıxlığı 65, genişzolaqlı üzrə isə 30 faizi ötüb. Hər iki göstəriciyə görə ölkəmiz ümumdünya orta göstəricilərindən iki dəfədən çox irəlidədir. İnternet xidmətlərinin qiymətləri isə rəqabətin genişlənməsi hesabına 35 faiz aşağı düşüb. Qeyd edək ki, ölkəmiz “İKT Qiymət Səbəti” göstəricisi üzrə 2009-cu ildə 161 ölkə arasında 99-cu yeri paylaşırdısa, 2010-cu ilin qiymətləndirmələrinə görə, 46 pillə irəliləyərək 165 ölkə arasında 53-cü yerə yüksəlib. ümumiyyətlə, İKT-nin inkişaf göstəricilərinə görə ölkəmiz inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir.
Bu gün Azərbaycanda informasiya texnologiyaları (İT) sənayesi də inkişaf edir, yerli şirkətlərin peşəkarlıq səviyyəsi yüksəlir və onlar elektron bankçılıq, kommersiyanın yayılması proseslərində aktiv iştirak edirlər. Azərbaycanın İT şirkətləri region bazarlarına çıxış əldə edib və regionda bir çox layihələrdə müvəffəqiyyətlə iştirak edir, region bazarlarına öz məhsullarını ixrac edirlər. Mövcud şərait və dünyada gedən yeni inkişaf meyillərinin tələb etdiyi kimi ölkəmizdə bu sahədə kompleks tədbirlərin görülməsi istiqamətində də işlər aparılır.
Respublikamızın regional İKT mərkəzinə çevrilməsində son illər keçirilən Xəzəryanı regionda ən böyük nüfuza malik olan “Bakutel” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı böyük rol oynayır. 2011-ci ildə bu sərgidə 30 ölkədən 250 şirkətin iştirakı, o cümlədən şirkətlərin 60 faizinin xarici ölkələrdən olması və 19 ölkənin milli stendlərlə iştirakı buna parlaq misaldır.
Bu günlərdə ümumdünya İqtisadi Forumunun (üİF) informasiya texnologiyalarının inkişafına (Global İnformation Technology Report 2012) dair açıqladığı yeni hesabatı da deyilənləri təsdiq edir. Belə ki, Azərbaycan dünyanın 142 ölkəsi üzrə şəbəkə hazırlığı indeksi (NRI) reytinqdə 3,9 balla 61-ci yerdə qərarlaşaraq ötən ilki mövqeyini 9 pillə yaxşılaşdırıb. Azərbaycan Qazaxıstan və Rusiya ilə yanaşı, MDB məkanında informasiya texnologiyalarının inkişafı baxımından ən inkişaf etmiş ölkə kimi göstərilib. Gürcüstan 88-ci, Ermənistan isə 94-cü yerdə qərarlaşıb.
üİF mütəxəssisləri “Azərbaycan: Sürətlə dəyişən dünyada böyük ambisiyalar” başlığı ilə ayrıca bölmədə ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı və maksimum fayda əldə etmək üçün göstərdiyi səylərdən bəhs ediblər. Ekspertlər qeyd ediblər ki, ölkə İKT-nin inkişafına xüsusi əhəmiyyət verir. Eyni zamanda, sektorun hökumət üçün prioritet olması, innovasiyalara hazırlıq, iqtisadi təsir, əhalinin savadlılığı, İKT xidmətlərindən istifadənin Azərbaycanda İT-nin inkişafı üçün güclü əsas yaratdığını bildiriblər.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45

