Azad sahibkarlığın Azərbaycan modeli...
01.05.2024 [10:40]
Hansı işlər görülüb?
Ölkəmizdə sahibkarlıq fəaliyyəti özünəməxsus bir inkişaf yolu keçib. Müstəqillik illərində yaranmış əlverişli şərait nəticəsində Azərbaycanda sahibkarlıq fəaliyyəti formalaşıb, müəyyən problemlər, çətinliklər müşahidə olunsa da müasir inkişaf səviyyəsinə gəlib çatıb. Müasir dövrümüzdə sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli ictimai rəyin formalaşması, əhalinin şüurunda təşəbbüskar, işgüzar sahibkar obrazının yaranması çox mühüm amilə çevrilib. Müsbət haldır ki, hökumətin siyasəti müasir sahibkarlığın daha da inkişafına və iqtisadiyyatın müxtəlif fəaliyyət sferalarında sahibkarların rolunun artmasına şərait yaradır.
Müsbət haldır ki, dünyadakı maliyyə böhranı şəraitində belə Azərbaycan hökuməti tərəfindən valyuta ehtiyatlarından səmərəli istifadə, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, milli valyutanın sabitliyinin qorunması sahəsində uğurlu nəticələrə nail olunub. Bu isə investorların, sahibkarların maraq dairəsindədir.
Artıq Azərbaycan iqtisadiyyatda keçid dövrünü arxada qoyub və ölkədə bazar iqtisadi sistemi formalaşıb. Sahibkarlığın inkişafı istiqamətində həyata kəçirilən tədbirlər öz müsbət nəticələrini verib. Ölkədə aparılan islahatlar daha geniş vüsət alıb və sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni - davamlı inkişaf mərhələsinə qədəm qoyulub. Yeni mərhələnin əsas hədəfi iqtisadi səmərəlilik, sosial ədalətlilik prinsiplərini rəhbər tutmaqla qeyri-neft sektorunun, sahibkarlığın inkişafının sürətləndirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir.
Mövzunu “Yeni Azərbaycan”a şərh edən iqtisadçı Azər Quliyev bildirib ki, ölkəmizdə Azərbaycanda azad iqtisadiyyat və liberal iqtisadi sistemin qurulması prioritet məsələlərdəndir: “Nəzərə alsaq ki, bununla bağlı 2022-2026-cı illəri əhatə edən strategiyada xüsusi prinsiplər var. Bir tərəfdən gizli iqtisadiyyata qarşı mübarizənin güclənməsi iqtisadiyyatın liberallaşmasına xüsusi töhfə verir. Bu da təbii ki, rəqabətin güclənməsi, azad iqtisadi systemin genişləndirilməsi baxımdan vacib hesab olunur. Digər tərəfdən də liberal iqtisadiyyatın inkişafı özəl sektorların payının artmasında özünü göstərir”.
İqtisadçı qeyd edib ki, həm ümumi məsələlərin sayında özəl sektorun payının artması, həm də bütövlükdə, iqtisadiyyatda özəl müəssisələrin genişlənməsini müşahidə edirik: “Bütün bunlar azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafında xüsusi rol oynayır”.
A.Quliyevin sözlərinə görə, Azərbaycanda liberal iqtisadiyyat sahəsində kifayət qədər inkişaf müşahidə edilir: “Ölkədə sahibkarlıq mühiti münbitləşdirilir və sağlam rəqabət formalaşdırılır. Sadəcə olaraq investisiya və sahibkarlıq mühitində aparılan islahatlar sürətləndirilməlidir. Dövlət azad sahibkarlığı və liberal iqtisadiyyatı inkişaf etdirmək üçün mühüm addımlar atır. Formalaşdırılan yeni strukturlar sayəsində proseslər daha uğurla davam etdirilir. Misal üçün, Azərbaycanda fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz işinin öhdəsindən kifayət qədər yaxşı gəlir. Nəzərə almaq lazımdır ki, ölkənin iqtisadi siyasətində əlverişli biznes və investisiya mühitinin yaradılması ilə qeyri-neft sektorunun güclü inkişafına nail olmaq prioritet hesab edilir. Ona görə də qeyri-neft sektorunun hərtərəfli və sürətli inkişafını təmin etmək üçün azad sahibkarlığın inkişaf etdirilməsi, xüsusilə də kiçik və orta biznes fəaliyyətinin səmərəliliyinin artırılması vacib faktorlardır. Azad sahibkarlığın inkişafı ilə bağlı bu gün həllini tapmayan ən vacib məsələ isə maliyyə-kredit məsələsidir. Zəncirvari prosesdə həll olunması lazım olan ən mühüm məsələlərdən birincisi məhz budur. Nəzərə alaq ki, illik 18-20 faizlə götürülən bank krediti sahibkara qətiyyən sərf edə bilməz. Hesab edirəm ki, bu istiqamətdə problemlər həllini tapmalı, istiqraz bazarları artmalı, birjaların fəaliyyətinə daha çox təkan verilməlidir”.
İqtisadçı qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq strukturları ölkədə məhsul istehsalında, işlərin və xidmətlərin yerinə yetirilməsində iqtisadiyyatda aparıcı mövqeyə malik olmaqla yanaşı, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində və insanların sosial vəziyyətinin yaxşılaşdırılmasında da mühüm rola malikdir: “Təsadüfü deyil ki, hazırda ölkəmizdə məşğulluğun 73,9 faizi məhz özəl sektor tərəfindən təmin edilir. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 80,7 faizini təşkil edib. Aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində özəl bölmənin payı 70-99 faiz arasında dəyişir”.
Y.BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

