38 ölkənin dini liderləri Azərbaycanda...
04.05.2024 [12:15]
Yeganə BAYRAMOVA
Ölkəmiz dünyanın humanitar ideya mərkəzlərindən biridir. Bu baxımdan Azərbaycan qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əhəmiyyətli Zirvə görüşlərinə uğurla ev sahibliyi edir. Multikultural dəyərləri təşviq edən qlobal ideyalarımız bölgənin, həmçinin bütün bəşəriyyətin mənafeyinə xidmət göstərir. Məsələn, bir neçə gün öncə-mayın 1-də Azərbaycanın ev sahibliyi etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı görüşünü xüsusi vurğulaya bilərik. Tədbirə dünyanın 30-dan çox ölkəsindən dini liderləri qatılmışdı.
Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyevin təşəbbüsü ilə dünyanın nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, ICESCO və Dünya Turizm Təşkilatını tərəfdaş kimi cəlb edən yeganə platformadır. Prezidentin müəllifi olduğu, 2008-ci ildən mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi” beynəlxalq ictimaiyyəti narahat edən humanitar problemlərin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, dini liderlər, nüfuzlu alim və ekspertlər arasında səmərəli fikir mübadilələrinin aparılmasına əlverişli imkan yaradıb.
Azərbaycanda heç vaxt dini qarşıdurma olmayıb
Mövzunu “Yeni Azərbaycan”a şərh edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Azər Badamov bildirib ki, Azərbaycan dünyada sayılıb-seçilən, müstəqil siyasət yeridən, suveren dövlət imici qazanıb. Onun sözlərinə görə, bunu ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq təşkilatların tədbirləri də təsdiqləyir: “Respublikamız daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Artıq ölkəmiz bu sahədə zəngin təcrübəyə malikdir. Təbii ki, söhbət “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoqdan gedir. Belə mötəbər tədbirlərin keçirilməsi üçün Azərbaycan artıq ənənəvi bir məkana çevrilib. Bu gün də ənənə qorunub saxlanılır. İctimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanda heç vaxt milli və dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmayıb. Bütün dövrlərdə Azərbaycanda müxtəlif
xalqların nümayəndələri bir ailə kimi yaşayıb və daim bir-biriləri ilə dostluq münasibətləri qurublar”.
Ölkəmiz dünyada sabitlik məkanıdır...
Deputat qeyd edib ki, artıq dünyanın mötəbər təşkilatları öz tədbirlərini Azərbaycanda keçirməyə üstünlük verir. Bunun əsas səbəbi ölkəmizin dünyada sabitlik məkanı kimi imic qazanmasıdır: “Çünki siyasi, iqtisadi və digər sahələrdə bir-birinin ardınca uğurlar qazanan, əsl tolerantlıq nümunəsi olan Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxından tanıtmağın böyük əhəmiyyəti var. Əslində, Azərbaycan artıq dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır. Lakin buna baxmayaraq, müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin bu inkişafı öz gözləri ilə görmələri daha vacibdir. Paralel olaraq tədbir iştirakçıları ölkəmizin sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələrlə şəxsən tanış olublar”.
Azərbaycan mədəniyyətlərin qovuşduğu məkandır
Millət vəkili budəfəki forumda 110 ölkənin nümayəndəsinin iştirak etdiyini bildirib. O, forumun çox mühüm və nüfuzlu beynəlxalq platforma olduğunu deyib: “Dövlət başçısı forumda çıxışı zamanı dedi ki, Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir. Təəssüflər olsun ki, dünyada yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və təhdidləri görürük. Məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var. Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır”.
Parlament üzvü vurğulayıb ki, dövlət başçısı forumda Azərbaycanın COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildiyini də xatırladıb: “Bununla yanaşı, bu forum həm də dini liderlərin Şuşada keçirdikləri görüş ilə yadda qalacaq. Görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak ediblər. Forum çərçivəsində dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

