Cəmiyyətlə dövləti birləşdirən qırılmaz bağ!
16.05.2024 [10:34]
Dövlət və cəmiyyət bir-biri ilə əlaqədə olan anlayışlardır. Bu baxımdan ictimai və dövlət maraqlarının qorunması güclü ölkə olmaq deməkdir. Siyasi kimliyindən, mövqeyindən, dinindən, irqindən asılı olmayaraq, hər kəsin bu maraqları qoruması vətəndaşlıq borcu sayılır. Çünki ictimai və dövlət maraqlarına toxunan ən xırda məsələ belə millətə, ölkəyə, onun suverenliyinə, müstəqilliyinə zərər verə bilir. Bu baxımdan maraqların qorunması hər kəs üçün ən vacib vəzifədir.
Yeri gəlmişkən qeyd edək ki, təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılar, həmvətənlərimiz də dövlət maraqlarını, milli maraqları, azərbaycançılıq ideyasını rəhbər tutmalıdırlar. Hətta yetişməkdə olan gənc nəsil də məhz dövlət maraqlarının müdafiəsinə həssas yanaşılması ruhunda tərbiyə edilməlidir. Hər birimiz bilməliyik ki, kimliyindən, hansı peşənin sahibi olmasından, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı ictimai və dövlət maraqlarının qorunması kontekstində üzərinə böyük məsuliyyət düşdüyünü başa düşməli və qəbul etməlidir.
Bu təmaslar nə qədər çox olarsa...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur: “Bu gün müasir Azərbaycan cəmiyyəti intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur. Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir cəmiyyətdir. Xüsusən də dövlət nümayəndələri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmaslar, qarşılıqlı anlaşma nə qədər çox olarsa, o zaman ortaq maraqlar da bir o qədər artar”.
Aparılan təbliğat bəhrəsini verdi...
Politoloqun sözlərinə görə, ictimai və dövlət maraqlarının qorunması istiqamətində ölkəmizdə davamlı şəkildə aparılan maarifləndirmə işi, vətənpərvərlik ideologiyasının gənclər arasında təbliğ edilməsi olduqca əhəmiyyətlidir: “Orta məktəbdə, ali təhsil ocaqlarında, digər təlim-tərbiyə müəssisəsində azərbaycançılıq ideologiyasının təbliği, vətənpərvərlik ruhunda gənclərin tərbiyə alması, ictimai və dövlət maraqlarının qorunması barədə kifayət qədər təbliğatın aparılması öz bəhrəsini verdi. Məhz vətənpərvərlik ruhunda tərbiyə alan, ictimai və dövlət maraqlarını üstün tutan Azərbaycan gəncləri vətənimizin ərazi bütövlüyü uğrunda dövlətin ətrafında birləşdi. İctimai və dövlət maraqlarına böyük önəm verilməsi ilə Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və uzaqgörənliyi sayəsində qısa zamanda işğala son qoyuldu. Vətəndaşların ictimai və dövlət maraqlarını üstün tutması ilə torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Şahidi olduq ki, ictimai və dövlət maraqlarımızın, milli maraqlarımızın, mənafelərimizin, dəyərlərimizin qorunması yolunda gənclərimiz canından, qanından keçməkdə tərəddüd belə etmədilər”.
Xalq və dövlət birliyinin parlaq nümunəsi
Z.Məmmədov qeyd edib ki, bu gün Qarabağ iqtisadi rayonunda aparılan yenidənqurma, abadlıq işlərində xalq və dövlət birliyinin ən parlaq nümunəsini görməkdəyik: “Gördüyümüz həmin işlər, əlbəttə ki, ümumi maraqlarımızın, ictimai və dövlət maraqlarının təmin edilməsi, qorunması üçündür. Deməli, ictimai və dövlət maraqlarının qorunmasının gündən-günə aktuallığı, vacibliyi artır. Məhz bu baxımdan da Azərbaycanda ictimai və dövlət maraqları həssaslıqla qorunur və həmin maraqların qorunması diqqət mərkəzindədir”.
Medianın üzərinə də məsuliyyət düşür...
Politoloqun fikrincə, sözügedən maraqların müdafiəsi və qorunmasında “cəmiyyətin güzgüsü” hesab edilən mətbuat nümayəndələri də məsuliyyət daşıyırlar: “Mətbuat milli maraqların müdafiəsində dövlətin və vətəndaşın müdafiəçisi rolunda çıxış etməlidir. Çünki qlobal informasiya məkanında ölkənin təhlükəsizliyi naminə ictimai və dövlət maraqlarının qorunması zərurəti yaranır. O zaman mediada sözügedən maraqların müdafiəsi məsələsi aktuallaşır. Lakin bu zaman bir sıra məqamlara ciddi şəkildə əməl etmək zərurəti meydana çıxır. Belə ki, mətbuat dövlət və hərbi sirr kateqoriyasına aid məlumatları əks etdirməməli, dövlətçiliyə, onun təhlükəsizliyinə, müstəqilliyinə təhdid xarakterli, cəmiyyətdə təhlükəli tendensiyaya yol açan informasiya yaymamalıdır. İnformasiya eləcə də, cəmiyyətdə sosial, dini, irqi ayrı-seçkiliyi, cinayətkarlığı, terrorçuluğu, hərbi qarşıdurmanı təbliğ etməməlidir. Ölkənin informasiya sahəsində əsas milli maraqları təmin edən məlumatlar qanuni yolla əldə edilməli, hazırlanmalı və yayımlanmalıdır. Bu baxımdan da medianın fəaliyyəti dövlət maraqlarının müdafiəsini zəruri edir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

