Vətənpərvər övladlar böyütmək...
24.05.2024 [10:23]
Xalqın və dövlətin gələcəyi üçün vacib şərtdir
Vətənə məhəbbət ən ülvi hisslərdən biri olmaqla yanaşı, dövlətə və xalqına bağlılığın da ilkin şərtlərindəndir. Bu bağlılıq, bu sevgi isə hər bir insanda uşaqlığından formalaşan bir duyğudur - bəlkə də bu səbəbdəndir ki, “Vətən” sözü xalqını sevən hər kəsdə dərin və əziz hisslər oyadır. Bəli, Vətənin əsl mənada vətəndaşı, övladı olmaq üçün ilk növbədə vətənpərvər olmaq gərəkir. Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik, inam hissini gücləndirir. Tarix və gələcək məhz bir neçə amilin üzərində özünü bərqərar edir ki, onlardan da biri, bəlkə də elə birincisi vətənpərvərlik duyğusudur. Uzaq keçmişimizdən müasir gələcəyimizə boylanan, xalqı yaşadan, ayaqda saxlayan qüvvə torpağa, Vətənə bağlılıqdır. Məhz bu hiss adi insandan vətəndaşa, Vətən fədaisinə çevrilməyə yardım göstərir - qəhrəmanlarımız, igid oğullarımız Vətənə bağlılığın nə qədər müqəddəs bir hiss olduğunu qan bahasına yaratdıqları tarixlə sübuta yetiriblər.
Müasir tariximizin qəhrəmanlıq s?lnaməsi olan 44 günlük Vətən müharibəsi bu faktı bir daha gözlər önünə sərdi - minlərlə gənc Vətənin müdafiəsi uğrunda səfərbər oldular. Onların yazdıqları qəhrəmanlıq dastanı uşaqlıqdan aşılanan vətənpərvərlik duyğusunun real nəticəsi də sayıla bilər. Bu mənada, gənclərin milli mənlik şüurunun formalaşdırılması, vətənpərvərliyin aşılanması mütləq bir işdir. Bu isə ailə ilə yanaşı, həm də cəmiyyətin və təhsil müəssiələrinin üzərinə mühüm məsuliyyətlər qoyur.
Müəllimlərin üzərinə böyük məsuliyyət düşür
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Müşfiq Məmmədli mövzu barədə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, milli vətənpərvərlik xalqın və dövlətin tamlığının, bütövlüyünün təməlidir. Onun sözlərinə görə, tarixin bütün dövrlərində qəhrəmanlıqları ilə seçilən oğul və qızlarımız milli vətənpərvərlik nümunəsi ortaya qoyublar: “Müxtəlif zamanlarda Vətən uğrunda, millət uğrunda canını ortaya qoyan qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Respublikamızın ümumtəhsil, orta ixtisas və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət fənnlərinin, humanitar fənlərin gənclərdə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları var. Bəllidir ki, təlim-tərbiyə işinin bütün sahələrində olduğu kimi, vətənpərvərlik tərbiyəsinin də əsası uşaq bağçalarında qoyulur, sonra isə ibtidai siniflərdə inkişaf etdirilir. Sonrakı təlim pillələrində daha da möhkəmləndirilir. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür”.
Millət vəkili bildirib ki, gənclərdə hərbi vətənpərvərlik tərbiyəsini daha yaxşı aşılamaq üçün bir sıra addımlar atmaq lazımdır. “Məsələn, mümkündür ki, orta məktəbin 10-11-ci siniflərində oxuyan şagirdlərə və ali məktəbdə təhsil alan tələbə gənclərə ayrı- ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər də verilsin. Mövcud dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi vətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklər yer almalıdır. İllərlə xalqımızın tarixi təhrif olunub, gənclərimiz vətənpərvərlik duyğularından məhrum olunublar, Vətənin müdafiəsi üçün lazımi bilikləri ala bilməyiblər. Amma artıq müstəqil, qalib dövlətik. Bu gün müstəqil respublikamızın inkişafı ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından çox asılıdır”.
Ailənin də rolu böyükdür...
Deputatın sözlərinə görə, vətənpərvərlik tərbiyəsinin mənbəyi ailədir: “Təcrübə göstərir ki, ailədə vətəndaşlıq tərbiyəsi kor-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişməsi nəzərdə tutulur. Onlar nizam-intizamlı, savadlı olmalı, hər zaman nümunəvi davranmalı, ?ətənin tarixini, coğrafiyasını, xalqının mədəniyyətini, milli adət-ənənələrini bilməli, bu torpağın hər daşını belə sevməlidirlər”.
Vətənpərvər şəxs dedikdə...
Millət vəkili qeyd edib ki, vətənpərvərlik hisslərinin aşılanmasında əsas məqsəd kamil şəxsiyyət, hərtərəfli vətəndaş yetişdirməkdir: “Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, ölkənin yüksəlişində iştirak edən insan yetişdirmək deməkdir. İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil və əmək proseslərində vətəndaş hazırlığı keçir. Əsl vətənpərvər şəxs dedikdə, bilavasitə Vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Ümumiyyətlə, vətənpərvərlik məfhumu öz məzmununa görə çoxşaxəlidir və onu heç bir sözlə əvəz etmək mümkün deyil. Bu hiss uşaqlarda tədricən formalaşır. İnsan dünyanı dərk etdikcə, Vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir”.
Yeganə BAYRAMOVA
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

