İctimai və dövlət maraqları...
16.07.2024 [10:43]
Əlverişli şərait, etibarlı zəmin yaradılıb
Hər bir ölkədə hökm sürən sabitlik məhz həmin ölkədəki ictimai-siyasi vəziyyətin göstəricisidir. Bunun üçün uğurlu xarici siyasət kursuna paralel olaraq daxili siyasi vəziyyət də mütləq şəkildə sabit və davamlı inkişafı hədəfləyən xəttə əsaslanmalıdır. Azərbaycanın bu sahədə təcrübəsi müsbət və mütərəqqi nümunə kimi diqqəti cəlb edir. Əminliklə söyləmək olar ki, ölkəmizin sabitlik modeli bir çox dövlətlərin və xalqların görmək istədiyi mənzərələrdən sayılır. Təbii ki, Azərbaycanda hökm sürən bu sabitliyin səbəbi ölkəmizdə ictimai və dövlət maraqlarının qorunması, xalq - dövlət formulunun bütün parametrlər üzrə yüksək temp qazanmasıdır.
Bəllidir ki, Azərbaycanda ictimai və dövlət maraqlarının qorunması üçün əlverişli şərait-etibarlı zəmin yaradılıb. Bu sahədə lazım olan bütün tədbilər görülür. Dövlətin yürütdüyü siyasətin ən vacib qollarından biri məhz vətəndaşların təhlükəsizliyinin təmin olunması, rifahınının yaxşılaşdırılmasıdır. Bütün bunların fonunda dövlətlə xalq arasında mühüm, bir o qədər də qürur hissi bəxş edən vəhdətin şahidi oluruq.
Dövlət və cəmiyyət maraqlarının qarşılıqlı təmini...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan politoloq Turan Rzayev bildirib ki, bu gün dünyanın aparıcı ölkələrinin hesabatlarında öz əksini tapan bir həqiqət var. Yerli və xarici ekspertlər hesab edirlər ki, bütün bəşəri dəyərləri böyük məsuliyyət və ciddi yanaşma ilə qoruyan, təbliğ edən Azərbaycanda dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir: “Birmənalı olaraq qeyd etməliyik ki, milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Son 30 ildə müasir Azərbaycan sosiumu intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur. Bu da o deməkdir ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, eyni zamanda, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir cəmiyyətdir. Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasındakı birlik dayanır. Əslində bu, dövlət və cəmiyyət maraqlarının qarşılıqlı təmini ilə bağlı ən məntiqi izahdır”.
“Xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır”
Politoloq qeyd edib ki, ölkəmizdə dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti ulu öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideyası çərçivəsində təkmilləşməkdədir: “Mütəxəssislərin fikrincə, Heydər Əliyevin irəli sürdüyü bu konsept dövlət, cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir zəmin rolunu oynadı. Elə bu konteksdə inkişaf etməkdə olan müasir hüquqi, milli-dövlət quruculuğu siyasətində “xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır” prinsipi həyata keçirilir. Hətta yüzilliklərdir üzərində dayanılan fikir ondan ibarətdir ki, dövlətin və dövlətçiliyin, onun suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqlar hər zaman üst-üstə düşməlidir. Məhz bu baxımdan Azərbaycanda mövcud dövlətçilik modelinin ən uğurlu istiqamətlərindən biri kimi dövlətlərlə bütün sahələrdə münasibətdə öz milli maraqlarından çıxış etməsi olduğunu deyə bilərik”.
Azərbaycan dünyaya örnəkdir...
T.Rzayevin sözlərinə görə, Azərbaycan ictimai və dövlət maraqlarının müdafiəsinin əsl nümunəsi kimi ölkəmiz dünya dövlətləri üçün örnək sayıla bilər: “Çünki, ictimai və dövlət maraqlarının müdafiəsinə nəzər salsaq görərik ki, ölkəmizdə xalq, cəmiyyət, vətəndaş tərəfindən bu maraqların müdafiəsi yüksək səviyyədədir. Xalqımızın hər zaman öz dövlətinə inandığının, dövlət maraqlarını qoruduğunun hər an şahidi olmuşuq və 44 günlük Vətən müharibəsi də bunu təsdiq etdi. Bütün dünya gördü ki, Azərbaycanda xalq və dövlət arasında yüksək inam və bağlılıq mövcuddur. Ali Baş Komandanımızın bir əmri ilə səfərbər olan müzəffər ordumuzun arxasında dövlətimizlə yanaşı xalqımızın da dayandığının bütün dünya şahidi oldu. Hər kəs gördü ki, Azərbaycanda xalqla, cəmiyyətlə dövlət arasında qırılmaz tellər, bağlar mövcuddur və bu münasibətləri sarsıtmaq mümkün deyil”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50

