Demokratiyanın mühüm göstəricisi!
26.10.2024 [11:48]
Söz azadlığı təmin olunan ölkələr daim öndədir...
Fikir, söz və məlumat azadlıqları hər bir ölkədə mətbuatdan başlayır. Çünki, mətbuat dövrün gerçək təsvirini vermək kimi mühüm bir missiyanı yerinə yetirir. Bu baxımdan mətbuat cəmiyyəti olduğu kimi təsvir edən bir güzgüdür. Həmin güzgü cəmiyyətin bütün həqiqətlərini özündə əks etdirir. Mətbuatın tərəfsiz olaraq cəmiyyətə xidmət etməsi isə bu güzgünün şəffaflığını, nəticədə cəmiyyətin fikir, söz və məlumat azadlığını şərtləndirir.
Plüralist cəmiyyətin yetişməsi üçün fikir, söz, məlumat azadlığı kimi insan azadlıqlarının nə qədər vacib məsələ olduğu şübhə belə doğura bilməz. Belə ki, daim tərəqqiyə can atan insan fikir, söz, məlumat azadlığı olmadan tərəqqiyə nail ola bilməz. Bu baxımdan söz azadlığı təmin olunan hər bir ölkədə demokratik prinsiplərə əməl edilir.
Qapalı cəmiyyətlər inkişafdan geri qalır...
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov: “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, söz və mətbuat azadlığı, fikir plüralizmi açıq cəmiyyət quruculuğunun prioritet məsələlərindən biri, demokratiyanın göstəricisidir: “Biz açıq cəmiyyət qurmaq, vətəndaşın dövlətin həyatındakı rolunu artırmaq istəyiriksə, mütləq söz və mətbuat azadlığını təmin etməli, fikir müxtəlifliyinə nail olmalıyıq. Demokratik təsisatların inkişaf etməsinin qeydinə qalmalıyıq. Çünki şəffaf cəmiyyət quruculuğu, açıq və ədalətli mübarizə mühitinin inkişafını təmin edir, yeni hədəflərin, ideyaların ortaya çıxmasına səbəb olur. Qapalı cəmiyyətlər isə hər zaman inkişafdan geri qalıb. Fikir azadlığı və demokratiya olmayan, hamının eyni cür düşünməyə məhkum edildiyi ölkələr müxtəlif kriteriyalar üzrə rəqabətdə azad və demokratik dövlətlərə uduzurlar. Azərbaycan söz və mətbuat azadlığının inkişafının qayğısına qalan, ən azından bu istiqamətdə iradə nümayiş etdirməyə çalışan ölkələrdəndir”.
Ölkəmizdə plüralizmi məhdudlaşdıran heç nə yoxdur
Deputat ölkəmizin hələ 1991-ci ildə Müstəqillik Bəyannaməsində demokratik dövlət, hüququn aliliyi, söz azadlığını dəyişməz bir prinsip kimi qarşısına məqsəd qoyduğunu elan edib: “Azərbaycan demokratiya yolu ilə gedən dövlətdir. Həmçinin 1995-ci ildə qəbul edilən Konstitusiyada söz azadlığı, plüralizm, insan hüquqlarının müdafiəsi və qorunması, vicdan azadlığı, qadın və kişilərin bərabərhüquqlu olması məsələsi açıq-aydın öz əksini tapıb. Sonradan keçirilən referendumlarda da bununla bağlı təkmilləşmələr aparılıb. Qanunvericilikdə söz azadlığı, plüralizmlə bağlı kifayət qədər maddələr var. Bu gün ölkəmizdə plüralizmi məhdudlaşdıran heç nə yoxdur. Azərbaycanda sərbəst toplaşmaq, söz azadlığı haqqında qanunlar yüksək səviyyədə təsbit olunub. Bununla bağlı qəbul edilən qanunların hər biri beynəlxalq ekspertlər tərəfindən nəzərdən keçirilib. Dövlətimiz, eləcə də Milli Məclis yeni qanunların qəbul edilməsinə, mövcud qanunvericiliyin təkmilləşdirilməsinə maraqlıdır. Bu, prioritet məsələlərimizdən biridir. Ölkəmizdə hazırda söz azadlığını, plüralizmin inkişafını ləngidən, problem yaradan hər hansı məsələ varsa, parlament bu məsələnin qaldırılmasına müsbət yanaşır. Belə də olmalıdır, çünki cəmiyyət inkişaf etdikcə ictimai münasibətlərdə də müəyyən tənzimləmələrə zərurət yaranır”.
Azərbaycanda söz azadlığı üçün hər bir tədbir görülür
B.Məhərrəmov qeyd edib ki, plüralizm, söz, fikir və məlumat azadlığı Azərbaycan qanunları ilə tənzimlənir: “Azərbaycan dövləti hər zaman mətbuat azadlığı, aşkarlıq, şəffaflıq istiqamətində tədbirlər görür, qanunlar qəbul olunur. Azərbaycanda bu qədər QHT-lərin, saytların, Kütləvi İnformasiya Vasitələrinin mövcud olması özü elə media, söz azadlığıdır. Bu istiqamətdə Azərbaycanda heç bir problem və məhdudiyyətlər yoxdur. Ona görə də bu məsələlərlə bağlı müvafiq qanunlara əməl edilməsi vacibdir”.
Demokratiyanın mühüm vasitəsi...
Millət vəkilinin sözlərinə görə, Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir: “Ölkəmizdə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi İnformasiya Vasitələri cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin mühüm tərkib hissəsidir. KİV cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada KİV-lər dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi sayılır. Bu gün ölkəmizdə medianın azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41

