Ötən il Şəki-Zaqatala iqtisadi rayonu üçün də uğurlarla yadda qalıb
20.02.2018 [10:01]
Regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən işlər bölgələrdə ayrı-ayrı sahələrin inkişafına təkan verib
Əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də Azərbaycanda bütün sahələrin inkişaf etdirilməsi üçün mühüm addımlar atılıb. Məhz bunun nəticəsidir ki, ötən il ərzində də iqtisadiyyatımızda artım qeydə alınıb. Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bu məqama toxunulub. Qeyd olunub ki, 2017-ci ildə iqtisadiyyatımız artıb. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır. Bizim valyuta ehtiyatlarımız artıb. Bildirilib ki, keçən il ölkəmizdə bir çox önəmli infrastruktur və sosial layihələr icra edilmişdir. O layihələr böyük pul tələb edir. Buna baxmayaraq, 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır və hazırda təxminən 42 milyard dollar təşkil edir. Ölkəmizin əhalisini nəzərə alaraq, hesab edirəm ki, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur.
Vurğulayaq ki, ölkə iqtisadiyyatının artımında ayrı-ayrı regionların payı da əhəmiyyətli yer tutur. Məsələn, ötən il Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan Balakən rayonunda da mühüm nailiyyətlər əldə edilib. Belə ki, 2017-ci ildə Balakən rayonunda ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 35,9 faiz artaraq 196,2 milyon manat olub. Hesabat dövründə rayonda 69,6 milyon manat dəyərində kənd təsərrüfatı və 7,6 milyon manatlıq sənaye məhsulları istehsal edilib, 43,7 milyon manatlıq tikinti işləri görülüb. Aqrar sahədə məhsul istehsalı 2016-cı illə müqayisədə 11,2 faiz, tikinti işlərinin həcmi isə 4,9 dəfə artıb. 2017-ci ildə rayon iqtisadiyyatına 52,4 milyon manat investisiya qoyulub. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsindən ötən 4 il müddətində isə rayon iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 96 milyon manat olub. 2017-ci ildə rayonda 927-si daimi olmaqla 1469 yeni iş yeri açılıb.
Hesabat dövründə Balakəndə mövcud iqtisadi potensialdan səmərəli istifadə edilməsi, ixracyönümlü sahələrin inkişafı diqqət mərkəzində saxlanılıb. Ötən il rayonda 11 ton barama istehsal olunub. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə rayon ərazisində 131,5 min ədəd tut tingi əkilib. Balakənli fermerlər ötən il 528 hektar sahədə tütün yetişdirib, 317,4 ton quru tütün istehsal ediblər. 2017-ci ildə rayonda 1666 hektar sahədə yeni fındıq bağları salınıb. Qarğıdalı bitkisinin əkin sahəsinə görə Balakən rayonu keçən il respublikada yenə də birinci yerdə qərar tutub. Balakənli fermerlər ötən mövsüm 43 min tondan çox dən qarğıdalı istehsal ediblər. 2017-ci ildə Katex kəndində “Balxurma” MMC-nin meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsinin və anbar binasının tikintisi başa çatdırılıb, burada yüzdən çox sakin işlə təmin edilib. İndiyədək müəssisədə 300 ton quru meyvə istehsal olunub.
2017-ci ildə rayonun Sarıbulaq və Mahamalar kəndlərində modul tipli məktəb binalarının tikintisi başa çatdırılaraq şagirdlərin istifadəsinə verilib. Şərif kəndində 360 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilib. Prezident İlham Əliyevin rayona səfərindən sonra imzaladığı sərəncamlarla ayrılmış maliyyə vəsaiti ilə Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının, Balakən-Qazbinə-İtitala avtomobil yolunun, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 35 kilometr olan Zaqatala-Balakən-Mazımçay hissəsinin tikintisinə başlanılıb.
2017-ci ildə Şəki-Zaqatala iqtisadi regionuna daxil olan Qəbələ rayonunda da iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə mühüm göstəricilərə imza atılıb. Ötən il ərzində rayonda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 220.924 min manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı rayon üzrə 17.188 min manat, yaxud 8,4 faiz artıb. Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 2.094 manat təşkil edib.
Qeyd edilməlidir ki, rayonda əsas kapitala yönəlmiş investisiyanın həcmi 82.690,0 min manat, tikinti-quraşdırma işlərinin həcmi isə 81.225,0 min manat təşkil edib. İl ərzində açılmış yeni iş yerlərinin sayı 1.641 olub ki, həmin iş yerlərinin hamısı daimi iş yeridir. Rayonun yerli gəlirləri 2017-ci ilin yekunlarına görə 13.317 min manat olub. Gəlirlərin mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsi isə 6.462,0 min manat təşkil edib. İl ərzində rayonda 1.554 yeni abonentə təbii qaz verilərək, əhali abonentlərin ümumi sayı 18.097-yə çatdırılıb. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli Sərəncamına əsasən 2016-cı ildə Qəbələ rayonunda 3 ədəd (Qəbələ şəhəri, Vəndam qəsəbəsi, Zirik kəndi), 1 iyul 2016-cı il tarixli Sərəncamına əsasən isə əlavə 3 ədəd (Mıxlıqovaq, Zarağan, Məlikli kəndlərində) subartezian quyusunun qazıntısına başlanılıb və 2017-ci ilin avqust ayında istismara verilib. Eləcə də rayonda hər il olduğu kimi, ötən il də tikinti-quruculuq işləri davam etdirilib. Qəbələ rayon Məhkəməsinin, rayon kənd təsərrüfatı idarəsinin, Qəbələ Peşə Tədris Mərkəzinin, Qəbələ Xalça Fabrikinin binalarında tikinti işləri başa çatdırılıb və binalar istifadəyə verilib. Rayonun Aydınqışlaq kənd tam orta məktəbi və Tikanlı kənd uşaq bağçası əsaslı təmir olunub, Cığatelli kənd tam orta, Seyidqışlaq kənd ümumi orta məktəblərində modul tipli binalar tikilərək istismara verilib. Bundan əlavə, rayonda “Qafqaz” Aqua Land Hoteldə, “Qafqaz” Diamond Akvaparkda, “Cıdır” Atçılıq İdman Kompleksində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, rayon prokurorluğunun və Gömrük Akademiyasının binalarında inşaat işləri davam etdirilib.
Şəki-Zaqatala iqtisadi rayonunun bir digər regionu - Şəki rayonu da ötən il əhəmiyyətli inkişafla yadda qalıb. 2017-ci ildə Şəkidə 406 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 25 faiz artıb. Hesabat dövründə rayonda iqtisadi və sosial sahələrin inkişafına 91 milyon manat həcmində investisiya yönəldilib. İnvestisiya qoyuluşu əvvəlki illə müqayisədə 3 dəfə artıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5 faiz artaraq 93 milyon manat olub. İl ərzində 2 min 985 yeni və daimi iş yeri açılıb.
Qeyd olunmalıdır ki, respublikamızın ən iri aqrar rayonlarından olan Şəkidə məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, rayonun iqtisadiyyatında mühüm yer tutan taxılçılığın, həmçinin ənənəvi sahələrdən olan baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2017-ci ildə Şəkidə taxıl istehsalı əvvəlki illə müqayisədə 21 min ton artaraq 214 min ton olub. Rayonun ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində “Şəki-İpək” ASC-nin fəaliyyətində ciddi dönüş yaranıb. İki il əvvəl Şəkidə 200 kiloqram barama istehsal edildiyi halda, ötən il istehsalın həcmi 18 tona çatdırılıb. Qeyd edilməlidir ki, 2018-ci ildə rayonda barama istehsalının 70 tona çatdırılması nəzərdə tutulur. Baramaçılığın gələcək inkişafını təmin etmək, onun yem bazasını möhkəmləndirmək məqsədilə ötən ilin payız mövsümündə rayon ərazisində 140 min ədəd tut tingi əkilib. Əkilən tinglərin 67 mini intensiv tipli tut bağlarının salınması məqsədilə Çindən ölkəmizə gətirilən calaq olunmuş tinglərdir.
2017-ci ildə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 58 hektar artırılaraq 843 hektara çatdırılıb. Hesabat ilində rayonda 2 min 631 ton quru tütün istehsal olunub. İstehsalın həcmi əvvəlki illə müqayisədə 200 ton artıb. 2018-ci ildə tütün əkini sahələrinin artırılaraq 900 hektara çatdırılması planlaşdırılır. İxracyönümlü məhsullardan olan fındıqçılığı inkişaf etdirmək məqsədi ilə 2017-ci ildə rayon ərazisində 469 hektar sahədə yeni fındıq bağları salınıb və bu istiqamətdə işlər davam etdirilir. Hazırda rayonda fındıq bağlarının ümumi sahəsi 2 min 262 hektardır.
2017-ci ildə Şəkidə əsas kapitala yönəldilmiş investisiyanın 83 milyon manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi ilə Şəki şəhərində “ASAN həyat” kompleksinin tikintisi işlərinə başlanılıb. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində “ABAD”ın keramika üzrə xalq sənətkarlıq mərkəzinin fəaliyyət göstərəcəyi binada aparılan yenidənqurma işləri başa çatıb.
Azərbaycan Prezidentinin 2017-ci il 27 sentyabr tarixli Sərəncamına əsasən Kiş kəndindəki qədim alban məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması işlərinə başlanılıb. 2016-cı ilin iyulunda baş vermiş güclü leysan yağışları nəticəsində sel sularının dağıtdığı Kiş çayının üzərindəki körpünün yerində inşa edilən bir aşırımlı 80 metr uzunluğunda körpünün tikintisi başa çatdırılıb. Ümumi uzunluğu 17,1 kilometr olan Şəki-Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunda tikinti işləri davam etdirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11

