Ermənistanın terror siyasəti nəticəsində Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib
27.07.2021 [08:45]
Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi ağır cinayətlər sırasında ekoloji cinayətlərin də miqyası çox böyükdür. 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu gün biz görürük ki, Ermənistan uzun illər işğal altında saxladığı torpaqlarımızda təbiətə qarşı da düşmən münasibət sərgiləyib. Ermənilərin törətdiyi terror nəticəsində regionun ekologiyası üçün ciddi təhlükələr yaranıb. Belə ki, həmin ərazilərdə bioloji müxtəlifliyə, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilər yandırılıb, su resursları çirkləndirilib, qiymətli ağac növləri ilə zəngin olan meşələr məhv edilib. Ümumilikdə, yeraltı və yerüstü sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində bu bölgədə ekoloji tarazlıq pozulub və Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib.
Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti məhz Şuşa şəhəri yaxınlığında yerləşən və dövlət qoruğu hesab edilən Topxana meşəsinin qırılması ilə başlanıb. Ermənistanın işğalı altında qalmış 260 min 311 hektar meşə sahəsi və buradakı qiymətli ağac növləri kəsilərək müxtəlif məqsədlər üçün istifadə olunub. Uzun illər işğal altında qalmış bu ərazilərdəki meşələrin kütləvi qırılması səhralaşmaya və torpaqların eroziyasına səbəb olub. Bütövlükdə, bu ərazilərdə mövcud olmuş təbiət qoruqlarımız və yasaqlıqlarımız ermənilər tərəfindən məhv edilib. Eləcə də Ermənistan torpaqlarımızı işğal altında saxladığı müddətdə yeraltı sərvətlərimizi də talan edib.
Yeri gəlmişkən, ermənilər ekoloji terror siyasətini ötən il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından sonra da davam etdiriblər. Belə ki, bu razılaşmadan sonra ermənilər Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən yaşayış evlərini, ictimai binaları, yaşıllıqları məqsədli şəkildə yandırıblar. Onların ev heyvanlarını tələf etmək, bu ərazilərin zəngin flora və faunasını məhv etmək kimi hərəkətləri vandalizm aktıdır.
Ən təhlükəli məqamlardan biri də budur ki, ermənilər tərəfindən su mənbələri də çirkləndirilib, radiaktiv tulantılar sulara axıdılıb. Bütün bunlar beynəlxalq cinayətlərdir. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu barədə aparılan monitorinqlə bağlı ətraflı məlumat yayıb. Monitorinqin nəticələrindən də göründüyü kimi, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki, sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.
Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, qeyd edə bilərik ki, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər.
Xüsusi qeyd etmək lazımdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın ekoloji terroru ilə bağlı müvafiq beynəlxalq təşkilatlara müraciətlər ünvanlayır. Amma məsələ burasındadır ki, Ermənistan hələ də Transsərhəd Su Hövzələrinə dair Helsinki Konvensiyasına qoşulmayıb. Bu beynəlxalq sənəd transsərhəd səth və yeraltı sularının ekoloji cəhətdən etibarlı idarə olunmasına və qorunmasına yönəlmiş milli tədbirlərin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bir mexanizm rolunu oynayır.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin, xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur. Ermənistanda dağ-mədən şirkətlərinin fəaliyyəti Oxuçayda fəlakətli vəziyyət yaradıb. Təəssüf ki, bu prosesdə Almaniyanın “CRONIMET Holding GmbH” şirkəti yaxından iştirak edib. Bununla əlaqədar olaraq Azərbaycan cəmiyyətində dərin narahatlıq yaranıb.
Məlumdur ki, Azərbaycan dövləti həmin ərazilərə qayıdacaq insanların gələcək sağlamlığı və rifahının təmin edilməsi üçün lazımi tədbirlər həyata keçirəcək. Amma uzun illər ərzində Ermənistanın törətdiyi bu cinayətlər cəzasız qalmamalıdır. Çünki ermənilərin bu qeyri-insani davranışları beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır. Ona görə də Ermənistan tərəfi beynəlxalq məhkəmələr qarşısında bu cinayətlərə görə cavab verməli olacaq. Eyni zamanda, müvafiq beynəlxalq təşkilatlar Ermənistanın təbiətə, ətraf mühitə və ekologiyaya qarşı törətdiyi vandalizmi, ekoloji terroru kəskin şəkildə pisləməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14

