İqtisadiyyatın dayanıqlı inkişafını şərtləndirən amil
24.09.2021 [15:26]
Cavid Osmanov: Pandemiyanın dünya iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq, Azərbaycan regionda iqtisadi inkişaf dinamikasını və investisiya cəlbediciliyini qoruyub saxlamağı bacarıb
Məlum olduğu kimi, Azərbaycanın davamlı inkişafının təmin olunmasında Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət və bu siyasətin əsas istiqamətlərindən biri olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayır. Məhz ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritəsinin əsas hədəflərindən biri qeyri-neft sektorunun inkişafını təmin etməkdən ibarətdir. Həyata keçirilən çoxşaxəli və əsaslı islahatlar nəticəsində Azərbaycanda liberal iqtisadiyyat, qeyri-neft sektoru inkişaf edir, ixrac imkanlarımız genişlənir, idxaldan asılılıq azalır.
Məsələ ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov bildirib ki, milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, üç dövrü - 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövrü əhatə edir. Xüsusilə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji yol xəritələrinin uğurlu icrası makroiqtisadi sabitlik, qeyri-neft sektorunun və ixracının artımı, ticarət və fiskal balansın yaxşılaşması, əlverişli biznes mühiti və sərmayə cəlbi, infrastrukturun davamlı təkmilləşdirilməsi və əhalinin sosial rifahı, habelə ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edir.
Onun sözlərinə görə, pandemiyanın dünya iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq, Azərbaycan regionda iqtisadi inkişaf dinamikasını və investisiya cəlbediciliyini qoruyub saxlamağı bacarıb ki, bunun da əsasını Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu iqtisadi siyasət təşkil edir: “2021-ci ilin yanvar-iyul aylarının yekunlarına əsasən, ölkəmizdə qeyri-neft sənaye sahəsində 16,4 faizlik artımın olması sənayeləşmə istiqamətində atılan addımların müsbət nəticə verdiyini bir daha təsdiqləyir. Pandemiya şəraitində bu yüksək artım tempi xüsusilə diqqətəlayiq hal kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sənayeləşmə strategiyası qeyri-neft sektorunun davamlı inkişafını təmin edir ki, bu da xaricdən idxalın əhəmiyyətli dərəcədə azaldılmasına gətirib çıxarır. Nəticədə isə ölkədən valyuta axınının qarşısı alınmış olur. Təbii ki, burada liberal iqtisadiyyat amili və sahibkarlığın inkişafı böyük önəm kəsb edir”.
Komitə üzvü deyib ki, son 18 ildə ölkəmizdə qeyri-neft sənayesinin inkişafını təmin etmək məqsədi ilə müxtəlif proqramlar həyata keçirilir. Bu istiqamətdə görülən işlərə sənaye və yüksək texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılmasını misal göstərmək mümkündür. Eyni zamanda, stimullaşdırıcı vergi və gömrük güzəştlərinin tətbiq edilməsi də qeyri-neft sənayesinin, sahibkarlığın inkişafına istiqamətlənmiş mühüm amillərdəndir.
C.Osmanov Sumqayıtda görülən işləri nümunə kimi göstərib: “Həyata keçirilən uğurlu sənayeləşmə siyasəti nəticəsində Sumqayıt Cənubi Qafqazın ikinci mühüm sənaye mərkəzinə çevrilib. Sumqayıtda yüksək ekoloji standartlara cavab verən müəssisələr yaradılıb, bununla da yerli istehsal təmin olunub. Sumqayıt Kimya Parkında istehsal olunan sənaye məhsullarının ixracyönümlü olması ölkəmizin ixrac potensialının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin bu şəhərə son səfəri zamanı Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” MMC-nin açılışını həyata keçirməsi ölkəmizdə sənayeləşmə prosesinin ardıcıl davam etdirilməsi, həmçinin qeyri-neft sənayesinin inkişafına verilən töhfə kimi qiymətləndirilməlidr. Sumqayıt Kimya Sənaye Parkında 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan 17-si istehsala başlayıb. 17-ci rezident məhz “Azmonbat” MMC-dir və bundan sonra 7 rezidentin də fəaliyyətə başlaması nəzərdə tutulur. Bu günə qədər Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insan daimi işlə təmin olunub”.
Millət vəkilinin sözlərinə görə, qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, həm iqtisadi, həm də sosial inkişafa müsbət təsir göstərir: “Məlumdur ki, davamlı iqtisadi inkişafa nail olunmasında qeyri-neft sektoru böyük rol oynayır. Azərbaycan dövləti liberal iqtisadiyyatın inkişafına böyük önəm verir və ölkə iqtisadiyyatının dayanıqlı inkişafını müəyyənləşdirən sahələrdə islahatlar həyata keçirir. Məhz məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur və bu tendensiyanın davam etməsini şərtləndirən əlverişli investisiya-biznes şəraiti hökm sürür. Ən əsası, dövlətin liberal iqtisadiyyata dəstəyinin gücləndirilməsi iqtisadiyyatın dayanıqlı inkişafını təmin edəcək”.
Nardar BAYRAMLI
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23

