Regionların sosial-iqtisadi inkişafı yeni mərhələdə
13.11.2021 [09:22]
Ötən dövr ərzində Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub. 44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində ərazilərimizin azad edilməsi inkişaf baxımından ölkəmizə əlavə dividendlər qazandıracaq. Çünki kifayət qədər böyük olan bu ərazilərin iqtisadi potensialı da genişdir. Həmin bölgələrdə bərpa və quruculuq işlərinin sürətlə davam etməsi regionların sosial-iqtisadi inkişafında yeni mərhələnin başlandığını göstərir.
Bölgələrin sosial-iqtisadi inkiaşfının önəmi ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Anar Məmmədov hesab edir ki, bu gün Azərbaycan yalnız öz paytaxtının deyil, regionlarının da hesabına inkişaf edir. Regionlar 20-25 il öncə ilə müqayisədə çox dəyişib, onlar sözün əsl mənasında, yeni bir simaya malik olub. Buna səbəb olan amillərdən biri isə regionların inkişafına ölkədə davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılmasıdır. Aparılan işlər biznes və investisiya mühitinin, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb, bu isə həm də dayanıqlı iqtisadi inkişafın təmini deməkdir: “İqtisadiyyatın dinamik inkişafı üçün onun dayanıqlı olması və şaxələndirilməsi zəruridir. Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən, uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi və şaxələndirilməsi, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi təmin olunmalıdır. Hazırda regional iqtisadi siyasətin əsas hədəfləri bölgələrdə iqtisadi aktivliyin artırılması, regionlara daxili və xarici sərmayələrin cəlb olunması, texnologiyaların tətbiq edilməsi, istehsal və ixrac imkanlarının artırılmasıdır. Ölkə başçısı İlham Əliyev hakimiyyətə gəldiyi gündən etibarən bu hədəfləri müəyyən edərək, yeni dövlət dəstək proqramının olacağını elan etdi. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014 və 2014-2018-ci illər üzrə dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu proqramlar regionlarda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması və bunun nəticəsi olaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında, eləcə də yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayıb. Hazırda icra olunan dövlət proqramı da bölgələrin sürətli inkişafını özündə ehtiva edir. Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir”.
Deputat qeyd edib ki, Vətən müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda yeni inkişaf mərhələsi başlanıb. İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da möhkəmləndirəcək.
“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış bu ərazilərdə iqtisadi aktivliyin bərpasını tələb edir. Bunun üçün iqtisadi fəaliyyət tədricən bərpa olunmalı və bu fəaliyyətin yeni mühitə reinteqrasiyası ətrafında təhlillər aparılmalıdır. Həmçinin regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi üçün hazırda yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyulur. Eyni zamanda, regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. Demək olar ki, bir çox regionlara ixtisaslaşdırılmış şəkildə investisiyaların cəlb edilməsi artmaqdadır. Çünki investisiyaların təşviqi sahəsində görülən işlər regionların inkişafına müsbət təsir göstərir. İnvestisiyaların təşviqi mexanizminin uğurlu tətbiqi nəticəsində bu günədək 400-ə yaxın layihə təşviq olunub və onların hesabına ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması artıq reallaşıb”, -deyə millət vəkili vurğulayıb.
Postpandemiya dövründə regionların və iqtisadiyyatın inkişafına təkan verəcək addımlardan biri də yeni konsepsiyaların qəbuludur. Bura davamlı və yüksək iqtisadi artım, daxili və xarici təsirlərə dayanıqlıq, inkişafdan hər bir vətəndaşın bəhrələnə bilməsi, yüksək və ədalətli sosial təminat, paytaxt və regionların tarazlı inkişafı və digər məsələlər daxildir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45

