Dünyada tolerantlığın Azərbaycan nümunəsi
10.12.2021 [17:07]
Nicat Dilqəmli
Azərbaycan dünyada tolerantlıq nümunəsi sayılmaqdadır. Ümummilli Liderin müdrikliyi nəticəsində multikulturalizm Azərbaycanda dövlət siyasəti elan olunub və bu kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və inkişafını təmin etmək, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviqi məqsədilə Prezident İlham Əliyev tərəfindən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb və 2016-cı il respublikamızda “Multikulturalizm ili” elan olunub.
Buna misal kimi ölkəmizdəki müxtəlif dini konfessiyaların nümayəndələrinə dövlət və cəmiyyət tərəfindən yüksək diqqət və qayğını göstərmək olar. Yeri gəlmişkən, ötən həftə Heydər Əliyev Fondu Bakı şəhərindəki Müqəddəs Məryəm katolik kilsəsində aparılan cari təmir-bərpa işlərini başa çatdırıb. Yüzlərlə katolikin ibadət etdiyi kilsədəki bərpa işləri zamanı hidroizolyasiya təmin olunmaqla dam örtüyü əsaslı təmir olunub. Müxtəlif vaxtlarda bütün dini konfessiya rəhbərlərinin bir araya toplaşdığı tədbirlərdə onların hər biri Azərbaycan dövləti tərəfindən onlara göstərilən diqqət və qayğını yüksək dəyərləndiriblər.
Azərbaycanda, həmçinin erməni əsilli vətəndaşların da sərbəst, rahat şəkildə yaşamasının təmin edilməsi də ölkəmizin tolerantlıq siyasətinin bir hissəsidir. Belə ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda əhalinin sonuncu siyahıya alınması zamanı (2019-cu il) Azərbaycanda ümumilikdə 120 min nəfər erməninin yaşadığı göstərilir. Təkcə Bakıda 20 min erməni yaşayır.
Düşmən ölkənin Azərbaycanın tarixi torpaqlarında 30 il ərzində törətdiyi vəhşiliyə baxmayaraq, ölkəmizdə erməni kilsəsi də fəaliyyət göstərməkdədir.
“Yeni Azərbaycan”a danışan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli bildirdi ki, Azərbaycanda bu günə qədər nə dini, nə milli insident müşahidə olunmayıb: “Ölkəmizdə multikulturalizm dəyərlərinin təbliği və həyata keçirilməsi dövlət səviyyəsində həyata keçirilməkdədir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan tolerantlıq ənənələri cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilməkdədir. Cənab Prezident dəfələrlə öz çıxışlarında bildirib ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir”.
Y.Məmmədli, həmçinin qeyd edib ki, ölkəmizdə bütün dinlərə yüksək diqqət və qayğı var: “Azərbaycanda bütün dini konfessiya nümayəndələri rahat şəkildə öz dini rituallarını həyata keçirirlər. Bir neçə gün bundan öncə Heydər Əliyev fondu tərəfindən Müqəddəs Məryəm katolik kilsəsində əsaslı təmir-bərpa işləri tamamlandı”.
“Azərbaycanda 6 sinaqoq var. Bakının mərkəzində erməni kilsəsi tarixi abidə kimi qorunub saxlanmaqdadır. Bu ənənə işğaldan azad olunmuş torpaqlarda da davam etdirilməkdədir. Belə ki, mədəniyyətimizin beşiyi olan Şuşa şəhərində Yuxarı və Aşağı Gövhər Ağa məscidləri ilə bərabər, xristian kilsəsi də bərpa edilir. Azərbaycan siyasəti bundan ibarətdir ki, biz dini evlərə - kilsələrə, sinaqoqlara və s. fərq qoymuruq, onlar Allah evidir və biz onları qoruyub saxlayırıq. Bütün bunlar dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməkdədir və Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərli dünyanın bir çox təhsil müəssisəsində tədris edilir”.
BBMM-nin şöbə müdiri Azərbaycanın multikultural dövlət olmasına dair bir neçə misal göstərə bilərik: “Bunlardan biri də Qubada dağ yəhudilərinin kompakt yaşadıqları Qırmızı qəsəbədir. Yəhudilər orada çox rahat şəkildə yaşayırlar”.
“Qırmızı Qəsəbə Dağ Yəhudiləri İcması”nın fəxri sədri Boris Simanduyev dəfələrlə müsahibələrində azərbaycanlılarla yəhudilər arasında bu günə kimi nə dini, nə də milli zəmində heç bir soyuqluğun yaşanmadığını söyləyərək deyib: “Mənim 83 yaşım var. Ömrüm boyu azərbaycanlılar ilə yəhudilər arasındakı münasibətlərdə ancaq mehribançılıq görmüşəm. Ona görə də əcdadlarımıza rəhmət oxuyuruq ki, bizi bu məmləkətdə yerləşdiriblər. Biz azərbaycanlılarla ünsiyyətdə olmağa o qədər öyrəşmişik ki, bir gün Azərbaycan dilində danışmayanda darıxırıq. Yəhudilər həmişə çalışırlar ki, hansı ölkədə əmin-amanlıq var, orada yaşasınlar. Əgər biz yüz illərlə bu ölkədə yaşayırıqsa, deməli bu əmin-amanlığı hiss etmişik. Ona görə də burada yaşayırıq, yaradırıq, tikirik. Sabaha ümidimiz böyükdür”.
Digər dinlərin və müxtəlif millətlərin nümayəndələrinin söylədiklərindən də aydın görünür ki, Azərbaycan dünyaya tolerantlıq və multikultural nümunə göstəriləcək ölkələrdəndir. Amma təəssüf ki, milli zəmində müxtəlif ayrı-seçkiliklərini nümayiş etdirən Avropa ölkələri, həmçinin ABŞ dini azadlığın zəif inkişaf edən ölkələri siyahısına Azərbaycanın da adını yerləşdirir. Bu isə dünya ölkələrinin Azərbaycanın dəyər verdiyi multikultural dəyərlərə qıcıq reaksiyasından başqa şey deyil.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

