Media yeni auditoriyanın tələblərinə cavab verməlidir
21.04.2022 [10:27]
İslahatlar müasir standartların tətbiqi ilə yanaşı ənənəvi prinsipləri də yaşadacaq
Pərviz SADAYOĞLU
Söz və ifadə azadlığı demokratiyanın təməl prinsiplərindəndir. Bu element dövlətlərin, xalqların siyasi inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rola malik olmaqla yanaşı, indikator rolunu oynayır. Başqa sözlə, cəmiyyətin azadlıq indeksinin müəyyənləşdirilməsi həm də ölkədəki söz və mətbuat azadlığı və bu azadlığın təmin olunmasına yönəlik tədbirlərə əsaslanır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan dövlətlərdəndir. Müasir dövrün çağırışlarına əsaslanan dövlət siyasəti media sahəsində də yeniliklərin, islahatların aparılmasını zəruri edib. Məhz bu zərurət ötən ilin sonlarında Milli Məclisdə “Media haqqında” yeni qanunun qəbul olunmasını şərtləndirdi. Yeni qanun bir sıra məqamları ilə öz xələfindən seçilir. Burada öz əksini tapan yeniliklər Azərbaycan mediasının qlobal məkana inteqrasiyasını gücləndirməyə, o cümlədən cəmiyyət-media münasibətlərini yeni formatda tənzimləməyə imkan verəcək. Eyni zamanda, yeni qanun jurnalistlərin fəaliyyətinin sistemləşdirilməsinə də yaxından kömək edəcək. O baxımdan ki, yeni qanunda media reyestrinin formalaşdırılması ilə bağlı müddəa yer alır. Yeri gəlmişkən, Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri (mətbuat katibi) Səidə Şəfiyeva bildirib ki, media reyestrinin aparılması qaydaları və media reyestrinin şəhadətnaməsinin formasının ilkin layihəsi artıq hazırlanıb.
Bəs yeni qanun Azərbaycanda jurnalistikanın, mətbuatın inkişafında hansı rolu oynayacaq?
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən MEDİA-nın şöbə müdiri Natiq Məmmədli bildirib ki, Azərbaycanın media mühiti qlobal media mühitinin tərkib hissəsidir. Eyni zamanda, jurnalistikamız ölkəmizin, xalqımızın dünyadakı səsidir. Bu səs Azərbaycan reallıqlarını, həqiqətlərini beynəlxalq miqyasda təbliğ edir: “Media xüsusi bir barometrdir. İstənilən cəmiyyətin, dövlətin inkişaf səviyyəsini, qət etdiyi yolu ölçmək üçün bu barometrdən istifadə etmək mümkündür. 147-ci ilini yaşayan mətbuatımızın da özünəməxsus problemləri mövcuddur. Bu problemlər isə həm daxili, həm də xarici təsirlərdən qaynaqlanır. Məsələn, ortada olan problemlərin böyük bir hissəsi media savadlılığı və jurnalistlərin peşəkarlığı ilə bağlı məsələlərdir. Müəyyən bir qism çatışmazlıqlar isə jurnalistlərin informasiya təminatının yaxşılaşdırılması ilə bağlıdır. Bu müxtəlif komponentlərin qovuşması Azərbaycanın media mühitini formalaşdırır”.
N.Məmmədlinin fikrincə, “Media haqqında” yeni qanun özündə əvvəlki qanunların pozitiv elementlərini cəmləşdirir. Eləcə də Azərbaycan jurnalistikasının daxili və xarici müstəvidə rəqabətə qabiliyyətli məhsul istehsal etməsini təşviq edir. Şöbə müdirinin sözlərinə görə, bununla bağlı qanunda konkret maddələr var. “Media haqqında” qanun jurnalistlərin informasiya təminatını yüksək səviyyədə həyata keçirə bilməsi üçün dövlətin üzərinə də bir çox öhdəliklər qoyur: “Yeni qanunun təsdiq olunması ilə bağlı Prezident Fərmanından sonra Nazirlər Kabinetinin müvafiq sərəncamı oldu. Burada da birinci növbədə media reyestrinin yaradılması ilə bağlı təkliflərin hazırlanması və bu istiqamətdə addımların atılması, junalistlər üçün vəsiqələrin hazırlanması, o cümlədən digər məsələlər yer alırdı. MEDİA bu istiqamətlərdə intensiv şəkildə iş apardı və reyestrin qaydaları hazırlandı. Bu qaydalar işçi qaydada müvafiq strukturlarla da müzakirə edilib və müzakirələr davam etməkdədir. Eyni zamanda, media subyektləri üçün nəzərdə tutulan media şəhadətnamələrinin, jurnalistlər üçün nəzərdə tutulan vəsiqələrin də nümunələri hazırdır”.
Media subyektlərinin reyestrə daxil edilməsi prosesi isə sistemlə bağlı təşkilati və hüquqi məsələlər başa çatdıqdan sonra həyata keçiriləcək. N.Məmmədlinin sözlərinə görə, aparılan islahatlar yeni müasir standartların tətbiqi ilə yanaşı ənənəvi prinsiplərin də yaşamasını təmin edəcək. “Azərbaycan mediası müasirləşməli və yeni auditoriyanın tələblərinə cavab verməlidir. Artıq yazılı mətnə münasibət dəyişib. Yeni medianın imkanları kifayət qədər genişdir. Bizim istəyimiz bundan ibarətdir ki, yeni media yeni auditoriyanın tələblərinə uyğunlaşsın və zövqünü, prinsiplərini ditə edə bilsin. Bunun üçün isə keyfiyyətli kontent, jurnalist əməyi lazımdır. Qanun jurnalistlərin öz yaradıcı imkanlarını müasir tələblərə uyğun reallaşdırmasını kömək edəcək. Media reyestri indiyə qədər Azərbaycanda müxtəlif dövrlərdə pərakəndə formada mövcud olub. Müxtəlif dövlət qurumları bu funksiyaları yerinə yetiriblər. İndi bu sistem mərkəzləşir və bu funksiyanı MEDİA həyata keçirəcək. Reyestrə daxil olmayan media subyektəri və jurnaistlər də öz fəaliyyətlərini davam etdirəcəklər. Çünki media haqqında qanunun şamil olunma istiqamətləri konkret şəkildə göstərilib - bu, çap mediası və onlayn mediadır. Bloger, yutuber və ya sosial media fəallarının fəaliyyəti isə reyestrə salınmayacaq. İfadə azadlığı yalnız jurnalistlərlə məhdudlaşmır. Hər kəs ifadə azadlığının daşıyıcısıdır. Amma qanunun konkret sahələri, istiqamətləri mövcuddur. Jurnalistlər üçün də reyestr məsələsi könüllülük prinsipi daşıyır. Reyestrin hazırlanması media mühitinin sağlamlaşmasına xidmət edəcək. O demək deyil ki, reyestrə düşməyənlər jurnalist sayılmır. Sadəcə, reyestr jurnalistikamız haqqında aydın təsəvvür yaratmaq üçün mühüm əhəmiyyət kəsb edəcək”, - deyə şöbə müdiri əlavə edib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

