Zəngin dövlətçilik tariximizin yeni - parlaq səhifəsi
29.04.2022 [10:18]
M.Məmmədov
Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə, zəngin tarixi keçmişə malikdir. Ulu öndər Heydər Əliyev ölkənin vəziyyətinin olduqca ağır olduğu bir dövrdə hakimiyyətə qayıdışı ilə müstəqil dövlətin dayaqlarını möhkəmləndirməklə yanaşı, dövlətçilik tariximizin müasir mərhələsinin yaradılması kimi şərəfli vəzifəni yerinə yetirdi. Ümummilli Liderin siyasəti dövlətçiliyin əsaslarının gücləndirilməsini təmin edib. O, müstəqilliyimizi qoruyub saxlayıb, iqtisadiyyatı dirçəldib, ölkəni tərəqqi yoluna çıxarıb.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində dövlətçilik ənənələri, milli ənənələr nəzərə alınaraq ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində ciddi keyfiyyət dəyişiklikləri edilib və böyük uğurlar qazanılıb. Ən əsası, dövlətimizin başçısı ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olub və Azərbaycanın dövlətçilik tarixinə yeni səhifəni qızıl hərflərlə yazıb. 30 ilə yaxın torpaqlarımız işğal altında idi, hər birimizin sinəsində böyük bir ağırlıq, milli mədəniyyətimizin, incəsənətimizin beşiyi olan qədim Qarabağımızın düşmən tapdağı altında qalmasından narahatlıq hissi var idi. Və bu qələbəni Qarabağı görməmiş, lakin yüksək vətənpərvərlik hissləri ilə tərbiyə olunmuş, tarixi, adət-ənənəni, mədəniyyəti bilən gənclər qanı bahasına qazandı. Bütün bunlar isə hər ailənin ocağından gəlir, Vətənə fədakar məhəbbətin təcəssümüdür. Bu, eyni zamanda, Heydər Əliyev ideyalarının təntənəsi, İlham Əliyevin siyasətinin nəticəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti sayəsində hər bir ölkə vətəndaşı, dünyanın müxtəlif yerlərində yaşayan bütün azərbaycanlılar bu gün başlarını dik tuturlar. Bu gün bütün dünya Azərbaycanın qədim dövlətçilik ənənələrini tanıyır. Bunun bariz nümunələrindən biri də bu il martın 31-də işğaldan azad edilmiş Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsidir.
Azərbaycan Prezidenti, ilk növbədə, Şuşa şəhərinə Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün abidələrini qaytardı, dağıdılmış məscidlərdə və memarlıq abidələrində bərpa işlərinin aparılması ilə bağlı tapşırıq verdi. Qısa müddətdə Şuşada Vaqifin abidəsi bərpa olundu, Xarıbülbül festivalı, Vaqif Poeziya Günləri keçirildi. Bunun böyük əhəmiyyəti var: mədəni kökləri olmayan xalq heç vaxt dövlətçiliyi qoruya bilməz.
Dövlətimizin başçısı milli mədəniyyətin və elmin inkişafına çox böyük önəm verir. Ölkədə və xaricdə incəsənətimizə, elmimizə həsr olunmuş çoxsaylı tədbirlər keçirilir, əhəmiyyətli layihələr reallaşdırılır, elm və mədəniyyət xadimləri dövlətimizin başçısının daimi qayğı və diqqəti ilə əhatə olunurlar. Dünyanın müxtəlif şəhərlərində tariximizi əks etdirən görkəmli şəxsiyyətlərə abidələr ucaldılır. 2011-ci ildə “Xocalı” abidəsi Berlin şəhərində Qotfrid Benn adına kitabxananın bağında, 2012-ci ildə XII əsrin görkəmli şair-mütəfəkkiri Nizami Gəncəvinin heykəli Romada Villa Borgeze parkında, 2016-cı ildə Məhsəti Gəncəvi və Xurşidbanu Natəvanın heykəlləri Fransanın Konyak və Evian şəhərlərinin mərkəzi parklarında ucaldılıb, 2017-ci ildə isə Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə Cenevrədə Millətlər Sarayının qarşısındakı Ariana parkında “Fikirlər və arzular” heykəl-kompozisiyanın açılışı olub.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da Azərbaycanın milli adət-ənənələrinin və mədəniyyətinin təbliğində rolu çox böyükdür. Onun fəaliyyəti sayəsində UNESCO-da mütəmadi olaraq Azərbaycana həsr olunmuş tədbirlər keçirilir, İçərişəhər tarix-memarlıq qoruğu, o cümlədən Şirvanşahlar Sarayı və Qız Qalası, Qobustandakı qayaüstü təsvirlər, qədim Azərbaycan şəhəri olan Şəki Xan Sarayı ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, ənənəvi Azərbaycan xalçaçılıq sənəti, at oyunu Çovqan, kəlağayının tikmə və geyinmə sənəti və rəmzləri, Lahıcda mis qabların hazırlanması, lavaş bişirmə mədəniyyəti, dolma hazırlamaq ənənəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Azərbaycan bu gün dünyada sürətlə inkişaf edən, iqtisadi sahədə böyük nailiyyətlər əldə edən ölkə olaraq söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi özünü təsdiq edib. Zəngin tariximizin xalqımızın inkişafında rolu böyükdür və bu tarixin geniş təbliğinə ehtiyac var. Və informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi indiki dönəmdə yeni imkanlardan istifadə etməklə effektiv təbliğatın aparılması nəticəsində bütün dünya əhalisi Azərbaycanın qədim dövlətçilik tarixi, zəngin milli adət-ənənələri, elm və mədəniyyəti barədə daha ətraflı və geniş məlumata malik olacaq. Bu isə dövlətimizin nüfuzunun daha da artması deməkdir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 22:40
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02

