Onların fəaliyyəti yüksək qiymətləndirilir
21.06.2022 [10:45]
Könüllülük ölkəmizin sosial-iqtisadi həyatında mühüm rol oynayır
Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması daim diqqət mərkəzində saxlanılır. Dövlət qurumları bu sahədə maarifləndirici tədbirlər həyata keçirir. Bununla yanaşı dövlət işlərinin daha geniş miqyası əhatə etməsi üçün prosesə gənclər də cəlb olunur. Son illər ölkəmizdə həyata keçirilən bir sıra irimiqyaslı tədbirlər Azərbaycan gənclərinin xüsusi fəallığı ilə müşayiət olunur. Cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlər həm də Azərbaycan gəncliyinin mütəşəkkilliyini, səriştə bacarığını, əzmini, intellektual səviyyəsini nümayiş etdirir.
Günel
Gənclərimizin könüllü olaraq yaxından iştirak etdiyi bu tədbirlər cəmiyyətdə onlara ciddi rəğbət qazandırıb. Ölkə və beynəlxalq əhəmiyyətli bir sıra tədbirlərin - “Eurovision” Mahnı Müsabiqəsinin, birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, Formula 1 yarışlarının uğurla keçirilməsində könüllülərimizin də əməyi, fəaliyyəti danılmazdır. Könüllülük gənclərimiz üçün vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyinin bariz nümunəsinə çevrilib. Könüllülər təkcə dövlət işlərində deyil, cəmiyyətin rifahının yaxşılaşdırılmasını da qarşıya məqsəd qoyaraq maarifləndirmə işləri aparır, vətəndaş fəallığı göstərirlər. Təsadüfi deyildir ki, ölkə başçısı İlham Əliyev gənclərlə bir araya gəldikdə onların könüllülük hərəkatında roluna yüksək qiymət verir. Elə bunun nəticəsidir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan olunmuşdu.
“İrəli” İctimai Birliyinin əməkdaşı Arif Rəhimli “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, gənclər təşkilatları Azərbaycanın dünya könüllülük hərəkatında layiqli təmsil olunmasında uğurlu fəaliyyəti ilə seçilir: “Gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət və məşğulluq problemlərinin həlli sahəsində kompleks tədbirlərin görülməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Biz də gənclərimizin inkişafı üçün daim çalışır və onlar üçün daha yaxşı şərait yaradırıq. Qeyd edim ki, könüllülük həm də tələbələrin asudə vaxtlarını səmərəli edən, onların müxtəlif tədbir və təlimlərdə iştirakına imkan verən, tələbələri yardıma ehtiyacı olan şəxslərə köməklik göstərilməsinə cəlb edən bir sistemdir”.
A.Rəhimli qeyd edib ki, könüllülük ölkəmizin sosial-iqtisadi həyatında mühüm rol oynayır: “Könüllülük özlüyündə həm də həmrəyliyin bariz nümunəsidir. Belə ki, könüllülük ətrafındakı şəxslərə və sosial fəaliyyətə edilən, dayanıqlı inkişaf məqsədi güdən köməkdir. Cənab Prezident İlham Əliyevin xüsusi olaraq dediyi kimi, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılır.
Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. Bir çox təşkilatların könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb. Həmin təşkilatlardan biri də əməkdaşı olduğum “İrəli” İctimai Birliyidir. Biz də öz növbəmizdə könüllülərimizin öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verməsinə şərait yaradırıq. Bunun nəticəsidir ki, könüllülər irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayırlar. Bundan sonra da milli dəyərlərimizin bütün dünyada tanıdılmasında, həmrəyliyimizin möhkəmləndirilməsində hər bir gənc şərəflə çalışacaq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52

