“SABAH” qrupları...
09.07.2022 [11:00]
“SABAH”ın 830 tələbəsi bu il məzun olur
Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Gənclərin bilik və bacarıqlarının daha da artırılması üçün davamlı olaraq tədbirlər həyata keçirilir, müxtəlif proqram və layihələr icra olunur. Belə layihələrdən biri də “SABAH” qruplarının yaradılmasıdır. Təhsildə innovativ tədris metodlarının tətbiqi, tələbələrin təşəbbüslərinin dəstəklənməsi və qabaqcıl təcrübənin tətbiqi, təhsilverənlərin inkişafı və stimullaşdırılması, akademik və biznes mühitlərinin əlaqələrinin genişləndirilməsi və inteqrasiyası “SABAH”ın əsas hədəfləridir.
Xatırladaq ki, Təhsil Nazirliyinin 2014-2015-ci tədris ilindən fəaliyyətə başlayan “SABAH” (savadlı, bacarıqlı və hazırlıqlı) qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, bu sistemdə yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. “SABAH” qrupları ilk olaraq 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 41 ixtisas və 2400-dən artıq tələbəni əhatə edir. “SABAH” qruplarına qəbul 3 mərhələdən ibarət olmaqla müsabiqə yolu ilə aparılır. Müsabiqədə respublikanın istənilən ali təhsil müəssisəsində yalnız tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin I kursunda əyani əsaslarla təhsil alan və orta akademik göstəricisi 61-dən yuxarı olan tələbələr iştirak edə bilərlər. Müsabiqənin I mərhələsi tələbələrin elektron qaydada Təhsil Nazirliyinin saytında yerləşdirilmiş qeydiyyat forması əsasında qeydiyyata alınması və elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, II mərhələsi xarici dil və məntiq üzrə test imtahanının keçirilməsi, III - sonuncu mərhələsi isə test imtahanından uğurla keçən tələbələrlə müsahibənin aparılmasını əhatə edir. Müsahibə hər bir ixtisas və ya ixtisaslar qrupu üzrə Təhsil Nazirliyi tərəfindən yaradılmış və müvafiq ixtisas üzrə ali təhsil müəssisələrində akademik fəaliyyət göstərən şəxslər, ali təhsil müəssisələri üzrə SABAH mərkəzlərinin əməkdaşları və müvafiq sahə üzrə işgüzar mühitdə fəaliyyət göstərən təcrübəli peşəkarlardan ibarət olan komissiya tərəfindən şifahi formada aparılır. Müsahibədə namizədin təhsil aldığı ixtisasa marağı, bu sahədəki bilikləri, ümumi dünyagörüşü və s. meyarlar müəyyən olunmuş ballar şkalası üzrə qiymətləndirilir. Müsabiqənin yekun nəticələrinə əsasən tələbələr “SABAH” qruplarına qəbul edilir. Qəbul olunmuş tələbələr müəyyənləşdirildikdən sonra onların siyahısı Təhsil Nazirliyinin əmri ilə təsdiq olunur və müvafiq siyahılar baza ali təhsil müəssisələrinə göndərilir.
Bundan başqa, “SABAH”da ixtisaslar təhsil, təbiət, humanitar və sosial, iqtisadiyyat və idarəetmə, texniki və texnoloji, mədəniyyət və incəsənət ixtisas qruplarından hər tədris ilinə görə olmaqla, hər bir ixtisas üzrə baza ali təhsil müəssisəsinin I kursunda təhsil alan potensial tələbələrin sayı və prioritetlik nəzərə alınmaqla müəyyən olunur. “SABAH” qrupları layihəsi çərçivəsində müxtəlif inkişaf etdirici layihə və tədbirlər həyata keçirilir.
Təhsil Nazirliyindən verilən məlumata görə, bu il 830 nəfər “SABAH” tələbəsi məzun olur. Magistratura səviyyəsində isə “SABAH” qruplarına ilk qəbul 2021-ci ildə keçirilib və 364 nəfər “SABAH” magistri adını qazanıb. İyulun 7-də isə Heydər Əliyev Mərkəzində “SABAH”ın məzunu-2022” mərasimi keçirilib. Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev “SABAH” qruplarının məqsədindən söz açıb. 2014-cü ildə Təhsil Nazirliyinin innovativ təşəbbüsü olaraq fəaliyyətə başlayan “SABAH”ın əsas məqsədinin ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olduğunu deyən nazir bu qrupların gənclər üçün açdığı imkanlardan danışıb. Emin Əmrullayev bu gün məzun olan “SABAH” tələbələrinin böyük əksəriyyətinin peşə fəaliyyətinin işğaldan azad edilmiş ərazilərlə bağlı olacağına əminliyini ifadə edib. Nazir indiyə qədər ümumilikdə 3800-dək “SABAH” məzunu olduğunu deyib, onlara yaradılan imkanlardan danışıb. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində gənclərə yaradılan imkanları vurğulayan Emin Əmrullayev “SABAH” məzunlarına bu proqram çərçivəsində magistratura təhsilindən yararlanmağı tövsiyə edib.
Daha sonra ən yüksək göstəriciləri ilə fərqlənən “SABAH”ın məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar. Tədbirdə “SABAH” məzun tədbirinin hər il təkrarlanan bir ənənəsi - rəmzi “SABAH” açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi baş tutub.
Onu da qeyd edək ki, 2020-2021-ci tədris ili üçün “SABAH” qruplarında yeni ixtisaslar açılıb, ingilis dilində tədris olunan qrupların sayı artırılıb. Belə ki, artıq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” qruplarında tədris tamamilə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) isə bir çox ixtisaslarda ingilis dilində aparılır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53

