Dünya iqtisadi reytinqlərindəki mövqeyimiz möhkəmlənir
21.12.2022 [10:42]
Yeganə BAYRAMOVA
Azad sahibkarlığın və liberal iqtisadiyyatın formalaşması bu gün həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir. Cənab Prezident tərəfindən təsdiq olunmuş “2030: sosial iqtisadi inkişafa dair milli prioritetlər” gizli iqtisadiyyatın məhdudlaşdırılmasını, liberal iqtisadiyyatın genişləndirilməsini özündə ehtiva edir. Bu da ondan xəbər verir ki, bundan sonrakı illərdə də azad sahibkarlıq və liberal iqtisadiyyatın təşviqi sahəsində islahatlar davam etdiriləcək.
Azərbaycanda liberal iqtisadiyyat rəqabətli mühitin yaranmasına ciddi təsir göstərir. Liberal bazar iqtisadiyyatı dedikdə, rəqabət və rəqabət mühitinin təmin edilməsi ilk olaraq hər kəsin diqqətini cəlb edir. Rəqabət mühiti dedikdə isə inhisarçılıq olmadan mümkün şəraitdən, imkanlardan bərabər şəkildə istifadə nəzərdə tutulur ki, bu da ölkəmizdə tam şəffaf şəkildə təmin edilib. Sahibkarlıq üçün şərait, işgüzar mühit hamı üçün eyni dərəcədə təmin edilib və burada sağlam rəqabətə mane olacaq hansısa bir məqam ola bilməz.
Rəqabət mühiti olmadığı təqdirdə bazar iqtisadiyyatı yoxdur deməkdir və bu da liberal dəyərlərin işləmədiyi anlamına gəlir. Belə bir vəziyyətdə isə nə azad sahibkarlıqdan, nə vətəndaşların rifah halının yüksəlməsindən, nə də hüquqlarının qorunmasından söhbət gedə bilər. Rəqabət mühiti həm idarəetmədə, həm siyasətdə, həm iqtisadiyyatda, bir sözlə, hər yerdə vacibdir. Bunun təşviq edilməsi üçün təbii ki, hökumətlər müxtəlif yollar seçir.
İqtisadiyyatımız yeni keyfiyyət mərhələsinə qədəm qoyub
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Millət vəkili diqqətə çatdırıb ki, azad ticarətin, sahibkarlığın və bazar əsaslı iqtisadiyyatların müasir sistemi təxminən 200 il əvvəl formalaşmağa başlayıb: “Bu prosesin bir çox iqtisadi quruluşlarda verdiyi səmərə dünya dövlətlərini prosesi təşviq etmək istiqamətində düşündürür. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət mərhələsinə qədəm qoyub.
1991-ci ildə yeni müstəqillik qazanan Azərbaycanda yox dərəcəsində olan iqtisadiyyatın dirçəlməsi, ayağa qalxması üçün müəyyən işlərin görülməsi vacib idi. Buna görə də ölkədə ilk növbədə sahibkarlar üçün müəyyən şərait yaradılmasına diqqət yetirilməsi ən vacib məsələ sayılırdı. Bu məsuliyyəti isə ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə öz üzərinə götürdü. Beləliklə, ölkə iqtisadiyyatını ayağa qaldırmaq üçün köklü, fundamental islahatlara başlanıldı. Bunun da məntiqi nəticəsi göz önündədir və bu gün Azərbaycanın güclü iqtisadiyyata malik bir ölkə olması görülən tədbirlərin səmərəliliyini bir daha təsdiq edir.
Artıq Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanda bütün sahələr, eləcə də iqtisadiyyat daim dinamik inkişafdadır. Prezident İlham Əliyev azad bazar iqtisadiyyatı, rəqabətli biznes mühitinin qurulması siyasətinin tərkib hissəsi olaraq özəl sektorun inkişafını hər zaman diqqət mərkəzində saxlayır. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının icrasında yerli sahibkarlığın gücləndirilməsinə xüsusi önəm verilir. Sahibkarların fəaliyyətinin genişləndirilməsi məqsədilə dövlətin maliyyə dəstəyi, həmçinin subsidiyaların ayrılması özəl sektorun inkişafını daha da sürətləndirir, onun ümumi iqtisadiyyatdakı tutumunu daha yüksəyə qaldırır”.
Azərbaycanda sağlam rəqabət üçün heç bir əngəl yoxdur
Deputatın sözlərinə görə, sahibkarlar əlverişli hüquqi mühitdən tam şəkildə faydalanırlar. Çünki sahibkarlığın inkişafına dəstəyin ilkin şərtlərindən biri əlverişli hüquqi zəminin yaradılması və etiraf edilməlidir ki, son illərdə ölkəmizdə sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülüb: “Sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı Azərbaycan Prezidentinin məlum Fərmanları var. Cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə hər il aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi təsis edilməsi, sahibkarlıq fəaliyyətinə dair tələblərin sadələşdirilməsi deyilənlərin əyani sübutudur. Bunun nəticəsidir ki, ölkədə azad sahibkarlıq mühiti üçün ən əlverişli şərait mövcuddur və sağlam rəqabət üçün heç bir əngəl yoxdur. Təsadüfi deyil ki, Azərbaycanın dünya iqtisadi reytinqlərindəki mövqeyi daha da möhkəmlənir və bunun sayəsində investorların ölkəmizə marağı da geniş şəkildə artıb. Bu da onu deməyə əsas verir ki, liberal iqtisadiyyatın və azad sahibkarlığın təşviqi üçün münbit şərait var və bu da öz müsbət nəticələrini verir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50

