Bu günün gəncliyi...
16.05.2023 [11:06]
Sabahın nüfuzlu Azərbaycanı
“Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün Azərbaycanın gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”
Heydər Əliyev
Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Bu baxımdan gənc nəslin düzgün yetişdirilməsi hər zaman ölkə siyasətində önəmli yer tutub. Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi, dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən işlər isə hər zaman çoxşaxəli olub.
Gəncliyi ayaqda saxlayan, daim səfərbər edən bir hiss var - vətənpərvərlik, milli şüura bağlılıq. Gənclikdə milli ruhun formalaşması mərhələləri müxtəlif dövrlərə təsadüf edir. Məktəbdə təlqin edilən vətənpərvərlik ruhu sonrakı dönəmlərdə daha da təkmilləşir. Bəzən deyirlər ki, müəyyən qisim gənclər vətənpərvərliyin nə olduğunu bilmir. Ancaq belə deyil. Hər bir gəncdə bu hiss var, sadəcə, o hissin üzə çıxarılması üçün bəlli mexanizm olmalıdır.
Çoxlarına məlumdur ki, gənclik zamanın, dövrün hərəkətverici qüvvəsidir. Hər bir sivil cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Aydın məsələdir ki, milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün müəyyən zaman lazımdır.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən Gənclər Mərkəzi İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə bildirib ki, hər bir demokratik dövlətinin qarşısında duran əsas məsələlərdən biri də gələcəyini etibar edəcəyi sağlam düşüncəli yeni nəslin yetişdirilməsidir. Onun sözlərinə görə, sağlam əqidəyə malik olmaq sağlam düşüncə ilə bağlıdır. Bütün bunların da kökündə fiziki və mənəvi cəhətdən sağlam tərbiyə olunan gənclərimiz durur: “Vətənpərvərlik hisslərinin tərbiyə edilməsinin əsas mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda fəda etmək, milli-mədəni dəyərlərin qorunmasına əsaslanan emosional bağlılıqdır.
Bu bağlılıq həm də özünün aid olduğu millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürur kimi də hallanır. Vətənpərvərliyin kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət-ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümummilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir”.
K.Qubadzadə qeyd edib ki, dövlətimizin gənclər siyasətinin əsas məqsədi məhz gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakını artırmaq, ölkənin gələcək inkişafında məsuliyyətini yüksəltməkdən ibarətdir: “Cənab Prezident tərəfindən uğurla həyata keçirilən gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Aparılan uğurlu siyasətin nəticəsidir ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkədə aparılan islahatlarda gənclərin önə çəkilməsi, idarəçilikdə onlara göstərilən etimad bir daha bunu sübut etdi ki, artıq Azərbaycanda yüksək intellektə malik, vətənpərvər, işini mükəmməl bilən gənclər ordusu formalaşıb.
Bundan sonra da gənclərdə milli mənlik şüurunun daha da inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin artırılması əsas prioritet məsələlərdən olmalıdır. Milli-mənəvi dəyərlərin qorunması üçün ən yaxşı vasitə təbliğat və təhsildir. Gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətində işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail olunmalıdır. Gənclərin yad təsirlərdən qorunması üçün həm ailə daxilində, həm də təhsil ocaqlarında tərbiyəvi işlər aparılmalıdır. Bütün bunlar aidiyyətı strukturların bilavasitə nəzarəti altında məqsədyönlü şəkildə aparılmalıdır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

