İKT-nin inkişafı
19.05.2023 [11:14]
Mövcud durum və perspektivlər...
Yeganə BAYRAMOVA
Sürətlə dəyişən dünyanın hazırkı dövrünü İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı xarakterizə edir. İKT artıq cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib, bizi əhatə edən bütün sahələrə geniş şəkildə sirayət edib.
Təbii ki, yeni texnologiyaların tətbiqi bütün dünyada bərabər şəkildə getmir. Bu, hər bir ölkənin inkişaf tempi və əldə olan daxili imkanlarından daha çox asılıdır. Son illər dünya bazarında elektron ticarətin rolunun artdığını müşahidə edirik. İndi ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti onların İKT-dən səmərəli istifadəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Hətta ölkələr bu sahənin inkişaf etdirilməsi üçün ardıcıl addımlar atır, nəticədə dövlət siyasətinin prioritetlərindən birinə çevirirlər.
Hazırda Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan İKT sahəsi inkişaf səviyyəsinə görə fərqlənir. Ölkəmizdə bu sahənin inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Dövlət tərəfindən müasir texnologiyaların tətbiqinin təkmilləşdirilməsi, daha informativ cəmiyyətin qurulması üçün daima islahatların aparıldığını görürük.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin icraçı direktoru Fərid Kazımov İKT-ni cəmiyyətin inkişafında əsas amil hesab edir. Onun sözlərinə görə, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin verdiyi üstünlüklərdən faydalanırlar: “Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. Dünya təcrübəsi göstərir ki, İKT dən geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir. Məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması üçün tutarlı vasitələrdəndir”.
F.Kazımov qeyd edib ki, son illər Azərbaycanda İKT-dən istifadə sahəsində müəyyən addımlar atılıb: “Bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb. Ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Pandemiya ilə mübarizədə bizim köməyimizə gələn vasitələr sırasında yenə də İKT ilk yerlərdən birində qərarlaşır. Təsəvvür edin ki, sosial məsafənin qorunması tələb olunduğu bir şəraitdə ölkənin internet imkanları zəif olsaydı, yaxud heç olmasaydı, nə baş verərdi? Həyat iflic olardı. Hətta burada bir müsbət məqamı da demək istəyirəm ki, pandemiya insanları İKT biliklərini və vərdişlərini artırmağa sövq etdi. Beləliklə, insanlar innovasiyaya daha da yaxınlaşdılar”.
Ekspertin qənaətincə, informasiya texnologiyaları tək özü inkişaf etmir, yalnız insanlara köməkolmur, eyni zamanda, digər sferalara da təsir edir: “İnformasiyanın əldə olunması, informasiya azadlığı, məlumatların maneəsiz olaraq yayılması imkanları ölkəmizdə yüksək səviyyədə təmin olunur. Müvafiq hüquq və azadlıqlara konstitutsion dəyər kimi hörmət edilir. Ölkədə informasiya, internet azadlığının təmin olunması ilə bağlı çox mühüm işlər həyata keçirilir. Bu gün Azərbaycan vətəndaşları belə imkanlara malik olduqları üçün məmnundurlar. Son zamanlar kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ilə bağlı yeni ixtisaslar açılıb. Çoxlu sayda gənclər bu istiqamətlərdə ali məktəblərə qəbul olunur, həmin peşələrə yiyələnirlər. Əmək bazarının özündə də bu kadrlara çox böyük ehtiyac var. Bu gün Azərbaycanda ən çox tələb olunan ixtisaslar proqramçılar, kompüter mühəndisləri, informasiya təhlükəsizliyi mütəxəssisləridir.
Ona görə də Azərbaycan təhsili, elmi bu reallıqları məsuliyyətlə anlayır və bütün fəaliyyətini dünyanın bu çağırışlarına, cənab Prezidentin qərarlarının icrasına yönəldir. Sevindirici haldır ki, Azərbaycan bu sahədə dünyada yüksək qiymətləndirilən ölkələrdən biridir. Ölkəmizdə dünyanın qabaqcıl texnologiyalarının transferi, bu sahədə fəaliyyət göstərən nəhəng transmilli şirkətlərin maraqlarının təmin olunması ilə bağlı mərkəz formalaşıb. Həmin mərkəzin yaradılmasında məqsəd ondan ibarətdir ki, Azərbaycanda süni intellekt texnologiyaları tətbiq olunmaqla dövlət orqanlarının fəaliyyətində keyfiyyət və məhsuldarlıq artırılsın”.
F.Kazımov vurğulayıb ki, bu gün İKT sahəsində əsas məqsəd beynəlxalq standartlara cavab verəcək inkişafa nail olmaqdır: “Bu, özündə İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsini ehtiva edir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

