İdmanın kütləviliyi gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacibdir
27.05.2023 [12:00]
Günel ABBAS
Fiziki tərbiyə və idmanın kütləviliyini təmin etmək günümüzün vacib məsələlərindəndir. İdmanın kütləviliyi gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacibdir. Ümummilli liderimiz Heydər Əliyev fiziki tərbiyə və idmanın inkişafına çox böyük diqqət ayırıb və öz çıxışlarının birində bu haqda belə deyib: “İdmanın və bədən tərbiyəsinin inkişafı üçün görülən işlər, gələcəkdə görəcəyimiz işlər, dövlətin və hökumətin siyasətinin əsas istiqamətlərindən biridir”. Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da inkişaf dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslərinin inşa edilərək istismara verilməsi bunun təzahürüdür. Ölkə rəhbərliyi bu inkişafın bütün ölkəyə yayılmasını və idmanın kütləviləşməsini istəyir. Paytaxtda və bölgələrdə gənclərimizin idmanla məşğul olub sağlam böyüməsi üçün güclü idman bazaları yaradılır.
Milli Məclisin gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, müasir dövrdə məktəblərdə təhsil alan uşaq və yeniyetmələr zehni iş ilə həddən artıq yükləniblər: “Gigiyena alimləri sübuta yetirir ki, məktəblilərin gün rejiminin 82-85%-i məktəbdə və evdə dərs öyrənməyə, tapşırıqları həll etməyə, bir sözlə, oturaq həyat tərzinə sərf olunur. Hətta kiçikyaşlı məktəblilərin fiziki hərəkətlərə və aktiv fəaliyyətə olan tələbatları isə cəmi 15-19% ödənilir. Hər bir yeniyetmənin həftə ərzində azı 10-12 saat fəal fiziki hərəkətlərlə məşğul olması vacibdir. Təəssüflə qeyd etməliyik ki, məktəblilərin çox az bir hissəsi idman dərnəklərinə və bölmələrinə, ümumi fiziki hazırlıq qruplarına cəlb olunmuşlar. Bunun nəticəsidir ki, uşaqlar və yeniyetmələr arasında hipodinamiya təhlükəsi getdikcə artır, bu da ürək, qan-damar, əsəb və maddələr mübadiləsinin pozulması kimi bir sıra xəstəliklərin geniş yayılmasına gətirib çıxarır”.
Deputat qeyd edib ki, insanların sağlamlığı yalnız 8-10% səhiyyə müəssisələrinin fəaliyyətindən, 18-22% genetik faktorlardan, 17-20% ətraf mühitin vəziyyətindən və 49-53% həyat tərzindən və şəraitindən asılıdır: “Fiziki hərəkətlər insanın konkret vəzifəsinin həlli ilə bağlı məqsədyönlü hərəki fəaliyyətidir. Hər bir hərəki fəaliyyət ayrı-ayrı hərəkətlərdən ibarətdir. İnsanın fiziki inkişafı və təkmilləşməsi üçün tətbiq olunan hərəkətlər fiziki hərəkət adlanır. Fiziki hərəkətlər fiziki tərbiyə qanunauyğunluqlarına uyğun təşkil olunmuş fəaliyyətdir. Məktəbdə əsas fiziki tərbiyə vasitəsi fiziki hərəkətlərdir. Fiziki hərəkətlər hərəki bacarıq və vərdişləri formalaşdırır, hərəkət aparatını inkişaf etdirir. Qan dövranını və maddələr mübadiləsini yaxşılaşdırır, tənəffüsə müsbət təsir göstərir. Fiziki hərəkətlər surəti, cəldliyi, gücü, dözümlülüyü artırır, insan həyatı üçün vacib olan yeriş, qaçış, hoppanma, müvazinət və atmalar kimi təbii hərəkətlər üzrə vərdişləri təkmilləşdirir”.
Onun sözlərinə görə, hazırda dünyada bədən tərbiyəsi və idmanın insanlığın vacib həyat norması olduğu fikrini qəbul edənlərin sayı günü-gündən artmaqdadır: “Bu da öz növbəsində, cəmiyyətin hamılıqla və şəxsi formada qəbul etdiyi yeni ictimai və fərdi yanaşmaların yaranmasına səbəb olur. Ümumiyyətlə isə, cəmiyyətin inkişaf səviyyəsi insanların fərdi bacarıqlarının və keyfiyyətlərinin üzə çıxarılması, inkişaf etdirilməsi və istifadə olunması dərəcəsi ilə ölçülür. Bu zaman əhalinin müxtəlif yaş dövrlərində, əsasən də həyatlarının ilk yarısında mədəni dəyərlər sisteminin əsas komponentlərindən biri olan sağlamlığını və fiziki hazırlıq səviyyəsini xüsusilə qeyd etmək lazımdır. Çünki qalan digər mədəni dəyərlərin inkişafı və formalaşması çox zaman bu kriteriyalardan asılı olur.
Bədən tərbiyəsi və idman insanda müsbət əxlaqi keyfiyyətlər, vətənə məhəbbət, ailəyə bağlılıq, özünəinam, səbr, mətanət, dözüm və s. formalaşdırır. Bundan başqa, bədən tərbiyəsi və idmanın köməyi ilə digər tərbiyə növləri - əmək tərbiyəsi, şəxsi gigiyena tərbiyəsi, iqtisadi tərbiyə, estetik tərbiyə, hüquq tərbiyəsi daha da inkişaf edir. Bununla yanaşı, unutmaq olmaz ki, yuxarıda qeyd olunanlar, ölkəmizin indiki vəziyyətində, işğala məruz qaldığı bir vaxtda, onun müdafiə qüdrətinin güclənməsi ilə də birbaşa bağlıdır. Sağlam və güclü gənc nəsil gələcəyin etibarlı təminatıdır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

