BMT hesabat yaydı...
09.02.2024 [11:16]
Uşaqların mənəvi inkişafında internetin rolu
İnternetdən istifadə gündəlik həyatımızın ayrılmaz tərkib hissəsidir. Məlumdur ki, uşaq və gənclərin fiziki-mənəvi inkişafı, hərtərəfli biliyə, dünyagörüşünə malik olmaları inkişaf etmiş ölkələrin siyasətinin əsasını təşkil edir. Bəllidir ki, uşaqların mənəvi inkişafı, onların dünyagörüşlərinin formalaşmasına təsir göstərən əsas amillərdən biri də internetdir.
Artıq nəinki böyüklər, hətta uşaqlar da internetdə çox vaxt keçirirlər. Müasir dövrdə telefonsuz, kompütersiz, planşetsiz insan həyatını təsəvvür etmək qeyri-mümkündür. Ancaq texnologiyanın müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də qaçılmazdır. Zaman-zaman uşaqların, yeniyetmələrin həyatına mənfi nümunə olan internet bəzən xoşagəlməz hadisələrə yol açır. Mütəxəssislər isə düşünürlər ki, valideynlər bu məsələdə daha məsuliyyətli olmalı, övladlarında internetin asılılıq yaratmasına icazə verməməlidirlər.
Birləşmiş Millətlər Təşkilatı (BMT) internetin, o cümlədən sosial şəbəkələrin uşaq və gənclərə təsiri ilə bağlı hazırlanmış hesabatını dərc edib. Hesabatda gənc nəslin internet vasitəsilə əlaqənin hərəkətverici qüvvəsi olduğu, 2023-cü ildə dünyada 15-24 yaşlı gənclərin 79 faizinin sosial şəbəkələrdən istifadə etdiyi diqqətə çatdırılıb.
Hər yarım saniyədə bir uşaq...
BMT-dən bildirilib ki, uşaqlar da internetdə əvvəlkindən daha çox vaxt keçirirlər, dünyada hər yarım saniyədə bir uşaq ilk dəfə internetə girir. Hesabatda deyilir: “Bu, uşaqlar və gənclər üçün ünsiyyət qurmaq, öyrənmək, sosiallaşmaq və oyunlar oynamaq üçün görünməmiş imkanlar yaradıb, onları yeni ideyalar və daha müxtəlif məlumat mənbələri ilə tanış edir. Lakin bu imkanlarla yanaşı, internet məkanında ciddi risklər də mövcuddur. Kiberbullinq və həmyaşıdlar arasında zorakılığın digər formaları gənclərə hər dəfə sosial mediaya və ya ani mesajlaşma platformalarına daxil olduqda mənfi təsir edə bilər. Hesabatda qeyd olunub ki, otuz ölkədə gənclərin üçdə birindən çoxu kiberzorakılığa məruz qaldıqlarını bildirir və hər beş nəfərdən biri buna görə məktəbdən yayınır. Bundan başqa, uşaqlar və gənclər internet məkanında nifrət ritorikası və zorakılıq ehtiva edən məzmunun, o cümlədən özünə zərər verməyə və hətta intihara təhrik edən mesajların təsirinə məruz qala bilərlər. Gənc internet istifadəçiləri ekstremist və terrorçu qruplar tərəfindən zorakılığa cəlb olunma riskinə məruz qalırlar”.
Uşaqlar internetdə cinsi istismara məruz qalırlar
BMT-nin mütəxəssisləri qeyd edirlər ki, rəqəmsal platformalar uşaqlara və gənclərə zərərli təsir göstərən dezinformasiya və sui-qəsd nəzəriyyələri üçün vektor kimi də istifadə edilir. Ən qorxulusu onlayn cinsi istismar və sui-istifadə təhlükəsidir. Cinayətkarların potensial qurbanlarına çevrilən uşaqlarla əlaqə saxlamaq, onların görüntülərini paylaşmaq və başqalarını cinayət törətməyə təşviq etmək imkanları heç vaxt indiki qədər çox olmayıb. 25 ölkədə uşaqların təxminən 80 faizi internetdə cinsi istismara məruz qaldığını və ya istismar təhlükəsi hiss etdiyini bildirir.
Həddindən artıq ekran vaxtı...
Hesabat müəllifləri texnologiya şirkətlərinin marketinq məqsədləri üçün məlumat toplama prosesində məxfilik prinsipinin pozulduğu an uşaqların da risk altına düşə biləcəyini qeyd ediblər. Müəlliflər vurğulayıblar ki, tətbiqlər vasitəsilə uşaqlara yönəldilmiş marketinq və bunun tez-tez yaratdığı həddindən artıq ekran vaxtı azyaşlıların sağlam inkişafına xələl gətirə bilər.
Sonda BMT-nin uşaq və gəncləri onlayn təhlükələrdən qorumaq istiqamətində atdığı addımlardan bəhs olunur. Hesabatda qeyd edilir ki, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən irəli sürülən Uşaqların Onlayn Mühafizəsi Təşəbbüsü internet məkanında uşaq təhlükəsizliyi haqqında məlumatlılığı artırmaq və hökumətlərə, sənayeyə və müəllimlərə kömək etmək məqsədilə praktiki alətlər hazırlamaq üçün yaradılmış çoxtərəfli şəbəkədir. BTİ-nin bu sahədə geniş məzmunlu təlimatları uşaqlar və gənclər üçün təhlükəsiz və səlahiyyətli onlayn mühitin inkişafına necə töhfə verməklə bağlı bütün müvafiq maraqlı tərəflər üçün hərtərəfli tövsiyələr toplusudur.
Kiberzorakılıq uşaqların mənəvi inkişafına ziyandır
Bununla yanaşı, BMT-nin Uşaq Fondu (UNICEF) kiberzorakılıqla bağlı sualları cavablandırmaq və onunla mübarizə yollarına dair məsləhətlər vermək üçün sosial media platformaları ilə bir araya gəlib. UNICEF-in “Xeyirxahlıq” təşəbbüsü kiberzorakılığa son qoymağı hədəfləyir. Bildirilib ki, uşaqların internet vasitəsilə kiberzorakılığa məruz qalması onların mənəvi inkişafına mənfi təsir göstərən əsas amillərdən biridir.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

