Azərbaycanın təhsil brendi
02.03.2024 [10:45]
Qarabağ Universiteti ilk vakansiyasını elan edib
Günel ABBAS
Əzəli yurdumuz olan Qarabağda elmə və təhsilə hər zaman xüsusi qayğı göstərilib, bu sahə daim diqqətdə saxlanılıb. Bölgənin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə yenidən qurulan Qarabağ Universiteti Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkədə elmin və təhsilin inkişafına verdikləri dəyərin, diqqət və qayğının daha bir bariz nümunəsidir.
1969-ci ildən Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyət göstərən və ərazilərimizin işğalı zamanı fəaliyyətini dayandıran bu ali təhsil ocağının şanlı Zəfər tariximizdən sonra Qarabağda ilk universitet olaraq yenidən qurulması mühüm sosial-siyasi əhəmiyyət daşımaqla yanaşı, tarixi ədalətin bərqərar olunması baxımından da böyük mənəvi dəyərə malikdir. Bu mənada, deyə bilərik ki, Qarabağ Universitetinin yaradılması işğaldan azad olunmuş ərazilərimizə “Böyük Qayıdış”ın sürətlənməsində də əhəmiyyəti olacaq.
Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Qarabağ Universitetinin yaradılması haqqında qərar verilib. Yeni yaradılmış Qarabağ Universitetində dərslərin 2024-2025-ci tədris ilindən başlaması və universitetdə ilkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur.
Yeri gəlmişkən, ötən günlərdə Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə ilk vakansiya elan edilib. Elm və Təhsil Nazirliyindən bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.Vakansiya üzrə müraciətlər martın 15-dək qəbul olunur.
Gənclər Qarabağ Universitetinə maraq göstərəcək
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Qarabağ regionunda ilk ali təhsil ocağı Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub: “Təəssüf ki, ali təhsil müəssisəsi 1988-ci ilədək fəaliyyət göstərib. Amma bu gün Qarabağ azaddır və biz qarşımıza mühüm hədəf və məqsədlər qoymuşuq. Hesab edirəm ki, bölgələrdə yeni universitetlərin yaradılması Bakıda sıxlığın qarşısını nisbətən almağa köməklik edə biləcək. Qarabağ Universitetində bütün sahələr üzrə mütəxəssislərin yetişdirilməsinə önəm verməliyik”.
Millət vəkili hesab edir ki, Azərbaycan gəncləri Qarabağ Universitetinə maraq göstərəcəklər: “Bu gün hər bir azərbaycanlının ürəyi Qarabağla döyünür. Əminəm ki, gənclər Qarabağ Universitetində təhsil almaq istəyəcəklər, çünki hər birimizin istəyi Qarabağın azad edilməsi idi. Arzumuza çatmışıq və çox önəmli mərhələyə daxil olmuşuq. Bu, yeni imkanlar və fürsətlər yaradacaq. Müasir təhsil müəssisəsi yaradacağımıza inanıram. Bununla yanaşı, bir neçə gün əvvəl təhsil naziri Emin Əmrullayev brifinqdə bildirdi ki, Xankəndidə fəaliyyət göstərəcək Qarabağ Universitetinə yüksək balla qəbul olacaq tələbələrə həvəsləndirici təqaüd veriləcək. Bu da gənclər üçün böyük stimul olacaq”.
Təhsil eksperti Kamran Əsədov isə qeyd edib ki, Xankəndidə fəaliyyətə başlayacaq Qarabağ Universiteti təhsilin brendi olacaq: “Qarabağda ayrıca bir dövlət universitetinin yaradılması və onun Qarabağ Universiteti adlandırılması çox böyük hadisədir. Təhsil dövlətçilik siyasətinin təməl nöqtələrindən biri olub. Məsələnin bir neçə rakursdan faydaları var: dövlətçiliyə dəstək, azad olunmuş Qarabağ adının təhsil seqmentində də var olduğunu göstərmək, tədrisin keyfiyyəti. Qarabağ Universiteti bəlkə də, Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq”.
K.Əsədovun dediyinə görə, orada tibb təhsili ilə yanaşı, dövrün əsas ixtisaslarından olan İT istiqaməti, mühəndislik, digər kriteriyalar da tədris olunacaq: “İşğaldan azad edilmiş ərazilərin quruculuğunda təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib amildir. Çünki təhsil insanların işğaldan azad edilmiş ərazilərdə sürətlə məskunlaşmasına, eyni zamanda həmin ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşların övladlarını təhsil almaq şəraitinin yaxşılaşdırılması üçün bu, vacib amildir”.
Ekspert xatırladıb ki, İlham Əliyevin hazırda qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin bərpasıdır: “Hesab edirəm ki, bu prosesdə Azərbaycan təhsili də fəal iştirak etməlidir. İşğaldan azad edilmiş ərazilərdə xidmət keçən şəxslərin məktəbyaşlı övladlarının təhsil hüququnun təmin edilməsi, onlar üçün təhsilin əlçatanlığının təmin edilməsi zəruridir. Buna görə işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30

