708 milyon solaxayın bayramıdır
13.08.2022 [12:00]
MİKAYIL
Bu gün Beynəlxalq Solaxaylar Gündür. Milyonlarla insan bu simvolik bayramı qeyd edir. Özəl gün hər il avqustun 13-də solaxayların unikallığını və fərqliliklərini qeyd etmək məqsədilə keçirilir. Bu gün ilk dəfə 1976-cı ildə Lefthanders International Inc-in qurucusu Din R.Kempbell tərəfindən müəyyən edilib.
Dünyada solaxaylar hərəkatının vüsət almasının maraqlı tarixçəsi var. 1980-ci ildə ABŞ-ın Missuri ştatından olan polis əməkdaşı Franklin Uinborn qoburu (tapança qabını) sol tərəfində daşıdığından rəhbərlik onu işdən çıxarıb. F.Uinborn solaxay olduğundan qoburu kəmərinin sol tərəfindən asırdı, halbuki, nizamnaməyə görə o, tapança qabını sağ tərəfində daşımalı idi. O zaman polis işçisinin məhz solaxay olmasına görə işdən çıxarılması Amerikada ciddi əks-səda doğurub. Amerikalı solaxaylar F.Uinbornun müdafiəsilə bağlı mitinlərə başlayandan sonra məhkəmə adı- çəkilən polis əməkdaşının öz işinə bərpa edilməsinə dair qərar çıxarmağa məcbur olub.
Alimlərə görə, istənilən informasiyanı sağ yarımkürə daha tez mənimsəyir. Lakin alimlər solaxaylığın yaranma səbəbləri ilə bağlı bu günədək susurlar. Solaxaylığın xəstəlik olduğunu düşünənlər də var. Psixoloqlar deyir ki, solaxaylıq anadangəlmə olur, onu sonradan qazanılmış vərdiş adlandırmaq düzgün deyil. Onlar solaxaylığı beynin quruluşundan asılı olaraq, irsən keçən psixi hərəkət hesab edirlər. Hətta kral ailəsində solaxaylar ana - kraliç, kraliç II Yelizaveta, şahzadə Çarls və şahzadə Uilyam var. Maraqlısı odur ki, solaxaylar suyun altında daha yaxşı görə bilirlər.
Solaxayların geniş fantaziyaları, hissiyyatları, musiqi duyumları və yaxşı yaddaşları olur. Bundan başqa, onlar istənilən məkanda asanlıqla istiqamətlənir, orijinallığı və obrazlı düşüncələri ilə fərqlənirlər. Buna səbəb solaxaylarda adıçəkilən keyfiyyətlərə cavab verən beynin sağ yarımkürəsinin inkişafıdır.
Dünyanın ən məşhur solaxayları
Son onilliklər ərzində bütün dünyada solaxayların sayının artması müşahidə olunur. Bunun səbəbi hələ məlum deyil. Bu gün dünya əhalisinin 10 faizini solaxaylar təşkil edir. Nə az, nə çox 708 milyon solaxay insan var. Araşdırmalara görə, solaxay kişilərin sayı qadınlardan çoxdur.
Əvvəllər sol əllə yazanları bu adətlərindən çəkindirməyə çalışırdılarsa, zəmanəmizdə sübut olunub ki, solaxaylar, adətən, yaradıcı insanlardır. Bəziləri hətta şüurlu şəkildə sol əllə işləməyə çalışır. Nəticədə, neçə-neçə insan solaxay olduğu halda sağ əli ilə yazmağa və yeməyə məhkum edilib.
Məsələn, sovet dövründə SSRİ-nin əksər məktəblərində solaxay uşaqları sağ əllə yazmağa məcbur ediblər. Bu cür hallar ölkəmizdə də müşahidə edilib.
Dünyanın ən məşhur solaxayları sırasında Makedoniyalı İsgəndər, Aristotel, Leonardo da Vinçi, Mikelancelo, İsaak Nyuton, Napoleon Bonapart, Horatsio Nelson, Albert Eynşteyn, Fidel Kastro, Pikasso, Çarli Çaplin, Merilin Monro, Pol Makkartni, Bil Geyts, Harri Kasparov, Stiv Forbs, Kembric şahzadəsi Uilyam, Barak Obama, Uinston Çörçil, Ronald Reyqan, Binyamin Netanyahu, Corc Buş və s. adları var. Bu siyahını genişləndirmək olar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57

