Hər kəs öz karbon ayaq izini təmizləyərsə...
27.01.2023 [11:01]
MÜŞFİQƏ
Son zamanlar planetimiz iqlim böhranı, qlobal istiləşmə və havanın çirklənməsi kimi bir çox problemlərlə üzləşib. Bu problemlərin baş verməsində insanların da rolu az deyil. Planetimizin mövcudluğu ərzində karbon qazının atmosferdə miqdarı cüzi olsa da, sənaye inqilabı dövründən bəri kəskin surətdə artıb. Atmosferdə su buxarı, karbon qazı, metan və azot oksidi kimi qazların miqdarı artdıqca Yer kürəsi daha da istiləşir. Beləliklə, temperaturun artması bir çox bitki və heyvanların məhv olmasına, ekosistemin tarazlığının pozulmasına, eləcə də buzlaqların əriməsinə və iqlim dəyişikliyinə səbəb olur. Daha təmiz dünya istəyiriksə, həyatımıza yeni anlayışı - karbon ayaq izi”ni daxil etməliyik. Karbon və ayaq izi anlayışlarının birlikdə istifadəsi ilk baxışda mücərrəd təsir bağışlasa da, təbiətdə insan fəaliyyətinin buraxdığı izlər mənasına gəlir.
Karbon ayaq izi nədir?
Əvvəlcə, “karbon ayaq izi nədir və karbon ayaq izini necə azalda bilərik?” suallarına cavab axtarmağa çalışacağıq. Karbon izi fərdin, ailənin, qurumun və ya ölkənin fəaliyyəti nəticəsində atmosferə buraxılan istixana qazlarının karbon qazına ekvivalentidir. Daha sadə dillə desək, karbon ayaq izi insan fəaliyyətinin ətraf mühitə vurduğu zərərin ölçüsüdür. Dünyanın təbii tarazlığını pozmaq üçün atdığımız hər addım, yəni təbiətə, vurduğumuz zərər, karbon ayaq izi olaraq təyin olunur. Karbon ayaq izini meydana gətirən elementlər dedikdə, ilk ağıla sənaye fəaliyyətləri və enerji istehlakı gəlir.
Adambaşına düşən karbon izi təxminən 4 tondur. Çin, Amerika və Hindistan kimi ölkələr ən böyük karbon ayaq izlərinə malik ölkələr sırasında yer alır. Azərbaycan (Bakı) isə 260-cı yerdə qərarlaşıb. Ətraf mühitə dəyən ziyanı minimuma endirmək üçün karbon emissiyalarının miqdarı müəyyən səviyyədən aşağı saxlanılmalıdır.
Hansı tədbirlər görülməlidir?
Şəxsi nəqliyyat vasitələrinin istifadəsini azaltmaqla, gündəlik həyatda ictimai nəqliyyatdan və ya velosipeddən istifadə karbon ayaq izinin azaldılmasında təsirli olacaq. Eyni zamanda, sudan qənaətlə istifadə etməklə, qablaşdırılmış məhsulların istehlakını azaltmaqla daha az zibil “istehsal” edə bilərik.Təbii qazdan istifadə etmək yerinə bioenerji kimi alternativ bərpa olunan enerji mənbələrindən istifadə etmək məsləhət görülür. Bu yolla təbii qaz ödənişlərinin məbləği ildə 70 faiz azaldıla bilər.
Bundan başqa, elektrik istifadəsini külək, Günəş və ya hidroelektrik kimi bərpa olunan mənbələrlə əvəz etmək lazımdır. Təkrar emal edilə bilən məhsullara üstünlük verin. Təkrar emal karbon izlərini azaltmağın ən praktik yollarından biridir. Kağız, plastik və şüşə tullantılarının bir-birindən ayrılaraq müxtəlif ərazilərdə saxlanılması da ətraf mühitin mühafizəsinə mühüm töhfə verir. Geyim və ya tekstil məhsulları alarkən təkrar emal olunmuş məhsullara üstünlük vermək davamlılıq baxımından da çox əhəmiyyətlidir. Bir sözlə, qlobal istiləşmənin yaratdığı iqlim dəyişikliyinə son qoymaq üçün ətraf mühiti təmiz saxlamaq, xüsusilə böyük şəhərlərdə yaşıllıq sahələri qorumaq, onların sayını artırmaq lazımdır. Gələcək nəsillərə daha təmiz və yaşana bilən dünya miras buraxmaq üçün ətraf mühitə daha həssas yanaşmalıyıq.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32

