Qızıldan bahalı
20.09.2023 [12:17]
Xalq təbabəti
Şahanə
Cənub-Qərbi Asiyadan dünyaya yayılan zəfəran, dünyanın ən bahalı bitkilərindən biridir. Ədviyyat olaraq istifadə etdiyiniz bu bitki, yeməklərə verdiyi ləzzəti və xoş rəngi ilə fərqlənir.
Latınca adı “crocus sativus” olan zəfəran, soğanlı bitkilər arasındadır. Payızda bənövşəyi rəngli çiçəklər açır, 20 ilə 30 sm arasında bir boya çatır və rəngləndirici ya da dad verici olaraq istifadə edilir.
Bu ədviyyatın həm də bilmədiyimiz bir çox faydası var. Zəfəran əzələ spazmından, qaşıntıdan və iltihabdan azad olmağa kömək olur. Bundan əlavə, zəfəran aclıq hissini azaldır. Bu isə arıqlamaq üçün pəhriz saxlayan inşaların köməyinə gələcək. Zəfəranın ətri esterogenin miqdarını artırır, qadınlarda isə kortizol səviyyəsini azaldır. Əsasən də depressiya, qayğı, yaddaş zəifliyi və nevroloji xəstəliklərə qarşı faydalıdır. C vitamini, maqnezium, dəmir, kalsiumla zəngin olan zəfəran qandakı şəkər miqdarını tənzimləyir. Toxuma, sümük və hormonların inkişafını tənzimləyir. Tərkibində olan B6 vitamini qırmızı qan kürəciklərinin yaranmasına kömək olur. Zəfəran bronxial astmanın əlamətlərini və iltihabı da aradan qaldırır. Zəfəran eyni zamanda dəri və qaraciyər xərçənginin qarşısını alır. Yaşla bağlı yaranan görmə zəifliyini aradan qaldırır və katarakt yaranmasının qarşısını alır.
-Afrodizyak təsiri olan zəfəran, əsəbləri sakitləşdirir və cinsi istəyi artıraraq fəaliyyətini artırır
-Menstruasiya dövrünün ağrısız keçməsinə köməkçi olur
-Seratonin səviyyəsini tarazlaşdırır, depressiya kimi psixoloji problemlərin sağalmasına kömək edir
-Yuxu keyfiyyətini və motivasiya səviyyəsini yaxşılaşdırır
-İştahı tənzimləyərək piylənməylə mübarizəyə kömək edir
-Omeqa-3 ilə zəngindir, B6 vitaminin əmələ gəlməsini dəstəkləyir, qan dövranını tənzimləyir
-Xərçəng şişlərinin böyümə sürətini azaldır
-Təzyiq və pis xolesterini aşağı salır
-Maqnezium, dəmir və kalium kimi minerallar tərəfindən zəngindir
Ümumiyyətlə ət, toyuq və balıq yeməklərinin yanında verilən plov, tərəvəz yeməkləri və unlu məmulatlarda rəngləndirici və ləzzətləndirici olaraq istifadə edilir. Kəskin bir ləzzəti və rəngləndirici təsiri olduğu üçün, ədviyyat olaraq yeməklərə bir neçə tel əlavə olunması kifayətdir. Mütəxəssislər, zəfəranın qədərində istifadə edilməsini vurğulayırlar.
Gündəlik istifadəsi 1 çay qaşığından çox olduqda zəhərləyici təsiri ola bilər. Hamilə qadınlara istifadə edilməsi tövsiyyə edilmir, çünki erkən (vaxtından əvvəl) doğuş və uşaqsalma təhlükəsi yaradır. Son illərdə, faydalarından bəhrələnmək üçün onu çay kimi dəmləyib ya da balla qarışdıraraq istifadə edənlərin sayı artır.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

