Tarixin varisləri...
18.05.2024 [11:25]
Beynəlxalq Muzeylər Günüdür
Yeganə BAYRAMOVA
Xarici ölkələrə getdiyimiz zaman ağlımıza ilk gələn yerlərdən biri muzeylərdir. Muzeylər bizə tarixi xarabalıqlar, keçmişdən qalan izlər və ya sənətkarların ən eksklüziv əsərlərini görmək imkanı yaradır. Ancaq muzeylərə sadəcə qiymətli əşyaların, maddi-mənəvi sərvətlərin saxlanıldığı yer kimi baxa bilmərik. Çünki burada qorunub-saxlanılan hər bir tarixi əhəmiyyət kəsb edən eksponat və əşya mənsub olduğu xalqın tarixini, qədimliyini əks etdirir.
Dünyanın ən qəribə muzeyləri...
Müxtəlif xarici ölkələrdə yerləşən bəzi muzeyləri qeyri-adiliyi ilə seçilir. Onlardan bir neçəsinə nəzər yetirək.
Yalançı Muzey
Almaniyanın Kyritz şəhərində dünyanın ən orijinal muzeylərindən biri olan Lügen Muzeyi yerləşir. Muzeydəki bütün eksponatlar saxta məhsullardır. Ancaq təəccüblüdür ki, mükəmməl rəssamın təxəyyülü böyükdür və o, bunu yumor hissi ilə sintez edir.
Pis İncəsənət Muzeyi
Amerikanın Dedem şəhərində yerləşən Pis İncəsənət Muzeyi qəribə və bənzərsiz əsərlər toplusunu təqdim edir. Muzey qurucusu indiyə qədər gördüyü ən qəribə şəkilləri seçib bir araya toplayıb. Sözügedən muzeydə 400-dən çox “pis” əsər sərgilənməkdədir.
Saç Muzeyi
Türkiyənin Kapadokya bölgəsinin qonaqları dünyanın ən böyük qadın xəz kolleksiyasına ev sahibliyi edən orijinal muzeyə gələrək buranı hər il ziyarət edirlər. Saç Muzeyi kiçik Avanos qəsəbəsində yerləşir. Muzeyin təməlinin tarixi inanılmaz dərəcədə maraqlı və romantikdir. 1979-cu ildə muzeyin qurucusu sevgilisindən ayrılanda və ondan xatirə istəyib. Qız isə ona saçlarından bir parça verib...
Muzeydə 16.000-dən daha çox saç qıvrımları sərgilənir. Muzeyin əsas ziyarətçilərini qadınlar təşkil edir.
Zibil Muzeyi
Nyu-Yorka səyahət imkanınız olarsa, Zibil muzeyini ziyarət etməyi yaddan çıxartmayın. Zibil dedikdə ağlınıza konfet kağızları, banan qabığı, boş süd şüşəsi filan gəlməsin. Burada bir zamanlar evlərin ayrılmaz parçalarından olan, lakin indi istifadə edilməyən əşyalardır. Lampalar, mebellər, kitab rəfləri, tablolar və s.
Bu gün, yəni mayın 18-i həm də dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Əlamətdar gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib.
Beynəlxalq Muzeylər Günü ölkəmizdə də geniş miqyasda qeyd edilir. “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylər və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.
Zaman keçdikcə bütün sahələrdə olduğu kimi, muzeylərlə bağlı da yeni ideyalar yaranır. Lakin tarixin varisi sayılan muzeylər hər zaman sahib olduğu eksponatlarla əsrlər arasında körpü yaradan məkandır...
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23

