Muğam sənətimizin Xanı...
20.08.2024 [10:40]
İsfəndiyar Cavanşirovun doğum günüdür
Yeganə BAYRAMOVA
Onu Azərbaycan muğamının korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri adlandırırlar. Geniş səs diapazonu ona istər bəmdə, istərsə də zildə oxumaq imkanları verirdi. Bu gün görkəmli xanəndəmiz İsfəndiyar Aslan oğlu Cavanşirovun anadan olmasından 123 il ötür. Azərbaycan tamaşaçısı onu Xan Şuşinski adı ilə tanıdı və sevdi.
Niyə Xan Şuşinski?
İsfəndiyar Cavanşirovun Xan adlandırılmasının maraqlı tarixi var. Belə ki, hələ kiçik yaşında olarkən ustadı İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə iştirak edirmişlər. İslam Abdullayevin xahişi ilə ev yiyəsi qrammofonu qurur və Təbrizli Əbülhəsən xanın ifasında “Kürd Şahnazı” muğamını dinləyirlər. Məclisdə olanların heyranlıqla qulaq asdığını görən İslam Abdullayev üzünü yeniyetmə İsfəndiyara tutaraq, bəlkə sən də “Kürd Şahnazı” oxuyasan deyir. Ustadının sözünü yerə salmayan İsfəndiyar muğamı elə bir şövqlə, daha zildən ifa edir. Onun bu ifasına heyran qalan bütün məclis əhli alqışlarla qışqırır: “Əsl xan elə bu imiş ki”. İslam Abdullayev şagirdinə xeyir-dua verərək: “Bu gündən sən oldun Xan”, - deyir.
Beləliklə, Azərbaycan muğam sənətinin Xanı - Xan Şuşinski yaradıcılığının uğurlu, şöhrətli dövrü başlayır. Onun bir xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin də böyük təsiri olmuşdu. O, öz müəllimlərindən “Mirzə Hüseyn segahı”, “Rast”, “Şüştər”, “Şur” kimi bir çox muğam və xalq mahnılarını öyrənib.
Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də mahnılarını Xan Şuşinskinin ifasında dinləməkdən xüsusi zövq alırmış, xüsusən də “Qaragöz” mahnısını.
Havalansın Xanın səsi...
Dahi sənətkarın səsi, ifası elm-sənət adamlarının, yazıçı və şairlərin də diqqət mərkəzində olub. Onun yaradıcılıq dünyası şairlərimizin ilham obyektinə çevrilmişdi. Onlar sənətkara şeirlər qoşur, əsərlərində onu yad edirdilər.
Görkəmli şair Səməd Vurğun Xan Şuşinskinin füsünkar sənətini, nadir səsini dərindən duyub sevmişdi, hətta özünün məşhur “Azərbaycan” şeirində bunu məhəbbətlə tərənnüm etmişdi:
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan.
Axşam üstü qoy uzaqdan,
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi...
Səhnədən də Xan kimi getdi!
Xan Şuşinski ölümünə 10 il qalmış heç vaxt əlinə qaval alıb bircə ağız belə oxumur və təbii ki, səhnəyə çıxmır. Bu, Azərbaycanın mədəniyyət tarixində vaxtında səhnədən getməyin ən ağayana nümunəsi hesab olunur. Dahi sənətkarın səsinin yadigarı kimi günümüzə cəmi 240 dəqiqəlik lent yazısı gəlib çatıb. Muğam sənətimizin korifeyi 1979-cu ildə vəfat edib və Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edilib. Dünyaya çox xanlar gəldi-getdi. Lakin bircə Xan qaldı! O da muğam sənətimizin xanıdır...
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

