Musa Urud: Haqq sözə gərəkdir düz qiymət olsun
30.09.2024 [16:31]
Bakının mərkəzində gözəl bir parkda Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri olan Aşıq Ələsgərin möhtəşəm abidəsinin ucaldılması bir çox cəhətləri ilə əlamətdar tarixi hadisədir.
Aşıq Ələsgər təkcə Azərbaycan saz-söz sənətinin uca zirvəsi deyil, eyni zamanda türk dünyasının azman sənətkarı, saz sənətinə, sözə, türklüyə və islam ədəb- ərkanına ləyaqətlə xidmət etmiş, böyük məktəb yaratmış, bölgənin adını da öz adına və şöhrətinə layiq təmsil və tərənnüm etmiş, dövrünün Dədə ünvanını almış, el ağsaqqalı, ictimai xadimdir.
Aşıq Ələsgərin təkcə Göyçədə və Ermənistan SSR- də deyil, Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda böyük şöhrəti və ictimai nüfuzu erməniləri həmişə narahat etmişdir. Məhz buna görə də 1971- ci ildə Göyçə camaatı Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyinin dövlət səviyyəsində keçirilmısi təşəbbüsünü irəli sürəndə Ermənistan SSR hökuməti müxtəlif bəhanələrlə tədbirin keçirilməsini əngəlləməyə çalışmışdır.
Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyinə müraciətindən sonra laqeyidlik və düşmənçilik buzu sınmış, 1972-ci ildə Dədə Ələsgərin Göyçədə, doğma Ağkilisə kəndində qəbirüstü abidəsi ucaldılmış, Göycədə və İrəvanda yubiley tədbiri keçirilmişdir. Məhz Ulu Öndərin təşəbbüsü ilə həmin vaxt Azərbaycanın müxtəlif bölgələrində Aşıq Ələsgərin yubiley gecələri təşkil edilmiş, Moskvada Kremlin sütunlu Salonunda Aşıq Ələsgərə həsr olunmuş yubiley konserti baş tutmuşdur.
Azərbaycanın paytaxtında Aşıq Ələsgərin abidəsinin ucaldılmasının xüsusi bir əhəmiyyəti də böyük saz-söz ustadının doğulub -böyüdüyü, yazıb- yaratdığı, toy- şənlik məclisləri keçirdiyi Göyçə mahalının və bütünlüklə tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycanın işğal altında olması və Qərbi Azərbaycandan olan soydaşlarımızın 35 ildən artıqdır ki, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində qaçqın düşüb ata-baba yurdlarının həsrəti ilə yaşamasıdır. Məhz heykəlin açılışındakı nitqində cənab Prezident İlham Əliyevin " Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik"-, sözləri böyük strateji hədəflərə ünvanlanmış tarixi mesajdır.
Aşıq Ələsgərin abidəsinin Bakıda ucaldılması cənab Prezident İlham Əliyevin böyük ustadın anadan olmasının 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə sərəncamının icrası olaraq həyata keçirilmişdir. Bu sərəncam dövlət başçımızın həm Aşıq Ələsgər şəxsiyyətinə, həm də milli kimliyimizin ünvanlarından biri olan aşıq sənətinə diqqət və qayğısının ifadəsidir.
Bu abidənin açılışında cənab Prezidentin iştirak və çıxış etməsi həm də Qərbi Azərbaycandan olan soydaşlarımıza, Qərbi Azərbaycan İcmasına, doğma yurdlarımıza qayıdış istəyimizə hörmət və dəstəyin ifadəsi kimi qiymətlidir.
Aşıq Ələsgərin abidəsi həm də milli- mənəvi dəyərlərimizə hörmətin, milli birliyimizin simvolu kimi qiymətlidir.
Aşıq Ələsgər bütün həyatı və yaradıcılığı boyu, haqqa, ədalətə, düzlüyə, imana, barışa, saflığa, məhəbbətə, sədaqətə, mənəvi təmizliyə nümunə olmuş və nümunəvi dəyərlər yaratmışdır.
Abidənin önəmli cəhətlərindən biri də məkan seçimi ilə bağlıdır. Abidə müəllifi xalq rəssamı Natiq Əliyevin dəqiq müşahidəsinə görə yer elə seçilib ki, günün bütün vaxtlarında abidənin üzərinə günəş şüaları düşür və Aşıq Ələsgər sənətinin işığını daim ürəklərə səpələyir.
Aşıq Ələsgər şeirlərindən birində deyir:
Haqq sözə gərəkdir düz qiymət olsun,
Qiyməti verməyə mərifət olsun!
Aşıq Ələsgərin abidəsinin yaradılması həm də haqq sözə verilən dəyər, böyük söz ustadının dediyi kimi düz qiymətdir, Azərbaycan dövlətinin ədəbiyyatımıza, saz sənətimizə, mədəniyyətə, incəsənətə qayğısıdır.
Aşıq Ələsgətin abidəsinin üzü Qərbi Azərbaycana, Göyçəyə, Ağklisəyə tərəf qoyulması həm də o yurdlara qayıdışımıza inamımızın təcəssümüdür.
Mən bu gün bir daha ürəkdən inandım ki, biz Göyçəyə, qayıdacağıq, Ağkilisəyə dönəcəyik.
Mən bu gün Aşıq Ələsgərin abidəsinin açılış mərasimində iştirak edərkən bir daha dəti əmin oldum ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz mütləq Zəngəzura dönəcəyik, Uruda qayıdacağıq!
Musa Urud,
Millət vəkili
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Gündəm
20 Yanvar 20:35
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

