İzmirdə keçirilən “Azərbaycan Mədəniyyəti və İncəsənəti Günü”nün rəsmi açılışı olub
16.10.2024 [23:51]
Türkiyənin İzmir şəhərində təşkil olunan “Azərbaycan Mədəniyyəti və İncəsənəti Günü” tədbirlərinin rəsmi açılış mərasimi və təntənəli konsert proqramı keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən “Azərbaycan Mədəniyyəti və İncəsənəti Günü” tədbirləri İzmirin Egey Universitetinin MÖTBE Mədəniyyət Mərkəzində baş tutub.
Tədbir çərçivəsində Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı keçirilib.
Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə İzmir Simpoziumlar Təşkilatı Mərkəzi və Egey Universitetinin xarici əlaqələr bölməsinin rəhbəri, dosent Yılmaz Özkaya iki qardaş ölkə arasında mədəniyyət sahəsindəki əlaqələrə diqqət yönəldib.
Ölkələrimizin ortaq dəyərləri, o cümlədən tarixin bütün mürəkkəb dövrlərində daim bir-birinə dəstək göstərdiklərini qeyd edən Yılmaz Özkaya Azərbaycanın zəngin mədəniyyətinin nəinki türkdilli ölkələr arasında, bütün dünyada maraqla qarşılandığını, Azərbaycan xalqının bəşər mədəniyyətinə böyük töhfələr verdiyini söyləyib. O, bu cür tədbirlərin milli mədəniyyətimizi tanıtmaqla yanaşı, xalqlar arasında dostluq və həmrəyliyi gücləndirdiyini bildirib.
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri və mədəni əlaqələrə diqqət yönəldib, iki ölkə arasındakı çoxəsrlik dostluq və həmrəylikdən danışıb. O, milli musiqisi, rəqsləri, milli musiqi alətləri, təkrarsız muğamı, aşıq sənəti, əsrarəngiz kəlağayıları və xalçaları, dünyanı fəth edən ədibləri ilə Azərbaycan mədəniyyətinin zəngin mirasa sahib olduğunu və qardaş ölkə cəmiyyəti tərəfindən maraqla qarşılandığını vurğulayıb.
Sonra beynəlxalq müsabiqələr qalibi Həzrət Əzizlinin “Bayatı Şiraz – Xudayar Təsnifi” ifası ilə şəhid qəhrəmanlarımız anılıb. Əməkdar artist Dilarə Əliyevanın təqdimatında "Azərbaycan-Türkiyə Qardaşlığı" monoloqu səsləndirilib.
Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artistləri Gülyaz Məmmədova, balaban ustası Əlixan Səmədov, müğənnilər Fidan Hüseynova, İzzət Bağırov, tarzən Abdullah Qurbani, kamança ustası Möhsün Qurbani, aşıq Arzu Qurbani milli musiqilərimizi ifa ediblər.
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Xəzər” Rəqs Ansamblı “Uzundərə”, “Turacı”, "Qardaşlıq rəqsi" rəqslərimizi təqdim ediblər.
Mərasimdə şəhər ictimaiyyəti, rəsmi qonaqlar, elm, təhsil və mədəniyyət sahəsinin nümayəndələri, universitetin müəllim-tələbə heyəti və digərləri iştirak ediblər.
Qeyd edək ki, “Azərbaycan Mədəniyyəti və İncəsənəti Günü”tədbirləri oktyabrın 17-də İstanbulun Atatürk Mədəniyyət Mərkəzində fərqli tədbirlərlə davam edəcək.
Tədbirlər Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyədəki səfirliyimiz və qardaş ölkənin müxtəlif aidiyyətli qurumlarının dəstəyi ilə təşkil olunur.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

