"Ulduz” jurnalının Ankarada xüsusi buraxılışı nəşr olunub
23.01.2025 [10:44]
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı olan “Ulduz” jurnalının xüsusi buraxılışı qardaş Türkiyənin Ankara şəhərində, “Gənc Ürəklər” dərgisində oxuculara təqdim edilib.
“Gənc ürəklər” dərgisinin 14-cü (Qış, dekabr-yanvar-fevral 2025) sayında “Ulduz” jurnalının təqdimatı ilə azərbaycanlı şair və yazarların əsərləri yer alıb.
“Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs "Yeni Azərbaycan" qəzetinə açıqlamasında deyib ki, “Gənc ürəklər” dərgisinin baş redaktoru Muhterem Şahin ötən ilin yayında “Ulduz” jurnalını görüb və jurnalın redaksiya heyətinin üzvü Rəsmiyyə Sabirdən nəşr haqqında soruşub: “Sonradan biz Muhterem bəylə onlayn şəkildə əlaqə saxladıq, tanış olduq. Söhbətimiz zamanı təklif etdim ki, biz “Gənc ürəklər” dərgisinin bir sayını Azərbaycanda çap edək, onlar da “Ulduz”un bir sayını Ankarada çap etsinlər. Razılıq əldə olundu və yazılar toplanmağa başladı. 2024-cü ilin sentyabr ayında biz “Gənc ürəklər” dərgisinin xüsusi buraxılışını Azərbaycanda- “Ulduz” jurnalında çap etdik. “Bir millət, iki dövlət” devizindən çıxış edərək, yazıların Azərbaycan türkcəsinə uyğunlaşdırılmasına ehtiyac görmədik, necə göndərilmişdisə, elə də çap olundu.
Sonra isə Azərbaycandan yazıları toplayıb Muhterem Şahinə yolladıq. Bir neçə mərhələdən keçdikdən sonra, nəhayət, “Ulduz” jurnalının Ankaradakı xüsusi sayı çap olundu. Bu, hər birimiz üçün çox sevindirici haldır. Əsasən də ona görə ki, bu, bir ilkdir. İlk dəfə Azərbaycan dərgisi Türkiyədə olduğu kimi çap edilir, eləcə də Türkiyədəki dərgi Azərbaycanda olduğu kimi yayımlanır. Burdakı proses orada da oldu. Yəni əsərlər Azərbaycan türkcəsində olduğu kimi yayımlandı. Bu yaradıcı əməkdaşlığımızın davamlı olmasını arzulayıram. Muhterem bəylə danışıqlarımız davam edir. İstərdim ki, ayrıca olaraq Azərbaycanın gənc yazarlarına həsr olunmuş xüsusi buraxılışı da Ankarada çap etdirək”.
“Ulduz - Gənc ürəklər qardaşlığı daim olsun” devizi ilə çap olunan xüsusi buraxılışın ilk məqaləsində baş redaktor Muhterem Şahin yazır: “Dərgimizin bu sayında “Ulduz”dan gələn 39 əsəri Azərbaycan türkcəsində olduğu kimi yayımlayırıq. Buradakı məqsədimiz Azərbaycandakı dostlarımızın Türkiyə türkcəsiylə, Türkiyədəki qardaşlarımızın da Azərbaycan türkcəsiylə bir yazını, şeiri, hekayəni, esseni oxumaqlarına şərait yaratmaqdır. Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi bir-birinə o qədər yaxındır ki, anlamamaq mümkün deyil. Bəlkə bir neçə kəlməni başa düşməkdə çətinlik çəkə bilərsiniz. Ləhcələr arasında belə kiçik fərqlər ola bilər, mümkündür. Onları da öyrənəcəyik, öyrənməliyik”.
Qeyd edək ki, “Ulduz” jurnalının xüsusi sayının təqdimatı keçiriləcəyi gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

