Eyni gündə anadan oldular...
16.04.2025 [08:19]
Qəmbər Hüseynli və Çarli Çaplini nə birləşdirirdi?
Yaradıcılığının ən coşqun, çiçəkləndiyi bir vaxtda dünyanı tərk edib. 45 illik ömründə qayğılı, gərginliklə dolu illər yaşayıb. Sənət aləmində xalqına can-başla xidmət etmək vəzifəsini həyatının əsas mənası hesab edirdi. O, özünəməxsus musiqi duyumu, deyim tərzi, orijinal üslubu ilə yazıb-yaradıb. Bütün yaradıcılığı boyu professional musiqi sənətimizin xalq tərəfindən daha çox sevilən janr və formalar hesabına zənginləşməsinə çalışıb. Bəstəkar Qəmbər Hüseynlinin bizə yadigar qalan mahnılar, romanslar və digər janrlarda sənət inciləri bədii-estetik dəyərinə görə bu gün də çox qiymətlidir.
Bu gün görkəmli bəstəkarın anadan olduğu gündür. O, 1916-cı il aprelin 16-da Gəncədə doğulub. Qəmbər Hüseynli deyirmiş ki, bəstəkar hər hansı janrda yeni əsər yaradarkən onun ünvanını - kimlər üçün yazdığını öncədən nəzərə almasa, özünü dinləyici yerində təsəvvür edib, ona “yad” gözlə baxmasa, həmin əsərin müvəffəqiyyətinə tam əmin ola bilməz. Ona görə də görkəmli bəstəkarın bütün əsərləri xalq ünvanlıdır.
Azərbaycanı dünyada tanıdan mahnı
Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romans yaradıcılığı mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və s. əsərlərindəki şəffaflığı, şairanə ehtiras və incəliyi duymayan çətin tapıla!
Ancaq bəstəkarın mahnı çələngində öz təravəti, xalq təranələri ilə könüllər oxşayan, bütün dünyanı diyar-diyar dolaşan bir sənət incisi də var - “Cücələrim”. Qəmbər Hüseynli deyəndə “Cücələrim”, “Cücələrim”in sədası, qəlboxşayan təranələri ətrafa yayılanda isə Qəmbər Hüseynli yada düşür. Şair Tofiq Mütəllibovla birgə hələ 1948-ci ildə bu gözəl sənət incisini yaratması böyük sənət uğuru idi.
148 dildə tərcümə...
Sovet cizgifilm sənayesinin şedevrlərindən olan “Nu, poqodi!” silsilə cizgi filminin seriyalarından birində də bu mahnı məhz Azərbaycan dillində səslənib. “Cücələrim” indiyədək 100-dən çox xarici dildə səslənib, 148 dilə tərcümə olunub. Dünyada “Cücələrim” qədər geniş yayılan, yüz milyonlarla uşaqların və böyüklərin - müxtəlif nəsillərdən olan adamların zövqünü oxşayan ikinci bir Azərbaycan mahnısı yoxdur. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi “Cücələrim” qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. Bu mahnı sanki Azərbaycanın “vizit vərəqi”nə çevrilib. 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi “Cücələrim” mahnısının ifası ilə salamlayır. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi...
Bəxtəvər bəstəkar...
Vikipediyada bu mahnıyla bağlı maraqlı bir detal var. Vaxtilə Azərbaycan kino xadimləri Fransada olarkən, dünya şöhrətli aktyor, bəstəkar Çarli Çaplin gələnlərin Azərbaycandan olduğunu biləndə piano arxasına keçib “Cücələrim”i ifa edib və qonaqlara üz tutub deyib: “Siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”.
Yeri gəlmişkən, bu gün Çarli Çaplinin də anadan olduğu gündür. Dünya şöhrətli hər iki sənətkarın eyni gündə dünyaya göz açması da xoş, maraqlı bir təsadüf olaraq diqqətdən qaçmır...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

