Rənglər dünyasının əbədi sakini...
19.12.2025 [08:31]
Mikayıl Abdullayev fırçası ilə möcüzələr yaradıb
Əli fırça tutandan son nəfəsinə qədər yalnız istedadına, zəhmətinə güvənmişdi. Qazandığı fəxri adlar, titullar arasında ona ən çox yaraşanı isə kövrək qəlbli, zərif duyğulu bir insan olması idi... Hərtərəfli biliyə malik sənətkar olub. Demək olar ki, təsviri sənətin bütün sahələrində çalışıb: dəzgah rəngkarlığı, qrafika, teatr dekorasiyası, monumental rəngkarlıq və s. Bu sahələrin hər birində özünəməxsus yaradıcılıq dəst-xəttinə uyğun, bitib-tükənməyən zərif sənətkar duyğularının ifadəsi olan əsl sənət inciləri yaradıb.
Mikayıl Abdullayev Azərbaycan rəssamları arasında yeganə şəxslərdəndir ki, öz yaradıcı arzularını təsviri sənətin bütün sahələrində həyata keçirə bilmişdi. M.Abdullayev kimi ikinci bir fırça ustası tapılmaz ki, öz yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına möhkəm tellərlə bağlı olsun. O, dahi Nizamidən tutmuş, yazıb-yaradan digər şair və nasirlərimizə qədər bir çox sənətkarın portretini yaratmış, əsərlərinə illüstrasiyalar çəkmişdi.
“Fərhadın məşqi” necə yarandı?
“Onun əlində fırça sanki dirijor çubuğunu xatırladırdı. O, fırçanı hərəkət etdirəndə kətan üzərində rənglər, boyalar insanın ruhuna sakitlik gətirən harmonik melodiyalar kimi süzülüb axırdı”, - Bəstəkar Fərhad Bədəlbəyli Mikayıl Abdullayevi belə təsvir edir.
Rəssamın zəngin əsərləri içərisində diqqəti cəlb edən portretlərdən biri də Xalq artisti, professor Fərhad Bədəlbəylinin portretidir. Rəssam pianoçunun barmaqlarını canlı kimi təsvir etməyə nail olmuş, bu da öz növbəsində tabloya yüksək ifadəli ekspressiya bəxş etmişdi. Fərhad Bədəlbəyli o günləri belə xatırlayır: “Mikayıl Abdullayev 20-ci əsrin ən böyük rəssamlarından biri idi. Mən deyərdim ki, əsl klassik və real akademik idi. Sənətkarın işləri nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində tanınırdı. Mikayıl müəllimlə atam yaxın dost idilər. Zağulbada istirahət edərkən Mikayıl müəllim də bizə tez-tez gələrdi. O söhbətlər bu günə kimi mənim yadımdadır. Taleyimdən çox razıyam ki, böyük insanla təmasda olmuşam. Hər zaman tablosunu özü ilə gətirərdi. Birdən dedi ki, gəl mən səni məşq edərkən çəkim. Mən piano çaldım, o da çəkdi. Nəticədə “Fərhadın məşqi” adlı portret yarandı. Hazırda həmin portret muzeydə qorunub saxlanılır. Mənim üçün böyük fəxrdir ki, böyük ustadın fırçasının məhsulu olan portretim muzeydə sərgilənir”.
Rəngkarlığın şah əsəri “Nizami” metrosundadır
Rəssamın Bakı metropoliteninin “Nizami” stansiyasını bəzəyən 18 mərmər tağda yerləşdirilmiş N.Gəncəvi “Xəmsə”sinə çəkdiyi mozaikalar Azərbaycan təsviri sənətində monumental rəngkarlığın şah əsərləri hesab oluna bilər. Bakı metrosunun “Nizami” stansiyasının yeraltı muzeyə çevrilməsi Mikayıl Abdullayevin təxəyyülü sayəsində baş verdi.
Yaradıcılığında xarici ölkə motivləri də var
Mikayıl Abdullayevin yaradıcılığının mayası doğma vətəni Azərbaycan və onun gözəllikləri idi. Rəssamın dilindən söylənən “Azərbaycan, doğma vətənim. Mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmuram, doymuram”, - fikirləri də bunu təsdiqləyir.
Görkəmli sənətkarın yaradıcılığında xarici ölkə motivləri də var. 1956-1971-ci illərdə Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və s. ölkələrə səfər zamanı çəkdiyi rəsmlər silsiləsində milli və fərdi xarakteristika, plastika, kolorit zənginliyi əsas yer tutur. Əsərləri Paris, London, Praqa, Sofiya, Varşava, Qahirə, Belqrad və s. şəhərlərdə nümayiş olunub, Leypsiq, Berlin, Dehli, Madrid, Milan, Kioto şəhərlərində fərdi sərgisi keçirilib.
Dekabrın 19-u görkəmli rəssamın doğum günüdür. Həyatda olmasa da, onun işıqlı xatirəsi xalqımızın qəlbində yaşayacaq, rənglər dünyasının əbədi sakini kimi daim xatırlanacaq...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51

