İşə yeni qəbul olunan vəkil köməkçilərinə vəsiqələr təqdim edilib
07.07.2026 [14:35]
İyulun 7-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov işə yeni qəbul olunan vəkil köməkçiləri ilə görüş keçirib.
Bu barədə AZƏRTAC-a VK-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, kollegiyanın inzibati binasında təşkil olunan görüşdə çıxış edən Anar Bağırov vəkil köməkçilərini yeni fəaliyyət mərhələsinə başlamaları münasibətilə təbrik edib, onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Sədr çıxışı zamanı son illər VK-da həyata keçirilən institusional islahatlar, vəkillik institutunun inkişafı və peşəkar kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, hazırda kollegiyada 450-dən artıq vəkil köməkçisi fəaliyyət göstərir və onların peşəkar inkişafına xüsusi diqqət yetirilir.
Anar Bağırov vurğulayıb ki, hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin olunması və insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində vəkillik institutu mühüm rol oynayır. Bu baxımdan yüksək peşə hazırlığına, güclü nəzəri biliklərə və etik davranış prinsiplərinə malik hüquqşünasların yetişdirilməsi kollegiyanın əsas prioritet istiqamətlərindən biridir.
Sədr nəzərə çatdırıb ki, vəkil köməkçiləri gənc hüquqşünasların peşəkar formalaşmasında mühüm mərhələ hesab olunur. Bu dövr ərzində əldə olunan praktiki bilik və bacarıqlar onların gələcəkdə peşəkar vəkil kimi yetişməsində mühüm rol oynayır. Bu məqsədlə kollegiya tərəfindən vəkil köməkçilərinin təcrübə imkanlarının genişləndirilməsi, peşə hazırlığının gücləndirilməsi və onların real hüquqi fəaliyyət mühitinə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Anar Bağırov gənc hüquqşünasları bu imkanlardan səmərəli istifadə etməyə, peşəkar inkişaflarına xüsusi diqqət yetirməyə, təcrübəli vəkillərlə sıx əməkdaşlıq edərək bilik və bacarıqlarını daim təkmilləşdirməyə çağırıb.
Eyni zamanda, sədr VK Rəyasət Heyətinin müvafiq qərarı ilə vəkil köməkçiləri üçün vəkilliyə qəbul üzrə ixtisas imtahanında tətbiq olunan güzəştləri xatırladaraq bildirib ki, bu qərar gənc hüquqşünasların vəkillik peşəsinə marağının artırılmasına, onların peşəkar inkişafının stimullaşdırılmasına və gələcək karyera imkanlarının genişləndirilməsinə xidmət edir.
Görüşün sonunda vəkil köməkçilərinə vəsiqələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53

