Parisdə dahi şair Nizami Gəncəviyə həsr olunan konsert təşkil edilib
15.11.2013 [09:15]
Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 13-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində dahi şair Nizami Gəncəviyə həsr olunan konsert təşkil edilib.
Aparıcı Alen Tremolier dünya şöhrətli şair Nizami Gəncəvinin Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncədə anadan olduğunu, ədəbiyyatla yanaşı, elmin müxtəlif sahələrində mükəmməl təhsil aldığını, yüksək insani dəyərlərin təsvir edildiyi beş poeması ilə dünya ədəbiyyatı tarixinə xüsusi töhfə verdiyini və şairin 870 illiyinin təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bir gün öncə şairin həyat və yaradıcılığı ilə bağlı Parisin Məktublar və Əlyazmalar Muzeyində sərgi təşkil edildiyini xatırladıb, N.Cəncəvinin ədəbiyyat, elm və xüsusilə humanist sahədə zəngin irs qoyduğunu vurğulayıb, beş poemasının toplandığı “Xəmsə”nin yaranmasından səkkiz əsr keçməsinə baxmayaraq, bu gün də öz aktuallığını itirmədiyini bildirib.
Əxlaqi ideyalarla zəngin əsərlər yaradan şairin xatirəsinin dünya mədəniyyətinin beşiyi hesab edilən Fransada anılmasının heç də təsadüfi olmadığını qeyd edən səfir Nizami Gəncəvinin poemalarının əsas məzmununu təşkil edən azadlıq, bərabərlik və qardaşlıq kimi fikirlərin Fransanın əsas devizi olduğunu bəyan edib.
E.Əmirbəyov N.Gəncəvinin 870 illiyi ilə əlaqədar Fransada üç tədbirdən artıq ikisinin - sərgi və konsertin təşkil edildiyini və bir neçə gündən sonra Strasburqda möhtəşəm mərasimin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən şairin həyat və yaradıcılığına dair əsərlərin yenidən nəşr olunduğunu diqqətə çatdırıb.
Fransanın Yon regionu Ali Şurasının sədri Andre Vilye çıxışında zəngin tarixə və mədəniyyətə malik Gəncə şəhərinə dəfələrlə səfər etdiyini, Nizami Gəncəvinin mavzoleyinə baş çəkdiyini, ötən il dahi şairin 870 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etdiyini xatırladıb, azərbaycanlıların, o cümlədən gəncəlilərin Nizami Gəncəvi irsinə dərin hörmət bəsləmələrinin şahidi olduğunu qeyd edib.
Andre Vilye Nizami Gəncəvinin yalnız şair deyil, böyük filosof və alim olduğunu, dünyaya çox dəyərli əsərlər bəxş etdiyini diqqətə çatdırıb, şairin 870 illiyinə həsr olunan tədbirlərin Fransada keçirilməsinə, əsərlərinin fransız dilində nəfis şəkildə çap etdirilməsinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, Fondun Parisdə və Fransanın digər bölgələrində həyata keçirdiyi layihə sayəsində fransızlar dahi Azərbaycan şairinin həyat və yaradıcılığı barədə müfəssəl məlumat əldə etmək imkanına malik olacaqlar.
Senatın Qafqaz üzrə dostluq qrupunun sədr müavini Jeanny Lorgoeux Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə Azərbaycan xalqını təbrik edib və şairin Şərq ədəbiyyatında oynadığı mühüm roldan söhbət açıb.
Şairin XII əsrdə Şərq intibahının əsas simalarından biri olduğunu diqqətə çatdıran senator N.Gəncəvinin yaratdığı əsərlərin yalnız doğma Vətəni Azərbaycan üçün deyil, eyni zamanda bütün bəşəriyyət üçün qiymətli mədəni irs olduğunu vurğulayıb.
Senator Heydər Əliyev Fondunun şairin həyat və yaradıcılığına dair fransız dilində materiallar hazırlamasını yüksək qiymətləndirib, Fondun təşkilatçılığı və Azərbaycan səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Yon regionunda təşkil edilən sərgi və konsertin region sakinlərinin yaddaşında əbədi iz qoyduğunu vurğulayıb.
Sonda incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsertdə solistlərdən Ramil Qasımovun, Gülnaz İsmayılovanın və xanəndə Arzu Əliyevanın ifasında Azərbaycan bəstəkarlarının Nizami Gəncəvinin əsərlərinə bəstələdikləri romanslar və mahnılar səslənib. Onları pianoda Elnarə Kəbirlinskaya, tarda Elçin Həşimov və kamançada Elnur Əhmədov müşayiət ediblər. Gənc skripkaçı Osman Eyyublu “Yeddi gözəl” baletindən parçalar ifa edib.
İncəsənət ustalarının çıxışları musiqisevər fransız tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.
Parisin 7-ci rayonunun meri, senatorlar, deputatlar, tanınmış aktyorlar, dövlət rəsmiləri, fransız ictimaiyyətinin nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, diasporumuzun təmsilçiləri və tələbələr konserti izləyiblər.
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Gündəm
20 Yanvar 20:35
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

