/ / UNESCO üzrə Türkiyə Milli Komissiyası işçi qrupunun üzvləri Şəkidən xoş təəssüratlarla ayrılıblar
UNESCO üzrə Türkiyə Milli Komissiyası işçi qrupunun üzvləri Şəkidən xoş təəssüratlarla ayrılıblar
07.02.2014 [09:04]
Azərbaycanda səfərdə olan UNESCO üzrə Türkiyə Milli Komissiyası işçi qrupunun üzvləri səfər proqramına uyğun olaraq fevralın 6-da Şəkidə olublar.
UNESCO üzrə Azərbaycan və Türkiyə Milli komissiyalarının birgə həyata keçirdiyi “Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Azərbaycan Milli Komissiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən bu səfər Azərbaycanın ənənəvi əl sənətləri ilə tanışlıq məqsədi daşıyır.
AzərTAc xəbər verir ki, işçi qrupunun üzvləri əvvəlcə bölgənin ən iri sənaye müəssisəsi olan “Şəki-İpək” ASC-də olub, müəssisənin istehsal sahələrini gəzib, kəlağayı və ipək xalça toxunan sexlərdə iş prosesi ilə maraqlanıb, burada çalışan qadınlarla görüşüb, onlarla sorğu aparıblar.
Qonaqların diqqətinə çatdırılıb ki, Şəki əsrlər boyu ipəkçilik ənənələrinin qorunub saxlandığı bir şəhər olub. İpəkçilik hər bir şəkilinin məişətində özünəməxsus yer tutub. Bu sahənin inkişafı Şəkidə sənətkarlığın tərəqqisinə də mühüm təsir göstərib.
Sonra türkiyəli qonaqlar “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisində yerləşən “Sənətkarlar evi”nə gəlib, burada fəaliyyət göstərən sənətkar emalatxanaları ilə tanış olub, yerli sənətkarların hazırladıqları şəbəkə, təkəlduz, xovlu tikmə, bədii tikmə, ağac üzərində oyma və digər əl işlərinə baxıblar.
Şəkiyə səfərləri çərçivəsində işçi qrupunun üzvləri tarix-diyarşünaslıq muzeyinə də baş çəkib, şəhərin görməli yerlərini gəziblər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52

