Salyanda Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı konfrans keçirilib
26.02.2014 [09:20]
Fevralın 24-də Salyan rayonunda rayon İcra Hakimiyyətinin, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Kütləvi informasiya vasitələri rəhbərlərinin, ziyalıların, elm xadimlərinin qatıldıqları tədbirin iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin Salyan rayonunun mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Daha sonra Əli bəy Hüseynzadənin abidəsi önünə tər çiçəklər düzən iştirakçılar yubilyarın ev muzeyində də olublar.
Yubiley konfransını giriş sözü ilə açan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bildirib ki, bir sıra KİV nümayəndələrinin Salyan rayon İcra Hakimiyyətinin başçısı ilə görüşü zamanı Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı təşəbbüs irəli sürüldü. Dövlət başçısı dahi mütəfəkkirin 150 illik yubileyinin keçirilməsinə dair Sərəncam imzalamaqla həmin təşəbbüsə dəstək verdi: “Həyatını, varlığını türk birliyinə sərf etmiş Əli bəyin Türk dünyasının konsolidasiyasına yönələn çağırışları yaşadığımız müasir dövrlə də səsləşir. Demək, Əli bəyin ideyaları aktuallığını qoruyub saxlayır”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev Əli bəy Hüseynzadənin həyat və yaradıcılığından bəhs edib. Görkəmli publisistin təkcə Azərbaycan deyil, bütövlükdə Türk və İslam dünyası üçün parlaq sima olduğunu söyləyən Ş.Vəliyev onu islahatçı şəxsiyyət kimi səciyyələndirib.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında əsasən yubilyarın qəzetçilik fəaliyyətində özünü göstərən ideoloji motivlər üzərində dayanıb.
MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə bildirib ki, Əli bəy Hüseynzadə ilk növbədə milli kimlik məsələsini gündəmə gətirib.
Tədbirdə çıxış edənlərdən Salyan rayon Ziyalılar Birliyinin sədri Qulam Sadiq, Əli bəy Hüseynzadənin Salyanda ucaldılmış abidəsinin müəllifi, heykəltaraş Nəriman Qəhrəmanoğlu, şair Oqtay Rza və başqaları Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamı dahi mütəfəkkirin yaradıcılığına yüksək qiymət kimi dəyərləndiriblər. Böyük şəxsiyyətin həyat yoluna dair müxtəlif məqamlardan geniş söz açıblar.
Sonda çıxış edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov Əli bəy Hüseynzadə şəxsiyyətinin formalaşmasında doğma yurduna bağlılığın mühüm amil olduğunu vurğulayıb. “Bildiyiniz kimi, Əli bəy Hüseynzadənin həyat yolu heç də asan olmayıb, bir çox təzyiqlərə məruz qalıb. Ancaq bütün bunlara baxmayaraq, xalq yolunda çalışmaqdan yorulmayıb. Belə bir insanın məhz salyanlı olması salyanlıların fəxridir” - deyən T.Kərimov Əli bəy Hüseynzadənin 150 illik yubileyini ölkə miqyaslı hadisə kimi dəyərləndirib.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

