Üç gün, üç fərqli heyət, bir möhtəşəm ‘Turandot’ – dünya opera ulduzları Bakıda
20.10.2026 [16:11]
24, 25 və 27 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dünya opera sənətinin şah əsərlərindən biri olan Cakomo Puççininin “Turandot” operasını Heydər Əliyev Sarayında tamaşaçılara təqdim edəcək. Üç günlük premyera Azərbaycan opera sənətinin həyatında əlamətdar hadisələrdən biri olmaqla yanaşı, beynəlxalq səviyyəli sənət əməkdaşlığının parlaq nümunəsi olacaq.
Beynəlxalq opera səhnələrində tanınan ifaçılar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri ilə eyni səhnədə çıxış edəcəklər. Üç gün ərzində fərqli ifaçı heyətləri və dirijorlarla təqdim olunacaq tamaşa hər nümayişə özünəməxsus bədii xarakter və ifaçılıq rəngarəngliyi qazandıracaq.
Premyeranın ilk günü – 24 oktyabrda – dirijor pultu İtaliyanın tanınmış dirijoru Beatriçe Veneziyə həvalə olunacaq. Turandot partiyasını İtaliya opera səhnəsinin tanınmış sopranosu Karmen Cannattasio, Kalaf partiyasını isə Azərbaycanın Xalq artisti Yusif Eyvazov ifa edəcək. Liu obrazında Əməkdar artist Afaq Abbasova, Timur rolunda Xalq artisti Əkrəm Poladov, Pinq rolunda Əməkdar artist Anton Ferştandt, Panq rolunda Fəhmin Əhmədli, Ponq rolunda Əməkdar artist Tural Ağasiyev, İmperator Altoum rolunda Əməkdar artist Əliəhməd İbrahimov, Mandarin rolunda Orxan Cəlilov, Pu-Tin-Pao rolunda isə Rəşad Məmmədov səhnəyə çıxacaqlar.
25 oktyabr tarixində tamaşa Əməkdar artist Fəridə Məmmədovanın ifasında Turandot obrazı ilə təqdim olunacaq. Kalaf partiyasını Çilidən olan tenor Dieqo Qodoy ifa edəcək. Həmin gün Liu obrazını Əməkdar artist İnarə Babayeva, Timur obrazını İqor Yadrov, Pinq obrazını Əməkdar artist Anton Ferştandt, Panq obrazını Məhəmməd Şəmmədov, Ponq obrazını Əməkdar artist Tural Ağasiyev, İmperator Altoum obrazını Əməkdar artist Əliəhməd İbrahimov, Mandarin obrazını Orxan Cəlilov, Pu-Tin-Pao obrazını isə Rəşad Məmmədov canlandıracaqlar. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev olacaq. Bu nümayiş eyni zamanda Fəridə Məmmədovanın 50 və səhnə fəaliyyətinin 30 illik yubileyinə həsr olunacaq.
27 oktyabr tarixində üçgünlük premyera silsiləsinin son tamaşasında Turandot obrazını Əməkdar artist İlahə Əfəndiyeva, Kalaf obrazını isə Çilidən olan tenor Dieqo Qodoy ifa edəcəklər. Liu partiyasında Fatimə Cəfərzadə, Timur rolunda Xalq artisti Əkrəm Poladov, Pinq rolunda Əməkdar artist Anton Ferştandt, Panq rolunda Fəhmin Əhmədli, Ponq rolunda Əməkdar artist Tural Ağasiyev, İmperator Altoum rolunda Əməkdar artist Əliəhməd İbrahimov, Mandarin rolunda Orxan Cəlilov, Pu-Tin-Pao rolunda isə Rəşad Məmmədov çıxış edəcəklər. Tamaşanın dirijoru Mustafa Mehmandarov olacaq.
Hər üç tamaşanın yaradıcı heyətinə quruluşçu rejissor Mikayıl Mikayılov, quruluşçu rəssam Mustafa Mustafayev, icraçı rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu baletmeysterlər – Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Anar Mikayılov daxildir.
Opera sənətinin möhtəşəmliyini canlı ifada yaşamaq və üç fərqli solist heyətinin təqdimatında “Turandot”un sehrli dünyasına səyahət etmək istəyən bütün operasevərlər 24,25 və 27 oktyabrda saat 19:00-da Heydər Əliyev Sarayında bu tarixi tamaşanın şahidi olacaqlar.
Xəbər lenti
Hamısına baxMədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47
Analitik
20 Oktyabr 09:41
Gündəm
20 Oktyabr 09:30
YAP xəbərləri
20 Oktyabr 09:28
Sosial
20 Oktyabr 09:17
İqtisadiyyat
20 Oktyabr 08:51
Sosial
20 Oktyabr 08:36
Gündəm
20 Oktyabr 08:12
İdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04

