/ / Londonda “Həyata keçirilməyən arzular: Azərbaycanın qaçqınları və məcburi köçkünləri” adlı sərgi açılıb
Londonda “Həyata keçirilməyən arzular: Azərbaycanın qaçqınları və məcburi köçkünləri” adlı sərgi açılıb
11.04.2014 [09:21]
Londonun “Oxo Tower Wharf” məkanının qalereyasında “VII Photo” təşkilatı və Avropa Azərbaycan Cəmiyyətinin (AAC) birgə təşkilatçılığı ilə məşhur sosial və siyasi fotojurnalist Ed Kaşinin ölkəmizin qaçqın və məcburi köçkünlərinin həyat tərzindən bəhs edən şəkillərindən ibarət “Həyata keçirilməyən arzular: Azərbaycanın qaçqınları və məcburi köçkünləri” adlı sərgi açılıb.
Sərginin açılış mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, ölkəmizin və Britaniyanın hökumət, dövlət və ictimaiyyət nümayəndələri, burada yaşayan həmvətənlərimiz iştirak ediblər.
AAC-ın sədri Taleh Heydərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. Onların çətin və acınacaqlı həyat tərzi haqqında məlumat verən AAC-ın sədri, yurd-yuvalarından didərgin düşən bu insanlar haqqında dünya ictimaiyyətini məlumatlandırmağın vacibliyini diqqətə çatdırıb. T.Heydərov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən də danışıb. AAC sədri bildirib ki, münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün dövlət tərəfindən humanitar proqramlar da həyata keçirilir.
Sonda T.Heydərov fotojurnalist Ed Kaşiyə təşəkkürünü bildirib, tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə və doğma torpağımız Qarabağda yeni şəkillərin çəkiləcəyinə ümidvar olduğunu vurğulayıb.
Fotojurnalist Ed Kaşi Azərbaycan haqqında təəssüratlarını iştirakçılar ilə bölüşüb, şəkilləri çəkərkən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat tərzi barədə əldə etdiyi məlumatlardan danışıb. Qaçqın və məcburi köçkünlər arasında xüsusilə gənc nəslin öz doğma yurd yuvalarına qayıtmaq arzusunu dilə gətirib. Bütün qaçqın və məcburi köçkünlərimizin gələcəyə ümidlə baxdığı xüsusi vurğulanıb.
Sərgidə təqribən 875 min azərbaycanlı məcburi köçkünün əzab-əziyyətlərindən bəhs edən sənədli fotoşəkillər nümayiş etdirilir. Bu təsiredici şəkillər 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkün kimi yaşayan insanların həyat xronikalarıdır.
Sərgi aprelin 13-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

