“Nizami” Kino Mərkəzində “Şirvan Milli Parkı” filminin təqdimatı olub
15.05.2014 [09:13]
Mayın 14-də “Nizami” Kino Mərkəzində IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin “Azərbaycanın 8 möcüzəsi” adlı xüsusi layihəsi çərçivəsində hazırlanan və “Şirvan Milli Parkı”ndan bəhs edən filmin təqdimatı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdimat mərasimində iştirak edib.
Mərasimdən əvvəl IDEA tərəfindən Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun Bakı nümayəndəliyinə 20 müşahidə kamerası təqdim olunub.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bildirib ki, müşahidə kameraları IDEA-nın Azərbaycanda bəbirlərin qorunması layihəsi çərçivəsində təqdim edilib. Bu kameralar bəbirlərin yaşayış yerlərini və saylarını müəyyənləşdirmək məqsədilə istifadə olunacaq.
Mərasimin keçirildiyi “Nizami” Kino Mərkəzində Beynəlxalq Qız Qalası Festivalı çərçivəsində hazırlanan ceyran maketləri və “Şirvan Milli Parkı” filminin rejissoru İqor Bışnyovun çəkiliş zamanı lentə aldığı fotolar sərgilənib.
Leyla Əliyeva sərgidəki maketlərlə və fotolarla tanış olub.
Sonra “Şirvan Milli Parkı” filmi və “Ağgöl Milli Parkı” videoçarxı nümayiş olunub.
Filmin rejissoru və ssenari müəllifi diqqətə çatdırıb ki, “Şirvan Milli Parkı” layihə çərçivəsində 1-ci filmdir. Layihənin təşəbbüskarı İDEA İctimai Birliyidir. İqor Bışnyov İDEA-nın rəhbəri Leyla Əliyevaya təşəkkürünü bildirərək, Azərbaycana və ölkəmizin təbiətinə çoxdandır ki, vurulduğunu, film üzərində işin 14 ay davam etdiyini, bu müddətdə 6 kino ekspedisiyanın təşkil olunduğunu qeyd edib. O, vurğulayıb ki, mühafizə olunan ərazilərin sistemi üzrə Azərbaycan postsovet məkanında liderdir.
Bildirilib ki, layihə çərçivəsində Ağgöl, “Zəngəzur”, Altıağac, Hirkan, Abşeron, Şahdağ və Göygöl Milli parkları barədə filmlərin çəkilişi də nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

