“Nizami” Kino Mərkəzində “Quşlar cənnəti – Ağgöl Milli Parkı” sənədli filmi təqdim olunub
25.04.2015 [12:08]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdimat mərasimində iştirak edib
Aprelin 24-də “Nizami” Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Quşlar cənnəti - Ağgöl Milli Parkı” sənədli filminin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdimat mərasimində iştirak edib.
Filmin təqdimatından əvvəl Leyla Əliyeva filmin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olub.
Təqdimat mərasimində çıxış edən İqor Bışnyov bildirib ki, “Quşlar cənnəti - Ağgöl Milli Parkı” “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində lentə alınan sayca ikinci filmdir. Rejissor layihənin təşəbbüskarı Leyla Əliyevaya təşəkkürünü bildirərək, qonaqları filmin çəkiliş prosesi haqqında ətraflı məlumatlandırıb və təəssüratlarını bölüşüb.
Rejissor deyib: “Planetimizdə milli parkların sayı artdıqca, övladlarımızın xoşbəxt gələcək şansı da bir o qədər çoxalır. Bu baxımdan “Azərbaycanın 9 möcüzəsi” layihəsinin böyük əhəmiyyəti var. Azərbaycanda təbiətin mühafizəsi sistemi postsovet məkanında ən yaxşısıdır. Bu sahədə ölkənizin rəhbərliyinin xüsusi rolu var. Azərbaycan Prezidenti İlham Əliyevin milli parkların açılışında şəxsən iştirakı bunu bir daha təsdiqləyir”.
IDEA-nın “Azərbaycanın 9 möcüzəsi” layihəsi ölkəmizin 9 milli parkında geniş sənədli filmin hazırlanmasını nəzərdə tutur. Bu layihə çərçivəsində ötən il “Şirvan Milli Parkı” adlı ilk sənədli film ictimaiyyətə təqdim olunub və böyük maraqla qarşılanıb. Film Azərbaycanın yerli telekanallarında, habelə beynəlxalq film festivallarında, “Rossiya-Kultura” telekanalında nümayiş olunub.
Növbəti illərdə Göygöl, Şahdağ, Hirkan, Altıağac, Zəngəzur, Abşeron və Samur Yalama Milli parklarından bəhs edən filmlərin çəkilişi də planlaşdırılır.
IDEA İctimai Birliyi “Quşlar cənnəti - Ağgöl Milli Parkı” filmini ali təhsil müəssisələrində və IDEA-nın resurs mərkəzlərində nümayiş etdirməyi nəzərdə tutur.
Layihənin məqsədi Azərbaycanın əsrarəngiz təbii gözəlliklərini təbliğ etmək və onların mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.
Təqdimat mərasimində, həmçinin hazırda çəkilişləri aparılan “Göygöl Milli Parkı” filmindən kadrlar da nümayiş etdirilib. İqor Bışnyovun sözlərinə görə, Azərbaycanın ilk qoruğundan bəhs edən film ölkədə qoruq işinin bu il qeyd edilən 90 illik yubileyinə töhfə olacaq.
Sonra “Quşlar cənnəti - Ağgöl Milli Parkı” sənədli filmi nümayiş olunub. Bir saata yaxın davam edən filmdə Ağgöl Milli Parkında məskən salan quşlar, habelə digər heyvan növləri, buranın təbii şəraiti hərtərəfli əksini tapıb. Filmdə, həmçinin Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsinə dair kadrlar da yer alıb.
Film böyük maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25

