YARAT və BEHANCE təşkilatları Portfoliolara Baxış Günü keçirəcək
13.05.2015 [10:34]
YARAT Müasir İncəsənət Məkanı və BEHANCE təşkilatı mayın 15-də Portfoliolara Baxış Günü keçirəcək. İki təşkilat arasında əməkdaşlığın nəticəsi olan bu tədbirin məqsədi Azərbaycanın püxtələşən istedadlarını müəyyənləşdirib, onları geniş beynəlxalq auditoriyaya təqdim etməkdir. Hər iki təşkilat yaradıcı gəncləri birlikdə dəstəkləmək, həvəsləndirmək və onların yaradıcı potensiallarının tam üzə çıxarılmasında yolunda israrlıdır.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, BEHANCE özünü təqdim etmək, o cümlədən məsləhət almaq və onlayn portfolio yerləşdirmək sahəsində ixtisaslaşan saytlar və xidmətlər şəbəkəsidir. O, yaradıcı fərdlərə öz əsərləri barədə məlumatı vahid bir platformada toplayıb, daim yeniləşdirmək və beynəlxalq miqyasda təqdim etmək imkanı təklif edir.
BEHANCE təşkilatı dünyanın hər yerində yerləşən könüllülər təşkilatları ilə əməkdaşlıq quraraq, ildə iki dəfə Portfoliolara Baxış Həftəsi keçirir. 2012-ci ildə təsis olunmuş və yaradıcı peşəkarları bir araya gətirən bu təşkilat 80-dək ölkədə təxminən 1000 tədbir keçirib. Bu tədbirlər yaradıcı şəxslərə yeni-yeni həmfikirləri ilə əlaqələr qurmağa, bununla da yaradıcı imkanlarını xeyli artırmağa çox qiymətli imkan verir.
YARAT Müasir İncəsənət Məkanı bu cür təşəbbüsləri həmişə dəstəkləyir və hazırkı tədbir də təşkilatın BEHANCE şəbəkəsi ilə ilk tərəfdaşlığı deyil.
Portfoliolara Baxış Günündə 11 iştirakçının - Dima Turkanın, Şəbnəm Şükürovanın, Elnur Babayevin, Eltac Zeynalovun, Şərqiyyə Rəhmanovanın, Şamil Əsgərovun, Hadi Misrixanovanın, “Chalk Studio”nun, Vüqar Naibin, Ayxan Xəlilovun və Butunay Haqverdiyevin əsərləri təqdim olunur. Təqdimatdan əlavə, tədbirdə onların sənət layihələrinin müzakirəsi də nəzərdə tutulub. Sonda isə rəssam-dizayner Fəxriyyə Məmmədova, fotoqraf Sənan Ələsgərov, rəssam və kinorejissor Teymur Daimidən ibarət peşəkar münsiflər heyəti tərəfindən qalib seçilən üç portfolio elan olunacaq.
YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək tədbirdə həvəsi olan hər kəs iştirak edə bilər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52

