“Mədəniyyətlərarası əlaqələrdə incəsənət və irsin rolu”
20.05.2015 [09:50]
Xəbər verdiyimiz kimi, rəsmi açılış mərasimindən sonra Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini plenar iclaslarda və seminarlarda davam etdirib.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Gürcüstan Milli Muzeyinin baş direktoru, professor David Lordkipanidzenin moderatorluğu ilə keçən “Mədəniyyətlərarası əlaqələrdə incəsənət və irsin rolu” mövzusunda seminarı açaraq bildirib ki, xalqımızın çoxəsrlik tolerantlıq, dinc yanaşı yaşamaq mədəniyyəti sivilizasiyalar arasında münasibətlərin tənzimlənməsinə və inkişafına nümunə gətirilir. Sevda Məmmədəliyeva xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa və qonşu regionların mədəniyyət nazirlərinin 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilən konfransındakı nitqində müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi” təşəbbüsünü irəli sürüb. Bir qədər sonra - 2009-cu il oktyabrın 13-15-də Bakıda bu mövzuda keçirilən digər nüfuzlu beynəlxalq forumda - İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı çərçivəsində baş tutan “Mədəniyyətlərarası dialoq” mövzusunda “ dəyirmi masa”da “Bakı Prosesi -sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı rəsmi sənəd qəbul edilib. Hazırda “Bakı prosesi” mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizm məsələlərini ehtiva edir.
Gürcüstan Milli Muzeyinin baş direktoru, professor David Lordkipanidze, İRSİKA-nın baş direktoru Halit Eren, Bakıda Avropa Şurası ofisinin rəhbəri Draqana Filipoviç, Avstraliyanın “Cultural Infusion - School Incursions, Workshops & Events” təşkilatının nümayəndəsi Piter Musaferiadis, Hindistanın Milli İncəsənət Mərkəzinin böyük elmi işçisi Kişor Kumar Tripati, Romualdo del Bianko Fondunun vitse-prezidenti Karlotta del Byanko, “Task Force”un keçmiş üzvü Katerina Stenu, “Qarabağ” Fondunun icraçı direktoru Diana Altman və Yunanıstanın mədəniyyət nazirinin keçmiş müavini Angela Gereku bildiriblər ki, müasir, dəyişən və qloballaşan dünyada mədəniyyətin təsiri daim artır və bu da bütün dünya ictimaiyyətinə aydın olur.
Müasir mərhələdə qarşılıqlı beynəlxalq humanitar fəaliyyətin öz spesifikası olan mühüm aspektlərindən biri, heç şübhəsiz, beynəlxalq muzey əlaqələridir. Muzey əməkdaşlığı sahəsində dialoqun beynəlxalq aləmdə dövlətin müsbət obrazının formalaşmasına, dəstəklənməsinə və möhkəmlənməsinə böyük təsiri var. Təsadüfi deyildir ki, muzeylər səviyyəsində beynəlxalq ünsiyyətin əhəmiyyəti dünya ölkələrinin əksəriyyətinin xarici siyasətində əks olunub. Onlar muzey əməkdaşlığını bu siyasətin prioritet istiqamətlərinə çeviriblər. Beynəlxalq əlaqələrin bu istiqaməti qarşılıqlı nüfuzetməyə, bundan çıxış edərək, dünya xalqlarının qarşılıqlı mədəni əlaqələrinin zənginləşməsinə, beynəlxalq mədəni münasibətlərin fəallaşmasına, dünyada mədəni müxtəlifliyin qorunub saxlanmasına, müxtəlif ölkələrin insanlarının mədəniyyət vasitəsilə birləşməsinə kömək edir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25

